Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Quranda ölüm və cəhənnəm əzabları necə Allahın nemətlərinin qismindən hesab olunur?

Ər- rəhman surəsində ayələri zikr edir və sonra deyir: « َبأَىّ ِ ءَالَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ» "Allahın hansı nemətlərini inkar edirsiniz?" Amma başqa ayələri də görürük ki, bu üslub ilə uyğun deyil. O cümlədən həmin surəsin 35, 41, 44- cü ayələri. Bu üslub ləğv edilibdir, yaxud bunlar İlahi nemətlərin zümrəsində qərar tuturlar? Sualın ikinci qismi düzdürsə xahiş edirik izah edəsiniz.
Qısa cavab

Ər- rəhman surəsi İlahi nemətlərdən bir neçəsini sayır və hər bir nemətin zikrindən sonra " فَبأَىّ ِ ءَالَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ" ayəsini zikr etməklə öz xitab olunanından bu nemətlərə iqrar etməsini istəyir. Bu surədə cürbə- cür maddi və mənəvi nemətlər zikr olunubdur. Bunları,Allahın nemətləri ünvanına bəyan etmək bu mınaya deyil ki, bunlar hər bir yerdə xeyr və xoşluğa səbəb olar, bəlkə nemət olub- olmaması üçün gərək bunların ümumiliyi nəzərə alına. Baxmayaraq ki, ilk baxışda ölüm və cəhənnəm əzablarını İlahi nemətlərin zümrəsində saymaq çətindir, amma əgər baxışımızı genişləndirsək və bütün cəhətləri nəzərdə tutsaq, ölümün bir çox yerlərdə (məsələn: Mömin bir insan ona düçar olmağa aşıq olarsa) arzulara yetişmək və Allah- Taalaya çatmaq üçün bu maddi dünyadan qaçmaqda bir vasitə olduğu aydınlaşar.

Həmçinin ölüm, axirəti yada salmaq üçün vasitədir. Bu halda da ölüm, İlahi nemətlərin sırasında qərar tutur. Cəhənnəm əzabı da Allaha yaxınlaşmada və haramları tərk etmə də çox ümdə rol oynayır. Və çox böyük təsir göstərən mane yaradan rolunu ifa edir. Nəticədə, bu ünvanların yerlərini nəzərə almaqda və onu başqa mövqelərlə müqayisə etməklə onları İlahi nümətlərin zümrəsində saymaq olar.

Ətreaflı cavab

Ər- rəhman surəsi ümdə şəkildə Allahın müxtəlif nemətlərini (maddi və mənəvi) bəyan edir. Allah bu nemətləri öz bəndələrinə bağışlayıb və onların bu nemətlərdə qərq olduğunu bildirib. Bunlara əsasən bu surənin adın "rəhmət surəsi", yaxud "nemət surəsi" də qoymaq olar. Buna görə də Allahın geniş rəhmətini çatdıran mübarək "ər- rəhman" adı ilə başlayır.[1]

Amma hansısa xilqətin, nemətin zümrəsində qərar tutması üçün lazım deyil ki, hər yerdə xoşluğa və rahalığa səbəb olsun, bəlkə nemət olması üçün bu qədər bəs edər ki, çoxlu xeyri ola. Elə ki, onu ümumi şəkildə nəzərdə tuturuq, görürük ki, onun faydası zərərindən daha çoxdur. Ola bilsin bəzi məxsus yerlərdə əzaba da səbəb olsun.

Bu bəhsdə işarə olunan ayələrdə də gərək bu mətləb nəzərə alına və xatırlanan ümumi yerlərə nəzər salına.

Ondan sonra hökm etmək olar ki, onlar İlahi nemətlər sırasında sayılsın ya xeyr?

Ər- rəhman surəsinin 26- cı ayəsində " كلُ ُّ مَنْ عَلَيهْا فَان" "Yer üzərində olan hər bir kəs özümün qurbanıdır" görürük ki, İlahi nemətləri bəhsində insanların fənasını zikr edir. Nümunə təfsirində bir neçə ehtimal verilibdir ki, onların hamısını nəzərə alaraq ölüm və fənanı İlahi nemətlərin sırasında qərar vermək olar:

"Amma fəna məsələsi necə İlahi nemətlərin sırasında qərar tuta bilər? Mümkündür bu fəna, mütləq (tam) fəna mənasına deyil, bəlkə əbədi aləmi bir qapı, dalan və keçiddir və həmişəlik aləmə yetişməyin şərti ondan keçməkdir. Dünya, bütün nemətləri ilə birgə mömin üçün ziyandır və bu dünyadan xaric olmaq, bu qaranlıq və dar zindandan azad olmaqdır. Yaxud mümkündür keçmiş, çoxlu nemətlərin zikri bir dəstənin dünya yaşayışında qəflətinə və qərq olmasına səbəb ola. Həmçinin cürbə- cür yeməlilər, içməlilər, mirvari,mərcan və gözəl miniklərə səbəb ola. Buna görə də xatırladır ki, bu dünya əbədi qalmaq yeri deyil, məbada ona bağlanasız və Allaha yetişmək yolunda ondan bəhrələnməyəsiz. Bu xatırlatmanın özü böyük bir nemətdir".[2]

Qeyd olunan ehtimallardan hər birinə əsasən ölüm, İlahi nemətlər qismində qərar tutur və müəyyən olur ki, ölüm, ümumi bir baxışda və bütün yerləri nəzərə almaqla, nemətdən başqa bir şey deyildir. Onu bu surənin üslubundan da xaric etmək olmaz.

Ər- rəhman surəsinin ikinci dəstə ayələrində onların nemət olması üçün bir az fikirləşmək lazımdır. Bu ayələrdə cəhənnəm əzabı və İlahi əzabı zikr olunubdur. O cümlədən: "Sizə tüstüsüz atəş, yaxud atəşsiz tüstü göndərirlər. Onunla mübarizə apara bilməzsiz".[3]

"Kafirləri zahirləri ilə tanıyarlar və saçlarından və ayaqlarından tutarlar".[4] "Onlar od və qaynas su arasında gəl- get edərlər".[5] Bu ayələr şübhə doğrubdur və mümkündür bəziləri ilk baxışda bu ayələri Allahın rəhmətindən uzaq bilə və bunları İlahi nemətlər zümrəsində saymaq onun üçün təəccüblü ola, amma gərək bunlara da dərin bir baxışla baxıla. Bunları zikr etmək buna oxşayır ki, bir ana övladının çox yeməsinin qarşısını almaq üçün ona baş verə biləcək xəstəlikləri xatırladır və istəyir onu bu səhvə yol verməkdən çəkindirə. Allah- Taalada cəhənnəmi və onun əzablarını zikr etməklə insanın ayılmasını istəyir. Bu əzabların zikri insanları düz yolda saxlamaq üçün xəbərdarlıq və həmçinin islah və tərbiyə üçün amildir.

Belə olan halda bunların zikri lütf və nemət hesab olunur. Əgər cəhənnəm və əzablar olmasaydı, çoxları yolunu azardı. Cəhənnəmin olması onları günahdan və xətadan çəkindirir.

Buna əsasən, əzabları da İlahi nemətlərdən saymaq olar. Necə ki, qanunlarda cəzanın olması və nizam- intizam nəzarətçisi vasitəsi ilə onların icrası cəmiyyətin nizam- intizamını qoruyub saxlamaq üçündür və bunu həqiqətən ziddi hesab etmək olmaz, həmçinin cəhənnəmin yaranması və onun əzabını da gərək bəşərin hidayəti üçün fərz edək.

 


[1] - Məkarim şirazi, Nasir, Nümunə təfsiri, cild 23, səh 91, Darul- kotobil- İslamiyyə,birinci çap, Tehran, 1374 hicri şəmsi.

[2] - Həmin, cild 23, səh 125.

[3] - Ər- rəhman surəsi, ayə 35.

[4] - Həmin, ayə 41.

[5] - Həmin, ayə 44.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?

 
user comment