Azəri
Monday 22nd of July 2019
  82
  0
  0

Həmin ayədə buyurulur: ... إِذا مَا اتَّقَوْا وَ آمَنُوا وَ عَمِلُوا الصَّالِحاتِ ثُمَّ اتَّقَوْا وَ آمَنُوا ثُمَّ اتَّقَوْا وَ أَحْسَنُوا وَ اللَّهُ یُحِبُّ الْمُحْسِنین Bu ayədə təqva kəlməsinin təkrar olunmasının səbəbi nədir?

Bir ayədə buyurulur:
إِذا مَا اتَّقَوْا وَ آمَنُوا وَ عَمِلُوا الصَّالِحاتِ ثُمَّ اتَّقَوْا وَ آمَنُوا ثُمَّ اتَّقَوْا وَ أَحْسَنُوا وَ اللَّهُ یُحِبُّ الْمُحْسِنینَ
“O zaman ki, onlar təqvalı olar, iman gətirər və saleh əməl edərlər; sonra təqvalı olub iman gətirsərər, sonra təqvalı olub ehsan edərlər... Allah ehsan sahiblərini sevir.” Bu ayədə təqvanın təkrarlanmasının mənası nədir?
Qısa cavab

Sualda qeyd olunan ayədə təqvanın təkrar olunması ilə əlaqədar müfəssirlər müxtəlif nəzərlər vermişlər. Bəziləri onu təkid kimi məna etmişlər. Çünki təqva, iman və əməli saleh mövzusunun əhəmiyyəti onların barəsində ciddi və təkrar şəkildə təkid olunmasını tələb edir.

 

Bəziləri demişlər ki, onun təkrar və təkid olunması bu mərhələlərin eyni zamanda həqiqi təqva ilə yanaşı olmasının lüzumunu çatdırır. Yəni bu mərhələlərdə heç bir qeyri-dini məqsəd olmamalıdır.

 

Bəziləri də inanırlar ki, birinci gələn təqvadan məqsəd insanın şərabdan çəkinməsi, ikinci təqvadan məqsəd şərabı tərk etməklə əlaqədar insanın qəti qərarda olması, sabit qədəm dayanması, üçüncü təqvadan məqsəd isə bütün günahları tərk edib yaxşı əməlləri əncam verməsidir.

 

Ətreaflı cavab

Bu ayədə təqva kəlməsinin təkrar olunması ilə əlaqədar müfəssirlər müxtəlif nəzəriyyələr irəli sürmüşlər. Onların bəziləri bunu təkid kimi izah etmişlər. Çünki təqva, iman və saleh əməlin mövzusunun əhəmiyyəti onların barəsində çox ciddi şəkildə və təkrarla təkid edilməsini tələb edir. Amma bəziləri də inanır ki, bu üç cümlədən hər biri bir həqiqəti çatdırmaq istəyir ki, burada onların bəzilərinə işarə edirik:

 

1. Birinci dəfə gələn təqva dedikdə məqsəd insanın daxilindəki məsuliyyət hissindən, yəni din barəsində tədqiqat aparmaq, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in möcüzəsini araşdırmaq, haqq barəsində axtarış aparmaqdan ibarətdir. Onun da nəticəsi iman və saleh əməl olur. Başqa sözlə, insanın vücudunda təqvanın birinci mərhələsi olmayınca haqq barədə axtarış və tədqiq fikrinə düşmür. Buna əsasən, birinci dəfə təqvadan söz açılan zaman onun bu mərhələsinə işarə edilir. Bunun da ayənin əvvəlində deyilən لَیسَ عَلَى الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصَّالِحاتِ ... “İman gətirib saleh əməllər edənlər üçün günah deyildir” cümləsi ilə heç bir ziddiyyəti yoxdur. Çünki ayənin əvvəlindəki iman zahirdə təslim olmaq mənasına götürülə bilər, lakin təqvadan sonra yaranan iman həqiqi imandır.

 

İkinci dəfə ثُمَّ اتَّقَوْا وَ آمَنُوا  deyə təqvadan söhbət açılan zaman elə bir təqvaya işarə edilir ki, insanın ruhunun daxilinə, ənginliklərinə nüfuz etmiş, onun təsirləri daha dərinləşmiş olsun. O imanın nəticəsi sabit və qərarlaşmış iman olur ki, əməli saleh də onun bir qismi sayılır. Buna görə də ikinci cümlədə iman zikr olunduqda saleh əməldən söz açılmır; əksinə bu iman ruha o qədər nüfuz etmiş və sabit olmuşdur ki, onun ardınca saleh əməlin zikrinə ehtiyac duyulmur. Üçüncü mərhələdə də təqvadan söhbət açılan zaman məqsəd özünün ən yüksək mərhələsinə çatan təqvadır. Belə ki, bu mərhələdə insan özünün şəri vəzifələrini yerinə yetirməkdən əlavə başqalarını da ehsana, yaxşı işlərə, hətta vacib qisimlərdən olmayan işləri yerinə yetirməyə dəvət edir.

 

Bir sözlə, bu ayədə üç dəfə təkrar olunan təqvadan hər biri məsuliyyət hissi və pəhrizkarlığın bir mərhələsinə işarə edir: ibtidai, orta və yüksək mərhələsi. Bunların hər birinin özü üçün ayədə şahid də vardır ki, onlara istinad etməklə əsl məfhumun nədən ibarət olduğunu başa düşmək olar.[1]

 

2. Bu kəlmənin üç dəfə təkrarı olunması və Allah-taalanın onunla imanın, əməli salehin və ehsanın üç mərhələsinə qeyd vurmasının səbəbi bu mərhələlərin həqiqi təqva ilə yanaşı olmasının lüzumudur. Həm da bunu çatdırır ki, bu mərhələlərdə heç bir qeyri-dini məqsəd olmamalıdır.

 

Deməli, لَیسَ عَلَى الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصَّالِحاتِ جُناحٌ فِیما طَعِمُوا ... “iman gətirib saleh əməllər görənlər üçün yedikləri şeylərdə günah yoxdur” ayəsinin mənası budur ki, iman gətirib saleh əməllər edən insanlar üçün iman gətirməzdən əvvəl gördükləri haram əməllər barəsində günah yoxdur. Bu şərtlə ki, iman və saleh əməl həyatlarının bütün sahələrinə hakim olsun, vacib əməlləri yerinə yetirib, haramlardan çəkinsinlər. Belə fəzilətlərə malik olmaqla bunların haram edilməsini göstərən ayə nazil olmazdan qabaq, bəzi haramlardan məlumatsız olduqlarına görə, yaxud ayənin mənasını başa düşmədiklərinə görə şeytan əməli olan bu çirkin işlərdən birini görən insanlar üçün günah yoxdur. Çünki Allah-taala onların keçmiş günahlarını güzəştdə gedir və bağışlayır.[2]

 

3. Birinci təqvadan məqsəd haramlığı bəyan olunduqdan sonra şərab içməkdən çəkinmək, ikinci təqvadan məqsəd şərabın tərk olunmasına dair qəti iradədə və sabit qədəm olmaq, üçüncü təqvadan məqsəd isə bütün günah işləri tərk edib yaxşı işləri əncam verməkdir.[3]

 



[1] Məkarim Şirazi, Nasir, "Təfsiri nümunə", 5-ci cild, səh. 78-79, “Darul-kutubil-islamiyyə”, Tehran

 

[2] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan fi təfsiril-Quran”, 6-cı cild, səh. 12, “İslamı nəşriyyat”ın dəftərxanası, 1417-ci il

 

[3] Təbərsi, “Məcməul-bəyan fi təfsiril-Quran”, 3-cü cild, səh. 372, “Nasir Xosrov” nəşriyyatı, Tehran, 1372-ci il

  82
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment