Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Fatiməyə (ə.s) təvəssül

Fatiməyə (ə.s) təvəssül
Cənab höccətül-İslam Şeyx Məhəmməd Həsən Nasehi nəql edir: Nəcəfdən birinci dəfə Məkkəyə getmək istədiyim vaxt bir neçə nəfərlə dəvə kirayələdik. Bir qədər çörək və su götürdük. İki gün yol getmişdik ki, yolu itirdik. Birdən bir neçə nəfər silahlı şəxs göründü və bizə yaxınlaşıb olanımızı əlimizdən aldılar. Qollarımızı bağlayıb üzü üstə yerə yıxdılar və dəvələri götürüb getdilər. Sonradan başa düşdük ki, bələdçimiz bu adamlarla əlbir imiş.
Cənab Şeyx Məhəmməd Kufi də aramızda idi. O əslən isfahanlı idi. Amma yerini dəyişdiyindən Kufi kimi tanınırdı. Böyük şəxsiyyətlər bildirirlər ki, Kufi imam Mehdi (ə) ilə görüşən şəxslərdən olub. Bir gün İsfahanın Sədr mədrəsində ondan bu barədə soruşduq. Buyurdu: “Əgər mən onunla görüşürəmsə, bunun sizə nə faydası?”
Ayətullah Bürucerdi bu şəxsə məhəbbət göstərirdi. Bir dəfə Məşhəd ziyarətinə gəlib sonradan Nəcəfə qayıtmışdı. Bunu eşidən Ayətullah Bürucerdi təəssüf edib buyurdu: “Onu ziyarət etmək ürəyimdən keçirdi.”
Qayıdaq əvvəlki söhbətə. Beləcə, səhrada yerə yıxılmış vəziyyətdə qalmışdıq. Nəhayət, birtəhər sürünüb bir-birimizə yaxınlaşdıq və əllərimizi aça bildik. Quldurlar elə düşünmüşdülər ki, biz sahibsiz çöldə məhv olasıyıq. Su olmadığından təyəmmüm edib sübh namazını qıldıq. Hansı tərəfə gedəcəyimizi bilmirdik. İstixarə edib bir tərəfə üz tutduq. Günəş asta-asta qalxır, hava istiləşirdi. Susuzluq bizə əziyyət verirdi. Şeyx Məhəmməd dedi: “Birlikdə həzrət Zəhra (ə) namazını qılaq.” Onun tövsiyəsinə əməl etdik. Şeyx Məhəmməd Kufi xeyli ağlayıb ah-nalə çəkdi. Bu vaxt uzaqdan bir maşının bizə yaxınlaşdığını gördük. Səs-küy qaldırdıq ki, bizi eşitsinlər. Nəhayət, özümüzü maşına çatdırdıq. Bu maşın Səudiyyə ordusunun tankerlərindən idi. Öz əkin sahələrinə su aparırdı. Düşdüyümüz vəziyyəti sürücüyə danışdıq. Çətinliklə də olsa bizi maşına götürdü və düşərgəyə apardı. Orada yenidən başımıza gələnləri danışdıq. Bir qədər keçəndən sonra hərbiçilər quldurları tutub gətirdilər. Nəyimiz vardısa bizə qaytardılar. Bələdçiyə ciddi tapşırıq verib bizi pulsuz Məkkəyə çatdırmasını əmr etdilər. Hətta bizə kağız verdilər ki, Məkkəyə çatandan sonra imzalayıb bələdçiyə verək, o da həmin kağızı hərbiçilərə təqdim edib bizi sağ-salamat mənzilə çatdırdığını təsdiqləsin. Bəli, Allahın lütfü ilə həmin il Kəbəni ziyarət edə bildik.
Məqalənin tərtibində, "haqqyolu.orq" elektron kitabxanasından istifadə olunub.
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment