Azəri
Friday 19th of April 2024
0
نفر 0

“Hədid” surəsində imam Zaman (əleyhis-salam) barəsində olan ayəni tərcüməsi ilə birlikdə bəyan edin.

“Hədid” surəsində imam Zaman (əleyhis-salam) barəsində olan ayəni tərcüməsi ilə birlikdə bəyan edin.
Qısa cavab

“Hədid ” surəsinin 17-ci ayəsində buyurulur:

اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِ الْأَرْضَ بَعْدَ مَوْتِها

“Bilin ki, Allah yeri, öldükdən sonra (bir daha) dirildəcəkdir.”

Əhli-beyt (əleyhimus-salam) rəvayətlərində bu ayə imam Zaman (əleyhis-salam)-ın zühur dövrünə izah edilmişdir. Onların bəzilərini qeyd edirik:

1. Məhəmməd Hələbi deyir: İmam Sadiq (əleyhis-salam)-dan yuxarıdakı ayənin izah və təfsiri barəsində soruşdum, həzrət buyurdu: “(Yerin dirildilməsi dedikdə məqsəd) zülm və haqsızlıqla dolduqdan sonra (bərqərar ediləcək) haqq-ədalətdir.”[1]

2. İmam Kazım (əleyhis-salam) həmin ayənin izahında buyurur: “Yerin dirildilməsindən məqsəd yağış damcıları vasitəsi ilə dirildilməsi deyildir, əksinə Allah-taala müəyyən insanları seçəcəkdir ki, ədaləti (bərqərar edib yeri) diriltsinlər. Buna əsasən, məqsəd yerin haqq-ədalət əsasında dirçəldilməsidir və bu da (zühur) qırx gün ardıcıl yağan faydalı yağışlardan sonra baş verəcəkdir.”[2]

3. İmam Hüseyn (əleyhis-salam) buyurur: “Məhdi biz on iki nəfərdən biridir. Onların birincisi Əli ibni Əbi Talib, axırıncısı da mənim övladlarımdan olan doqquzuncu şəxsdir ki, haqq əsasında qiyam edəcəkdir, Allah-taala onun vasitəsi ilə yeri (zülm və haqsızlıqla öldükdən sonra) haqq-ədalətlə dirildəcəkdir.”[3]

 


[1] Kuleyni, Məhəmməd ibni Yəqub, “Kafi”, 8-ci cild, səh. 267, hədis 390, "Darul-kutubil-islamiyyə", Tehran, 13065-ci şəmsi il

[2] Yenə orada, 7-ci cild, səh. 174, hədis 7

[3] Təbərsi, Fəzl ibni Həsən, “E’lamul-vəra”, səh. 406, "Darul-kutubil-islamiyyə", Tehran

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Quran riyakar insana necə təsir göstərir?
“Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil ...
“Tövbə” surəsinin 43-cü və ya “Təhrim” surənin 1-ci ayəsi İslam ...
Sual 39:
Sual 51: Gecə namazlarında xüsusilədə şəfi namazında oxunan surə və qunutda ...
ORUCUN KƏFFARƏSİNİN HÖKÜMLƏRİ
Sual 70:
Sual 65:
Sual:40
Sual 38: Cənnət və cəhənnəm Allah Allahlıq edənədək mövcud olacaqdır yoxsa ...

 
user comment