Azəri
Friday 26th of April 2024
0
نفر 0

Nə üçün Muhəmməd surəsinin 2- ci ayəsində «وَ الَّذِینَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ وَ ءَامَنُواْ بِمَا نُزِّلَ عَلىَ‏ محُمَّدٍ وَ...‏» Peyğəmbərin adı açıqlanıbdır? Amma başqa ayələrdə açıqlanmayıb?

Nə üçün Muhəmməd surəsinin 2- ci ayəsində وَ الَّذِینَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ وَ ءَامَنُواْ بِمَا نُزِّلَ عَلىَ محُمَّدٍ وَ هُوَ الحْقُّ مِن رَّبهِّمْ کَفَّرَ عَنهمْ سَیِّاتهِمْ وَ أَصْلَحَ بَالهَمْ başqa ayələr kimi بما انزل علی رسوله deyilməyib, bəlkə Peyğəmbərin (s) adıyla açıqlanıbdır?
Qısa cavab

Sual onunan ayədə Həzrəti Muhəmmədin (s) mübarək adının açıqlanmasının səbəbi, ayənin bu hissəsinin əhəmiyyətinə görədir və Allah Peyğəmbərin (s) adını deməklə o həzrətə əzəmət və ehtiram bağışlamaq istəyib. Təfsirçilərdən bir dəstəsi ikinci təbiri ümumda sonra xüsusun deyilişi bilirlər. Bu şəkildə ki, ikinci təbir əziz Peyğəmbərin (s) təlimatlarına təkiddir; bu bəyanla ki, Allaha iman heç vaxt kamil olmayacaq, məgər əziz Peyğəmbərə nazil olanlara iman gətirilmiş ola.

 

Bir dəstənin etiqadı budur ki: Peyğəmbərin (s) adının deyilməsi ona görədir ki, Əhli kitab deməsinlər biz ancaq Allaha və öz Peyğəmbərimizə cə səmavi kitablarımıza iman gətirmişik.

 

Ətreaflı cavab

Peyğəmbərin (s) adının açıqlanmasının səbəbini anlamaq üçün, gərək ayənin bu hissəsi «آمَنُوا بِما نُزِّلَ عَلى مُحَمَّدٍ» hansı mənanı çatdıqmaq istəyib ona diqqət edərək, Peyğəmbərin adının deyilməsinin səbəbini ələ gətirək.

 

Allah Məhəmməd surəsinin 2- ci ayəsində bir höküm bəyan edir ki, ondan bir neçmət kimi ad aparmaq olar. Bu cür ki, Allah bəzi insanların günahlarını öz məğfirətiylə məhv edir və onların qəlblərində islah edir.[1] Amma hansı kəslər bu neməti ələ gətirir bu haqda iki təbir var ki, ayənin əvvəllərində gəlibdir:

 

" وَ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصَّالِحاتِ" və digəri " آمَنُوا بِما نُزِّلَ عَلى مُحَمَّدٍ" indi bundakı, ayənin hər iki hissəsindən birinin digəriylə hansı nisbəti var və hansı mənaya şamil olur. Müfəssirlər arasında bir sıra bəhslər var.

 

İlk baxışda nəzərə çatır ki, birinci təbirin misdaqları və fərqləri daha ümumidir və ikinci təbirin fərdlərində özündə yerləşdirir. Buna əsasən ikinci təbir sadəcə iman gətirən fərdlərdən bəzisinə təkiddir. Amma bu mətləbi bütün təfçirçilər qəbul etmir və onların bu haqda nəzərləri var ki, ikinci hissənin anlayışında faydalıdır və biz onlardan bir sırasına işarə edirik:

 

  1. Təfsirçilərdən bir dəstəsi ikinci təbiri ümumdan sonra xüsusun deyilişi bilirlər.

     

Bu şəkildə ki, ikinci təbir Əziz Peyğəmbərin (s) təlimatlarına təkiddir: Başqa sözlə desək Allaha iman heç vaxt kamil olmayacaq, məgər əziz Peyğəmbərə nazil olanlara iman gətirmiş ola.[2]

 

  1. Təfsirçilərdən bir dəstəsi ikinci hissəni etirazi qeyd (qaçılmaz qeyd) bilirlər və deyirlər ikinci hissə, birinci hissəni məhdudlaşdırır və bunu bəyan edir ki, ayənin sonunda gəlmiş hökm və nemət bu dəstəyə bağlılığı var və ikinci hissəni birinci təbirə təkcə bir təkid bilmək olmaz.[3]

     

  2. Bir dəstə tamamilə ikinci nəzəriyyənin müxalifidirlər və etiqadları bunadır ki, ikinci hissə nə inki xüsusi deyil, bəlkə birinci mənadan ümumidir. Onlar deyirlər " الذین آمنوا" yəni Allaha, Peyğəmbər və Məada iman, amma « آمنوا بما نزل علی محمد » yəni əziz Peyğəmbərə (s) gəlmiş bütün şeylərə iman və bu əvvəldə gəlmiş şeyləri ümumiləşdirir və davamında gələn hökmün fərdlərini daha çox etmişdir.[4]

     

  3. Brinci cümlə Allaha iman gətirməyə işarədir və etiqadi cəhəti vardır və ikinci cümlə İslamın məzmununa və o həzrətin təlimatlarına iman gətirməyə işarədir və elmi cəhəti vardır. Başqa sözlə desək təkcə Allaha iman kifayət deyil, bəlkə " ما انزل علیه"iman gətirmək lazımdır, yəni ona nazil olmuş Qurana, cihada, namaz oruca və əxlaqi dəyərlərə iman gətirmək lazımdır [5] ki, Allah şəxsin günahlarını bağışlasın və qəlbini islah etsin. Bu halda ayənin hər iki hissəsinin ayrı və fərqli mənası olacaq və artıq bir- birlərinə nisbət ümum və xüsusları olmayacaq.

     

  4. Bir dəstədə bu təkrarın səbəbini o fərdlərin fərqli olmasına görə ki, ayə onların haqqında nazil olubdur, biliblər. Bu mənaya ki, birinci hissə Əbuzər, Salman, Əmmar və Miqdad haqqında nazil olubdur və ikinci hissə həzrəti Əli (ə) haqqında nazil olubdur, fərdlərin fərqli olması ayədə iki təbirin vücuda gəlməsinə səbəb olubdur.[6]

     

Bütün bu ehtimallara əsasən, ayənin ikinci hissəsinin əhəmiyyətini başa düşmək olur. Buna əsasən bu ayədə həzrəti Muhəmmədin (s) adına işarə olması ayənin bu hissəsinin əhəmiyyətinə görədir və Allah istəyib Peyğəmbərin (s) adını deməklə o həzrətə əzəmət və ehtiram bağışlasın.

 

Təfsirçilərdə bu səbəbi yazıblar; Buna səbəb ki, həzrəti Muhəmməd (s) ayrıca yad olunub, və onun imanına xüsusi işarə olunub, hədəf o həzrətin əzəmətlənməsi və şərafətlənməsi olubdur".[7]

 

Bu səbəbə əlavə olaraq, təfsirçilər başqa bir ehtimalda qeyd ediblər ki, diqqətə layiqdir: "Peyğəmbərin adını zikr etdi, ona görə ki, Əhli- kitab deməsinlər: Biz təkcə Allaha Peyğəmbərə və öz səmavi kitablarımıza iman gətirmişik".[8]

 



[1] - «کَفَّرَ عَنهمْ سَیِّاتهِمْ وَ أَصْلَحَ بَالهمْ .»

 

[2] - Məkarim Şirazi, Nasir, Təfsiri nümunə, cild 21, səh 394, Darul- kutubul- İslamiyyəh, Tehran, 1374 hicri şəmsi.

 

[3] - Təba təbai- Seyyid, Məhəmməd Hüseyn, Əl- mizan fi təfsiril- Quran, cild 18, səh 223, came müdərrisin hozeye elmiyyeye Qum, 1417 hicri qəməri.

 

[4] - Fəxruddin Razi, Əbu əbdillah Muhəmməd ibni Ömər, Məfatihul- ğeyb, cild 28, səh 35, Darul- ehyaut- turasil ərəbi, Beyrut, 1420 hicri qəməri.

 

[5] - Təfsiri Nümunə, cild 21, səh 394.

 

[6] - Bəhrani- seyyid Haşim, Əl- burhan fi təfsirul- Quran, cild 5, səh 56, bunyadi besət, Tehran, 1416 hicri qəməri.

 

[7] - Təbərsi, Fəzl ibni Həsən, Məcməul- bəyan, fi təfsirul- Quran, cild 9, səh 148, Nasir osrov nəşriyyatı, Tehran, 1372 hicri şəmsi.

 

[8] - Həmin.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?

 
user comment