Azəri
Friday 22nd of February 2019
  19
  0
  0

Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?

Bir çox ayələrə istinadən Allah-Taala dünya və axirətdə bəzi bəndələrini unudacaqdır. Görəsən Allah-Taalada da unutqanlıq mümkündürmü?

Qısa cavab

Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun halından xəbərdar olmamaq mənasında) Allahın pak və münəzzəh zatından uzaq bilirlər. Habelə, Allah-Taalanın öz kəlamında deyilib: "Yaradanın unutqan deyildir."

Məsumların (ə) kəlamlarından aydın olur ki, Allahın unutmağında məqsəd qəflət, elmsizlik, xəbərdar olmamaq deyil, çünki Allah tamam gizli və aşkar elmlərdən xəbərdardır. Bəlkə də Allahın unutmağında məqsəd ilahi rəhmətin onu haqq edənlərdən kəsilməsidir. Həzrət Əli (ə) buyurur: "Allahın unutmağı onları öz xeyrindən məhrum etməsidir." Deməli, ilahi kəlamlarda Allahın unutqanlığından, unutmasından söz gedirsə, bu bəndənin öz halına qoyulması, Allahın rəhmət əlinin başından götürülməsi mənasındadır ki, bu da bəndənin Allahı unutmasının, dünyaya məşğul olmasının nəticəsidir. Başqa ibarətlə desək, Allahın unutması ilahi yaradılış qanunları əsasında bəndənin Allahı və dini əmrləri unutmasının əks təsiridir.

Ətreaflı cavab

İbtida sualın çıxarışında istinad edilmiş ayələri bəyan edəcək, sonra əqli və nəqli (Quran və rəvayət) dəlillər əsasında məlum suala cavab verəcəyik. Qəsdimiz suala şərh vermək, sonda qaranlıq və paradoksal məqamları aradan qaldırmaqdır.

Qurani-kərimdə bir neçə ayə ilə qarşılaşırıq ki, sözügedən sualın (Allah bəzilərini unudacaq?) yaranmasına zəmin yaradır. Onlar aşağıdaklılardan ibarətdir:

  1. "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular."[1]
  2. "Və deyiləcək: "Bugün sizləri unudacağıq necə ki, sizlər bu günü görəcəyinizi unutmuşdunuz."[2]
  3. "Bizim nişanələrimizi görməməzliyə vurduğun kimi bugündə sən unudulacaqsan."[3]
  4. "Allahı unutdular və Allahda onları unutdu."[4]

Müşahidə etdiyimiz kimi yuxarıdakı ayələrdə bir qrup bəndənin Allah-Taala tərəfindən unudulması aşkar şəkildə qeyd olunmuşdur. İlk üç ayədə unutqanlığın məhşər günündə, dördüncü ayədə isə dünyada olması göstərilmişdir.

İndi ilk olaraq belə bir sual meydan gəlir ki, Allahda unutqanlıq var? Unutqanlıq (bir şeyin Allah yanında olmaması mənasında) sifətini Allaha nisbət vermək olarmı? İkincisi, əgər belədirsə, unutqanlığın keyfiyyəti, mahiyyəti haqqında nə demək olar? Unutqanlıq (bir şeyin Allah yanında olmaması mənasında) sifətini Allaha nisbət vermək olarmı?

İslam etiqadları, dini inanclar (əlbəttə sübutlar əsasında) bütün naqis (səlbiyyə) sifətləri, o cümlədən sözügedən mənada unutqanlığı Onun zatından uzaq, elm və kamal dərəcələrinə malik Allahı hər növ nöqdsanlardan pak bilirlər. Bu da etiqadi və ilahi mənbələrdə, əqli və fəlsəfi arqumentlərlə isbat olmuşdur ki, geniş şəkildə onları şərh etmək bəhsimizdən xaricdir.[5]

Qurani-kərimdə Allahı birbaşa bütün nöqsanlardan pak bilərək, buyurur: "Sənin yaradanın unutqan deyildir."[6] Başqa yerdə isə belə buyurur: "Mənim Rəbbim nə yoldan azan, nə də unudandır."[7]

Beləliklə, Quranın sözügedən ayələri Allahın unutqan olmamasına şəhadət verir. Belə bir sual yaranır ki, Allahın unutmağına dəlalət edən ayələr bəs hansı mənadadır?!

Məsumlarımızın (ə) rəvayətləri həmişə qaranlıq məqamlara aydınlıq gətirmiş, ilahi ayələri şərh və bəyan etmişdir. Burada da qaranlıq məqama aydınlıq gətirirlər. "Bugün onları unudacağıq..." ayəsinin təfsiri barəsində İmam Rzadan (ə) nəql olunan hədisdə deyilir: "Unudacağıq, yəni onları tərk edəcəyik, çünki onlar qiyaməti, bugün üçün hazırlığı tərk etmişdilər. Bizdə onları o gündə öz başlarına buraxacağıq."[8] Deməli, Allahın unutmasından məqsəd lütf və rəhmət nəzərini onların üstündən götürülməsidir.

Necə ki, həzrət Əlidə (ə) bu xüsusda buyurur: "Allahın unutmağı onları xeyirdən məhrum etməsidir."[9] Bu hikmətli üslub ədalət və unudanların məramı əsasındadır. Bəndələrin Allaha nisbəti, il boyu dərs oxumayan, dərslərə əhəmiyyət verməyən, təhsili, dərsi, məktəbi oyun meydançasına çevirən şagird kimidir. Müəllimdə belə bir şagirdi müşahidə edir və sonda onu öz halına qoyur. İmtahan günü yetişdikdə də ona kömək etməkdən, ona dəstək olmaqdan çəkinir.

Belə halda zəruri bir nöqtəyə diqqət etmək lazımdır ki, Allahın unutması və ya rəhmətini məlum bəndələrin üzərindən götürməsi, bəndələrin Onu unutmasına, dini ayinləri oyuncaq hesab etməsinə bağlıdır.[10] Yəni Allah-Taala unutmağın cəzasını unutmaqla ödəyir. Necə ki, unutqanlığın ziddi olan yada salmaq barəsində Allah-Taala buyurur: "Məni yada salın, məndə sizi yada salım."[11]

Deyilənlərə əsasən Allah-Taala Quranda unutqanlığı özünə nisbət vermiş və digər tərəfdən ağıl və Quranın şahidliyi ilə qəflətdən, agahsızlıqdan doğan unutqanlığın, mütləq kamal sahibi, heç bir zərrəcik elmindən kənar olmayan ("Alim əl-Qəni")[12] Allahdan uzaq olması sabit olur. Deməli, Allahın unutqanlığından məqsəd onun bəndələrinə diqqətsizliyi, inayət və nəzərini üzərlərindən götürməsi, rəhmət və xeyirindən məhrum etməsidir.

Ümidvarıq Quran ayələrindəki dəyərlər daim biz əliboş bəndələrə şamil olsun, bəlkə bununla da Allahın rəhmət və əfvini özümüzə cəlb edək.

 

[1] - "Əraf", 51

« فَالْیَوْمَ نَنْساهُمْ کَما نَسُوا لِقاءَ یَوْمِهِمْ هذا »

[2] - "Casiyə", 34

« وَ قیلَ الْیَوْمَ نَنْساکُمْ کَما نَسیتُمْ لِقاءَ یَوْمِکُمْ هذا.»

[3] - "Taha", 26

« قالَ کَذلِکَ أَتَتْکَ آیاتُنا فَنَسیتَها وَ کَذلِکَ الْیَوْمَ تُنْسى »

[4] - "Tövbə", 67

« نَسُوا اللَّهَ فَنَسِیَهُم »

[5] - Bax: "Əl-qəvl əl-sədid fi şərh əl-təcrid", səh. 274 sonra, "İslam əqidələri", 15-22 fəsillər

[6] - "Məryəm", 64

« و ما کان ربک نسّیا .»

[7] - "Taha", 52

« لا یَضِلُّ رَبِّی وَ لا یَنْسى »

[8] - "Nur" təfsiri, "Nur əs-səqəleyn" təfsirinə istinadən

[9] - "Nur" təfsiri, "Bürhan" təfsirinə istinadən, "Tövbə" 67

[10] - "Əraf" 51, "Casiyə" 34-35 ayələrindən çıxarış edilmişdir.

[11] - "Bəqərə", 52

« فاذکرونی اذکرکم »

[12] - "Səba", 3

« عالِمِ الْغَیْبِ لا یَعْزُبُ عَنْهُ مِثْقالُ ذَرَّةٍ فِی السَّماواتِ وَ لا فِی الْأَرْضِ وَ لا أَصْغَرُ مِنْ ذلِکَ وَ ....»

  19
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Musanın (ə) göstərdiyi möcüzədəki ilanla əlaqədar Quranda “seban”, yəni ...
      Ənfal surəsində bəyan edilən bütün ənfalın (qənimətlərin ) Allah və Onun Rəsuluna aid ...
      “Rəd” surəsinin 31-ci ayəsinin mənası nədir?
      “Rəbbin və mələklər səf-səf gələrlər” ayəsində “səf”in mənası nədir?
      Peyğəmbərlərdən birinin adı İsraildirmi? Və o şey ki, yeməyin özünə haram etdi nə ...
      Nə üçün Muhəmməd surəsinin 2- ci ayəsində «وَ الَّذِینَ ءَامَنُواْ ...
      Əllahus- səməddə, əs- səməd kəlməsi hansı mənadadır?
      Əl- həmdu lillahi rəbbil- aləmin" «الحمد لله رب العالمین» barəsində ...
      Quranda burucdan məqsəd nədir?
      Həmin ayədə buyurulur: ... إِذا مَا اتَّقَوْا وَ آمَنُوا وَ ...

 
user comment