Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Quran surələrinin adını Allah seçmişdir, yoxsa Peyğəmbər?

Quran surələrinin adını Allah seçmişdir, yoxsa Peyğəmbər?
Qısa cavab

İslami mənbələrə (Quran və rəvayətlərə) diqqət yetirməklə qəti şəkildə demək olar ki, Quranın surələrə bölgüsü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə baş vermişdir. Peyğəmbərdən də nəql olunan hədislərə diqqət yetirməklə aydın olur ki, surələrdən bir çoxuna Peyğəmbərin öz dövründə və o həzrətin vasitəsi ilə ad seçilmişdir.

İslam Peyğəmbəri heç vaxt həvayi-nəfs üzündən söz danışmır, sözləri ona vəhy olunanlardan başqa bir şey deyildir. Buna əsasən, bu surələrə ad seçilməsinin Allaha aid edilməsi də düzgün bir iş olacaqdır.

Ətreaflı cavab

Məsələnin aydın olması üçün bəhsimizi iki istiqamətdə aparırıq:

a) Quranın surələrə bölgüsü

Quran və rəvayətlərdən ibarət olan islam təlimlərinə diqqət yetirməklə qəti şəkildə demək olar ki, Quranın surələrə bölgüsü Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in öz dövründə baş vermişdir. Bu mövzu ilə əlaqədar çoxlu dəlillər qeyd etmək olar. Misal üçün, Allah-taala müşriklərlə təhəddi (mübarizə tələb etmək) məqamında buyurur: “Onlar (müşriklər) deyirlər ki, o (Peyğəmbər) bu Quranı yalandan Allaha nisbət verir və bu iş saxtadır! De: Əgər düz deyirsinizsə, siz də həmin Quranın oxşarı olan on saxta surə gətirin və Allahdan başqa bacardığınız kəsləri bu iş üçün dəvət edin!”[1]

Aydındır ki, Allah-taala onlardan “on surə” gətirməsini istəməsinə əsasən, təbii olaraq Quran əvvəlcə surələrə bölünməli və müxtəlif surələrə malik olmalı idi ki, bu kimi istəyin və iddianın mənası olsun. Çünki Quran surələrə bölünməmiş olsaydı, belə bir istəyin mənası olmazdı. Müşriklər də bu iddiaya irad tutar və etiraz edilərdilər.

b) Surələrə kim tərəfindən ad qoyulmuşdur?

Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən buyurulan və hər bir surənin oxunmasının savabı qeyd olunan hədislərə diqqət yetirməklə aydın olur ki, surələrdən bir çoxuna Peyğəmbərin öz dövründə və həzrətin özü tərəfindən ad qoyulmuşdur.

Bu barədə bir neçə rəvayəti qeyd edirik:

a) Übey ibni Kəb Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu nəql edir: “Hər kəs “Ali-İmran” surəsini oxusa, onun hər ayəsinin müqabilində ona cəhənnəmin üzərindəki sirat körpüsündən bir amannamə veriləcəkdir.”

b) Büreydə nəql edir ki, Peyğəmbər buyurdu: “Bəqərə” və “Ali-İmran” surəsini öyrənin, çünki bu iki surə eynilə iki qönçəyə bənzəyir ki, qiyamət günü onu oxuyanların başları üzərində kölgə salacaqdır.”[2]

v) Üqbə ibni Amir Peyğəmbərdən belə rəvayət edir: “Mənə elə ayələr nazil olmuşdur ki, onların oxşarı heç vaxt nazil olmamışdır; o da müəvvəzəteyndən (“Fələq” və “Nas”) ibarətdir.”[3]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) heç vaxt həvayi-nəfs üzündən danışmır və danışdıqları ona nazil olan vəhydən başqa bir şey deyildir.[4] Buna əsasən, bu surələrə ad qoymasının Allaha istinad edilməsi də düzgün bir işdir.

Əlbəttə, bəzi surələrdə irəli çəkilən mövzularla mütənasib olaraq onların çoxlu adları vardır. Belə bir ehtimal da verilir ki, bu adların bəziləri Peyğəmbərdən başqalarının vasitəsi ilə seçilmiş olsun.

 


[1] “Hud” surəsi, ayə: 13

[2] Cəfəri, Yəqub, “Kövsər”, 2-ci cild, səh. 57

[3] Təbərsi, Fəzl ibni Həsən, “Cəvamiul-cami” təfsiri, 4-cü cild, səh. 563, Tehran universiteti ilə Qum elmiyə hövzəsinin müdiriyyətinin birgə nəşri, birinci çap, Tehran, 1377-ci şəmsi il

[4] “Nəcm” surəsi, ayə: 3 və 4

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 47: Nisa surəsinin3-cü ayəsində buyurulur:
Sual 73: Ilahi pəhriz düzgündürmü? İlahi pəhriz ilə şeytani pəhriz arasında ...
Sual 71: Ağız ,burun və qulaq suyu insan orqanizmində yarandığı kimi göz ...
وَ یُطْعِمُونَ الطَّعامَ عَلى‏ حُبِّهِ ...
SUAL - CAVAB
Sual 23: Möcüzə, sehr və şöbədəbazlıq arasındaki fərqin nədən ibarət ...
Azan və iqamədə İmam Əliyə şəhadək verməyin hökmü
Sual: 31. Allah həqiqəti axtaran insanı həqiqətə çatdıracağına zamin ...
Sual:20. Dini hakimin hökuməti ilə peyğəmbər və imam (ə) hökuməti arasında ...
Sual: 6. Dinlərin sonuncusu necə dindir

 
user comment