Azəri
Thursday 25th of April 2024
0
نفر 0

“Yüsif” və “Məryəm” surələrində hansı peyğəmbər “siddiq” ləqəbi ilə adlandırılmışdır?

“Yüsif” və “Məryəm” surələrində hansı peyğəmbər “siddiq” ləqəbi ilə adlandırılmışdır?
Qısa cavab

Quranda adı gələn peyğəmbərlərdən yalnız həzrət İbrahim və İdris (əleyhiməs-salam)  “Siddiq” adlandırılmışdır. Əlbəttə, Məryəm (əleyha salam) da “Siddiqə” ləqəbi almışdır. Amma Siddiqin mənası təkcə bu şəxslərə həsr olunmur. Həm Əhli-beyt, həm də əhli-sünnət tərəfindən nəql olunur ki, Əmirəl-möminin Əli (əleyhis-salam)-ın ləqəblərindən biri “Siddiqi Əkbər”dir (ən böyük doğruçu).

Ətreaflı cavab

Quranda adı gələn peyğəmbərlərdən Siddiq adlandırılan şəxslər yalnız İbrahim[1] və həzrət İdrisdir.[2] Əlbəttə, həzrət Məryəm (əleyha salam)-a da “Siddiqə” ləqəbi verilmişdir.[3] Bu ayələrdən həsr başa düşülmür, yəni Siddiqin mənası qeyd olunan şəxslərdə həsir olunmur, əksinə bu ləqəb onlarda mövcud olan bəzi xüsusiyyətlərə görədir. Məsələn, behiştin səkkizlik təşkil edən adlarından biri də جَنَّةُ الْخُلْدِ  cənnətul-xulddur (əbədi cənnət).[4] Amma bu, digər cənnətlərin əbədi olmamasına dəlalət etmir, sair cənnətlər də əbədidir. Məsum imamlara məxsus olan ləqəblərdə də belədir, o cümlədən: Müctəba, Zeynul-abidin, Baqir, Sadiq, Kazim, Riza, Təqi, Nəqi. Yəni bu imamların hamısı Müctəbadır (Allah tərəfindən seçiləndir), ibadət edənlərin zinətidir, elmləri yalandır, sadiq və doğruçudur, qəzəblərini udandır, Allahın təyin etdiyi qəza-qədərə razı olanlardır, təqva və paklıq sahibidir, pis əməllərdən və rəzalət xislətlərdən uzaqdırlar.[5]

Buna görə də həm Əhli-beyt, həm də əhli-sünnət təriqi ilə nəql olunan rəvayətlərdə Əli (əleyhis-salam)-ın ləqəblərindən biri Siddiqi-Əkbərdir (ən böyük siddiq).[6]

 


[1] “Məryəm” surəsi, ayə: 41: وَ اذْكُرْ فِي الْكِتابِ إِبْراهيمَ إِنَّهُ كانَ صِدِّيقاً نَبِيًّا

[2] “Məryəm” surəsi, ayə: 54: وَ اذْكُرْ فِي الْكِتابِ إِدْريسَ إِنَّهُ كانَ صِدِّيقاً نَبِيًّا

[3] “Maidə” surəsi, ayə: 75: مَا الْمَسيحُ ابْنُ مَرْيَمَ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ وَ أُمُّهُ صِدِّيقَةٌ

[4] “Furqan” surəsi, ayə: 15:

[5] Təyyib, Seyid Əbdül-Hüseyn, “Ətyəbul-bəyan fi təfsiril-Quran”, 9-cu cild, səh. 589, “İslam” nəşriyyatı, ikinci çap, Tehran, 1378-ci şəmsi il

[6] Əbuzər Ğifarinin belə dediyi nəql olunur: “Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Əli (əleyhis-salam) barəsində belə buyurduğunu eşitdim: “Ya Əli! Sən mənə iman gətirən ilk şəxssən, sabah, qiyamət günündə mənimlə görüşüb-öpüşən ilk şəxssən, bu ümmətin ən doğruçusu (Siddiqi-əkbər) sənsən, haqq ilə batil arasında fərq qoyan  ən böyük şəxssən (Faruqi-ə’zəm). Sən iman əhlinin rəhbərisən...” Şeyx Tusi, “Əmali”, səh. 148, “Darus-siqafə” nəşriyyatı, Qum, 1414; Sünnü alimlərindən olan Əqili də imam Əli (əleyhis-salam)-ın belə buyurduğunu nəql edir: “Mən Allahın bəndəsi, Allah Peyğəmbərinin qardaşıyam. Mən Siddiqi-Əkbərəm. Məndən sonra hər kəs bu ləqəbi özü üçün iddia etsə, yalançı və böhtan atandır.” Əqili, “Əz-zuəfaul-kəbir”, 5-ci cild, səh. 428

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 47: Nisa surəsinin3-cü ayəsində buyurulur:
Sual 73: Ilahi pəhriz düzgündürmü? İlahi pəhriz ilə şeytani pəhriz arasında ...
Sual 71: Ağız ,burun və qulaq suyu insan orqanizmində yarandığı kimi göz ...
وَ یُطْعِمُونَ الطَّعامَ عَلى‏ حُبِّهِ ...
SUAL - CAVAB
Sual 23: Möcüzə, sehr və şöbədəbazlıq arasındaki fərqin nədən ibarət ...
Azan və iqamədə İmam Əliyə şəhadək verməyin hökmü
Sual: 31. Allah həqiqəti axtaran insanı həqiqətə çatdıracağına zamin ...
Sual:20. Dini hakimin hökuməti ilə peyğəmbər və imam (ə) hökuməti arasında ...
Sual: 6. Dinlərin sonuncusu necə dindir

 
user comment