Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Əl- həmdu lillahi rəbbil- aləmin" «الحمد لله رب العالمین» barəsində İmam Həsən Əsgərinin (ə) təfsiri nədir?

Əl- həmdu lillahi rəbbil- aləmin" «الحمد لله رب العالمین» barəsində İmam Həsən Əsgərinin (ə) təfsiri nədir?
Qısa cavab

İmam Həsən Əsgərinin (ə) təfsiri, o həzrətə nisbət verilir ki, bəzi səbəblərə görə bəziləri bu nisbəti yəqini bilmirlər. Bu təfsirdə, Fatihətul- kitab" (Həmd) və "Bəqərə" 282- ci ayəyədək, rəvayət formasında təfsir olubdur ki, Quran elmləri terminində ona "məsur" təfsir deyilir.

 

Hər halda, İmam Əsgəri (ə) "Əl- həmdu lillahi rəbbil- aləmin" «الحمد لله رب العالمین» təfsirində, Allahın sitayişi saysız nemətlərinə görə, varlıqlardan himayə, İmam Əli (ə)- ın İmamət və vilayətini qəbul etmək vəsaitini ilə şiənin üstünlüyü kimi məsələlərə işarə edib və bütün bu nemətlərə görə Allaha təşəkkür etməyin lazımlığını buyurub. Dedi: "Əl- həmdu lilahi- rəbbil- aləmin" «الحمد لله رب العالمین» .

 

Ətreaflı cavab

İmam Həsən Əsgəri (ə)- ın təfsiri, o həzrətə nisbət verilir ki, bəzi səbəblərə görə, bəziləri bu nisbəti yəqini bilmirlər.[1] Bu təfsirdə, "Fatihətul- kitab" (Həmd) və "Bəqərə" 288- ci ayəyədək, rəvayət formasında təfsir olubdur ki, Quran elmləri terminində ona "məsur" təfsir deyilir.[2]

 

Hər halda "Əl- həmdu lillahi rəbbil- aləmin" «الحمد لله رب العالمین» ayəsi barəsində İmam Həsən Əsgəri (ə)- ın təfsirinin xülasəsi belədir:

 

"Əl- həmdu lillahi «الحمد لله» yəni Allah bəndələrinəverdiyi bəzi nemətləri, qısaca onlara tanıtdırıbdır. Bu ona görədir ki, bəndələr onları ətraflı şəkildə tanımağa qadir deyillər. Çünki onun nemətləri o qədər çoxdur ki, nə samaq olar, nə də tanımaq. Ona görə də onlara buyurdu: Deyin: "Əl- həmdu lillah."[3]

 

Davamında. O həzrət "Rəbbil- aləmin"- in təfsiri və izahında bu məsələlərə işarə buyurur:

 

  1. Aləmlərin Rəbbi, bütün yaranmışlara ruzi verir. Onları öz himayəsində saxlayır. Onlara əhatəsi var, məsləhətinə əsasən hamısını tədbir edir və o bəndələrinə həqiqətən mehriban və rəhimlidir.[4]

     

  2. Bütün varlıqların ruzisi məlum və bölünmüşdür. Adəm övladı, dünyada istədiyi din və üslubla rəftar edə və hansı mövqedə olsa da, ona ruzi yetişər. Adəm övladı və onun ruzisi arasında pərdə və mane yoxdur. Ruzi özü onu axtarır, o həddəcən ki, əgər bir şəxs ruzisinin tələbinə geciksə, ruzi onu axtarır, necə ki, ölüm də onun dalıncadır.[5]

     

  3. Şiələr Allaha onlara verdiyi fəzilət və üstünlüyə görə, təşəkkür etməlidirlər.[6] Bu barədə, Allah- Taala həzrət Musa (ə)- a etdiyi xitabında, İslam Peyğəmbəri (s)- in digər Peyğəmbərlərdən və həmçinin Peyğəmbərin ümmətinin digər Peyğəmbərlərin ümmətindən üstünlüyünü vəsf edib və Peyğəmbər (s)- in ümmətini səsləyərək belə buyurur: Ey Məhəmmədin ümməti! Yəqinliklə bilin ki, sizə olan qəza vəqədərim belədir ki, rəhmətin qəzəbimdən və əfv və bağışlamam əzabımdan qabaqdır. Deməli, məni çağırmamışdan qabaq, duanızı qəbul etdim və məndən istəməmişdən qabaq, sizə bağışlandım. Əgər sizlərdən biri "a ilahə illəllah vəhdəhu la şərikə ləh və ənnə Muhəmmədən əbduhu və rəsuluh"- a şəhadətlə mənim görüşümə gəlirsə, sözündə sadiq, əməlində haqlı olsa, (yəni dediyi və bildiyi bütün şeyə əməl edir) Əli bin Əbi Talibin Məhəmməd (s)- in qardaşı və vəsisi və onun vəlisi olduğuna şəhadət versə, [7]Məhəmmədə itaətdə olduğu kimi ona itaətə də əməl etsə və onun övliyalarının (rüzgarın pakları və seçilmişləri) İlahi höccətlərinin dəlilləri və haqq ayələrinin möcüzələrini açıqlayan olmalarını və Allah və Peyğəmbərindən sonra, Allahı övliyaları olmaları olduqlarına şəhadət versə, onu behiştimə daxil edərəm.[8]

     

  4. Deməli, Allaha bütün bu nemətlərinə görə həmd və səna edib, deməliyik: "Əl- həmdu lillahi rəbbil-aləmin" «الحمد لله رب العالمین» .[9]

     



[1] - Bu təfsirin sənəd bəhslərindən məlumat əldə etmək üçün, baxın: Ələvi Mehr, Hüseyn, Təfsir və təfsirçilərin tarixi ilə tanışlıq, səh 191- 198, İslam elmləri dünyəvi mərkəzi, Qum, çap birinci, 1384 hicri şəmsi.

 

[2] - Baxın: Muəddəb, seyid Rza, Quran təfsirinin üslubları, səh 167- 169, İşraq nəşriyyatı, Qum, çap birinci, 1380 hicri şəmsi.

 

[3] - Ət- təfsirul- mənsub iləl- imamil- Həsənil- əsgəri (ə), səh 30, İmam Məhdi (əc) mədrəsəsi nəşriyyatı, Qum, çap birinci, 1409 hicri qəməri.

 

[4] - Həmin.

 

[5] - Həmin, səh 31.

 

[6] - Həmin.

 

[7] - " مَنْ لَقِیَنِی مِنْکُمْ بِشَهَادَةِ... أَنَّ عَلِیَّ بْنَ أَبِی طَالِبٍ أَخُوهُ- وَ وَصِیُّهُ مِنْ بَعْدِهِ وَ وَلِیُّه" "cümləsində "vəliyyuhu" kəlməsinin əvəzliyi, "Məhəmmədə "deyil, "Mən" kəlməsinə qodur. Ona görə də, onun mənası belədir: "İmamç Əli (ə), o həzrətin Peyğəmbər (s)- dən sonra vəsi və onun qardaşı olmasına şəhadət verənin, vəlisidir."

 

[8] - Həmin, səh 33.

 

[9] - Həmin.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment