Azəri
Tuesday 16th of July 2019
  75
  0
  0

Əllahus- səməddə, əs- səməd kəlməsi hansı mənadadır?

Əllahus- səməddə, əs- səməd kəlməsi hansı mənadadır?
Qısa cavab

Lüğət kitabları, rəvayətlər təfsirçilərin kəlamlsrında "səməd" kəlməsi üçün, çoxlu mənalar qeyd olubdur. Ona görə də bu qısa məqalədə bir neçə nümunə hər üç dəstədən (lüğət, rəvayət və təfsir) açıqlayır.

 

A). Rağib müfrədatda deyir: Səməd ağa və böyük mənasındadır ki, iş görmək üçün ona tərəf gedirlər. Bəziləri deyiblər: "Səməd" boş deyil, əksinə dolu olan şey mənasındadır.[1]

 

B). İmam Hüseyn (ə) hədislərin birində səməd üçün beş məna buyurubdur:

 

1. "Səməd", seyidlik və cənablığın son həddində olan şəxsdir.

 

2. "Səməd", daim, əzəli və əbədi olan bir zatdır.

 

3. "Səməd", daxili olmayan bir vücuddur. Daxili dolu olub, boş olmayan hər bir şey mənasındadır.

 

4. "Səməd", yeyib və içməyən çəxsdir.

 

5. "Səməd", yatmayan çəxsdir.[2]

 

Digər bir rəvayətdə gəlibdir: Səməd özünə söykənən və digərinə ehtiyacı olmayan şəxsdir.[3]

 

İmam Əli bin Əl- Hüseyn (ə)- dan nəql olubdur: Səməd, şəriki olmayan, bir şeyi qorumağın onun üçün çətin olmayan və heç şeyin ondan gizli olmayan şəxsdir.[4]

 

Həmçinin nəql olubdur, Bəsrə camaatı imam Hüseyn (ə)- a məktub yazıb və o həzrətdən səmədin mənasını soruşdular.

 

İmam (ə) onların cavabında buyurdu:

 

"Bismilahir- rəhmanir- rəhim. Quran, barəsində məlumatsız müzakirə və söz- söhbət etməyin. Çünki mən babam Peyğəmbərdən belə buyurduğunu eşitdim: Elmsiz danışan şəxs, onun üçün təyin olmuş odun bir yerində yer tutmalıdır. Allah özü səmədi təfsir edibdir: " لَمْ یَلِدْ وَ لَمْ یُولَدْ وَ لَمْ یَکُنْ لَهُ کُفُواً أَحَدٌ" o, nə doğmuş, nə də doğulmuşdur. Onun heç bir bənzəri də yoxdur... Bəli Səməd Allah, o kəsdir ki, heç nədən yaranmayıb, heç nə də mövcud deyil, heç bir şeyin üzərində qəratlaşmayıb. Əşyaları yaradan və onların xaliqidir, hər şeyi qüdrəti ilə yaradıb, fəna üçün yaratdığı, onun iradəsi ilə məhv olur və qalmaq üçün yaratdığı, onun əməlilə qalır, budur səməd Allah..."[5]

 

Qeyd etmək lazımdır: "Səməd" üçün rəvayətlərdə gələn mənalara diqqət etdikdə, anlayırıq ki, onların hamısı bir həqiqətə qayıdır. O, böyük və cənablıqdır ki, heç nəyə ehtiyaclı deyil və hamı ona ehtiyaclıdırlar.

 

C. Əllamə Təba təbai deyir: Allah Səməddir cümləsinin mənası budur ki, hər şey zat, təsir və xüsusiyətlərdə ona möhtacdır və o məqsədlərin sonudur. "Səməd", kəlməsinin mənasında əsas, qəsd etmək və ya etimadla qəsd etməkdir. "Nəsərə" yənsuru" babından, "Səmədəhu" yəsmuduhu, səmdən" deyilən zaman, mənası budur ki, filan adam etimad etdiyi halda filan kəsin ya filan şeyi qəsd edibdir.

 

Təfsirçilərin bəzisi bu kəlməni (ki, sifətdir) çoxlu mənalara təfsir ediblər ki, onların çoxu bu mənaya qayıdır: "Ehtiyaclarını yerinə yetirmək üçün, hər tərəfdən ona üz tutulan və qəsd olunan böyük və seyiddir. Müzakirə olunan ayədə mütləq gəldiyi üçün, həmin mənanı çatdırır. Deməli, Allah- Taala aləmin bütün varlıqlarının ehtiyaclarında onu qəsd etdikləri bir seyid və böyükdür.

 

Bəli, əgər Allah- Taala bütün aləmin yaradanı və var olan hər nəyin varlığını Allah veribsə, deməli hər nə ki, ona "şey" adı şamil olur, zat, xüsusiyyət və təsirlərində Allaha möhtacdır və ehtiyacını aradan qaldırmaqda onu qəsd edir. Necə ki, özü buyurub: " أَلا لَهُ الْخَلْقُ وَ الْأَمْرُ"[6] və həmçinin mütləq şəkildə buyurub: «وَ أَنَّ إِلى رَبِّکَ الْمُنْتَهى» [7]

 

Deməli Allah- Taala vücud aləmində təsəvvür olunan hər bir ehtiyacda, səməddir. Yəni hər nə hər bir şeyi qəsd edirsə, yalnız o məqsədinin sonu odur və ehtiyacı onun vasitəsilə yerinə yetirilir.

 

Bundan məlum olur ki, "Səməd", kəlməsinin əvvəlinə əlif və lamın gəlməsindən məqsəd, məxsusluğu çatdırmaqdır. Yalnız Allah- Taalanın mütləq səməd olduğunu anladır. Əksinə "Əhəd" kəlməsinin əvvəlinə əlif və lam gəlməyib, ona görə ki, bu kəlmə çatdırdığı xüsusi məna ilə, müsbət cümlədə yalnız Allah- Taalada işlənir. Deməli, əhəmiyyəti Allah- Taalada xüsusi işlətmək və ya əhədiyyətlər içindən qəsd olunmuş əhədiyyəti çatdırmaq üçün əlif və lam gətirməyə ehtiyac yox idi.[8]

 

 

Bu sualın ətraflı cavabı yoxdur.

 

 



[1] - Rağib İsfəhani, Quran kəlmələrinin mənaları, cild 1, səh 492, "Səməd", kəlməsi, Baxın: Sihahul- lüğət, Məcməul- Bəhreyn, Cameul- came, Quran lüğəti, İbn Əsirin Nihayəsi və...

 

[2] - Baxın: Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 3, səh 223, Müəssisətul- vəfa, Beyrut, 1409 hicri qəməri.

 

[3] - Həmin.

 

[4] - Həmin.

 

[5] - Hürr Amuli, Vəsailüş- şiə, cild 27, səh 189, Müəssisətu alil- beyt ələyhissəlam, Qum, 1409 hicri qəməri.

 

[6] - Bilin ki, icad və tədbir yalnız onun əlindədir. Əraf surəsi, ayə 54.

 

[7] - Həqəqətən, hər şeyin sonbu ona doğrudur. Nəcm surəsi, ayə 42.

 

[8] - Baxın: Təbatəbai- Seyid Məhəmməd Hüseyn, Əl- mizan fi təfsiril- Quran, cild 20, səh 388- 389, İslami nəşrlər dəftəri, Qum, çap beşinci, 1417 hicri qəməri.

 

Ətreaflı cavab
Bu sualın ətraflı cavabı yoxdur.
  75
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment