Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Nə üçün Quranda "leyl" (kecə) kəlməsi həmişə "nəhar" (gündüz) kəlməsindən qabaq gəlibdir?

Nə üçün Quranda "leyl" (gecə) kəlməsi həmişə "nəhar" (gündüz) kəlməsindən qabaq gəlibdir?
Qısa cavab

Quranda gecə və gündüzün biri digərindən qabaq və sonra gəlməsi haqqında, Quranı kərimin təfsirçiləri tərəfindən müxtəlif fikirlər açıqlanıb ki, onların ən mühümlərinə işarə olur:

  1. Bəzilərinin etiqadı budur ki, "gecənin" "gündüzdən" qabaq gəlməsi ona görədir ki, qüdrətli Allah gecəni gündüzdən əvvəl yaratdı.[1]
  2. Bir dəstədə deyirlər ki, "gecənin" "gündüzdən" qabaq deyilməsində, "vav" hərfi tərtibi çatdırmır; çünki Allah gecəni rahatlıq üçün yaratdı, gündüzü isə yaşayışda işləmək və çalışmaq üçün, necə ki, buyurdu: "və gecəni (sizin üçün) örtük və gündüzü yaşayış və məaş üçün".[2] Əgər dünya həmişə gecə olsaydı, bütün şey məhv olardı və o tərəfdən, əgər dünya həmişə gündüz və günəşli olsaydı bütün şey yanardı.[3]

Quranda başqa şahidlər var ki, bu fikri təsdiqləyir; məsələn.

«يا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَ اسْجُدِي وَ ارْكَعِي مَعَ الرَّاكِعِينَ»[4]

Bu mübarək ayədə rukudan əvvəl səcdəyə göstəriş Məryəmin (s) namazında onların tərtibinə dəlil deyil. Bəlkə məqsəd hər iki ibadəti yerinə yetirməkdir; çünki "vav" ilə birləşmə tərtibə dəlalət etmir; necə ki, əgər bir kəsə deyilə namaz qıl və xumus ver və oruc tut yəni bu göstərişlərin hamısını yerinə yetir və itaət et.[5]

Nəticə budur ki, "vav" hərfi tərtibə dəlalət etmir. Məgər qərinə olmuş olsa.[6]

Artıq məlumat üçün aşağıdakı təfsir kitablarına müraciət edin:

  1. Təba- təbai, Seyyid Muhəmməd Hüseyn, Əl- mizan fi təfsiril- Quran, cild 17, səh 90- 91.
  2. Hüseyniyi Həmədani, Seyyid Muhəmməd Hüseyn, Ənvari derəxşan, cild 13, səh 380.
  3. Tusi, Muhəmməd ibni Həsən, Əttibyan fi təfsiril- Quran, cild 8, səh 459- 460.
  4. Məkarim Şirazi, Nasir, Təfsiri nümunə, cild 18, səh 385 və 386.

 


[1] - Əbul- Ftuh Razi, Hüseyn ibni Əli, rovzətul- cinan və ruhul- cinan fi təfsiril- Quran, təhqiq, yahəqi, doktur Muhəmməd Cəfər və Nasir, dokror Muhəmməd Məhdi, cild 2, səh 270, Bunyadi pejuheşhayi İslamiyi astani qüdsi Rəzəvi, Məhəmməd, 1408 hicri qəməri.

[2] - Nəbə surəsi, ayələr 11 və 10

«وَ جَعَلْنَا اللَّيْلَ لِباساً وَ جَعَلْنَا النَّهارَ مَعاشاً»

[3] - Rovzətul- cinan və ruhul- cinan fi təfsiril- Quran, cild 2, səh 270- 271.

[4] - Ali- İmran, 43: "Ey Məryəm! (Bu nemətin şükrün etmək üçün) öz Allahına xuzu et və səcdə yerinə yetir! Və ruku edənlərlə ruku et!"

[5] - Davud Pənah, Əbul- fəzl, Ənvarul- irfan fi təfsiril- Quran, cild 5, səh 380- 453, Sədr nəşriyyatı, Tehran, birinci çap, 1375 hicri şəmsi.

[6] - Bu şərafətli ayə kimi " فَعِظُوهُنَّ وَ اهْجُرُوهُنَّ فِي الْمَضاجِعِ وَ اضْرِبُوهُنَّ" (Nisa 34) ki, əlac yolları "vav" hərfi ilə bir- birlərinə birləşib və vav hərfi tərtibə dəlalət etmir. Amma ayənin mənasından bilir ki, bu üç əlacın arasında tərtib var. (Təba- təbai, Seyyid Muhəmməd Hüseyn, Əl- mizan fi təfsiril- Quran, cild 4, səh 345, Dəftəri intişarati İslami, Qum, beşinci çap, 1417 hicri qəməri).

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment