Azəri
Tuesday 16th of April 2024
0
نفر 0

Quran surələrindən hansı birini oxumağın savabı daha çoxdur?

Quran surələrindən hansı birini oxumaqla daha çox savab əldə etmək və istəklərə çatmaq olar?

Qısa cavab

Quran əməl kitabıdır. İslam nəzərində Qurana bir həyat tərzini təyin edən bir kitab kimi və ya insan üçün həyat dərsləri kimi nəzər olunsun.

O şəxslər ki, yalnız Quran surələrini və ya o surələr ki, onları oxumağın daha çox savabı vardır deyə bu fikirdədirlər, başqa surələrin bərəkətindən məhrum olarlar. Əlbəttə ki, Quranın bütün surələri oxunmalı və onlara əməl olunmalıdır. Amma rəvayətlərdə hər surənin özünə məxsus fəzilətlərinə işarə olunmuşdur; Xüsusiylə də həmd surəsinə məxsus diqqət yetirilmiş və onu Quranın üçdə ikisi qədər hesab olunmuşdur və yaxud ayətul kürsünü çox xeyirli və fəzilətli bildirmişlər beləliklə tövhid surəsini Quranın üçdə biri qədər fəzilətli olduğunu bildirmişdirlər. Əlbəttə başqa surələrdə özünə məxsus fəzilətləri vardır.

Ətreaflı cavab

Quranın bütün surələrini oxuyub tilavət etməyin dünya və axirətdə sonsuz təsiri vardır və Quran surələrinin hər biri üçün məxsus fəzilətlər açıqlanmışdır. Əlbəttə bu nöqtədə diqqət etmək lazımdır ki, Quran insan həyatını çərçivəyə salan əməl kitabıdır. Onu tilavət etmək düşüncə və iman üçün bir başlanğıcdır və əməl üçün br vasitədir ki, yaxşı əməllərə sahib olmaq da bu şəraitlərdən qaynaqlanır.

Başqa bir nöqtəyə də işarə etmək lazımdır ki, və o da bundan ibarətdir ki, Quranı tilavət etməkdə bir ticarət kimi nəzərdə tutaq və bunun arxasınca ola ki, hansı surəsin savabı daha çoxdur və həmişə onu oxumaqla başqa surələrin bərəkətindən məhrum olaq.

Quran bir təşkilatdır ki, hamısı bir- birinin kənarında olmalıdır və insan bütün bunlardan bəhrələnərək kamilliyə çatmalıdır.

Əlbəttə rəvayətlərdə bütün surələrin bəlkə bəzi aylərin də fəzilət və bərəkətlərinə işarə olunmuşdur. Burada nümunə olaraq onlardan bəzilərinə işarə edirik:

"Bismillahir- rəhmanir- rəhim"- in fəziləti:İslam rəvayətlərində o qədər bu ayəyə əhəmiyyət verilmişdir ki, onu Allahın ismi əzəmi dərəcəsində bildirmişdir. O cür ki, İmam Sadiq (ə)- dan rəvayət olunur: "Bismillahir- rəhmanir- rəhim" Allahın ismi əzəm- inə yaxındır o cür ki, gözün qarası ağına yaxındır.[1] Bir çox rəvayətlər bu məzmunda "Bismillahir- rəhmanir- rəhim"- in fəzilətlərini bizə çatdırmışdır.

Quranın surələrinin fəzilətləri barəsində də bir çox rəvayətlərdə hər bir surənin özünə məxsus fəzilətlərinə işarə olunmuşdur. Misal üçün Həmd surəsinin fəziləti barəsində Peyğəmbərdən rəvayət olunmuşdur ki, həzrət buyurur:

"Hər kəs Həmd (Fatihə) surəsini oxusa ona o qədər savab verilər ki, güya Quranı üçdən ikisini oxumuş və hər möminə sədəqə vermişdir.[2]

Başqa bir rəvayətdə gəlmişdir: Hər kəs bu surəni (Həmd surəsi) oxusa Allahdan nə istərsə ona verər; və ya Həmd surəsini hər bir dərdə və xəstəliyə şəfa olduğunu bildirmişdir. Bir sözlə bu surənin əhəmiyyəti barəsində bir çox rəvayətlər bizə çatmışdır və onu oxumağın daha çox savabı vardır.

Tövhid (İxlas) surəsinin barəsində də bir çox fəzilətlər zikr olunmuşdur onun oxunmasını Quranın üçdə biri bildirilir, bir meyidin dəfn mərasimində oxunması zamanı yetmiş min mələk nazil olar; Peyğəmbər (s) buyurur: Hər kəs Allaha və qiyamət gününə inanarsa namazdan sonra İxlas surəsini oxumağı unutmasın, çünki hər kəs bu surəni oxusa Allah dünya və axirət xeyrini ona verər, onun özünü, valideynin və övladlarını bağışlayar.[3]

Peyğəmbərdən (s) Bəqərə surəsi barəsində sual olundu ki, surələrin ən fəzilətlisi hansıdır, həzrət buyurdu: Bəqərə surəsi və sonrakı ayətul kürsü.

Ayətul- kürsünün savabı o qədər çoxdur ki, şiə və sünni məzhəbi rəvayət edirlər Peyğəmbər (s) buyurmuşdur: Hər vaxt bir mömin Ayətul- kürsünü oxusa və onun savabını qəbristanlıq əhlinə hədiyyə etsə, Allah Taala onun hərifləri qaşılığında bir mələk təyin edər və onlar qiyamət gününə kimi onun üçün zikr edərlər.

Ali- imran surəsinin fəzilətləri barəsində rəvayət olunmuşdur ki, hər kəs bu surəni oxusa, onun hər bir ayəsi bərzəx görpüsündən keçmək üçün amanda saxlar.[4] Nisa surəsinin fəziləti barəsində gəlimişdir, hər kəs Nisa surəsini cümə günü oxusa qəbr əzabından amanda qalar.[5] Maidə surəsinin fəziləti barəsində gəlmişdir ki, hər kəs onu dördüncü gün oxusa imanı zəifləməz və Allaha şərik qoşmaz.

Beləliklə rəvayətlərdə gəlmişdir Peyğəmbər (s) əshabından birinə buyurdu: İstəyirsən iki surəni iki təlimlə sənə öyrədim ki, Quran surələrinin ən fəzilətlisidir? Buyurdu: Bəli Ey Allahın Rəsulu.

Həzrət (Fələq və Nas) surələrini ona öyrədir. Sonra isə bu iki surəni sübh namazında qiraət edərək buyurur: Hər vaxt yuxudan ayıldın və ya yatdın bu iki surəni oxu.[6]

Bəs Quran surələrinin hər birinin özünə məxsus xüsusiyyətləri vardır, amma demək olmazki, hansı surənin savabı daha çoxdur. Beləliklə Quranı tamamıyla oxumaq lazımdır ki, Quranın bütün fəzilətlərindən bəhrələnək.

 

[1] - Burhan təfsiri, cild 1, səh 41.

[2] - Məcməul- bəyan təfsiri, cild 1, səh 14- 15.

[3] - Nümunə təfsiri, cild 27, səh 429.

[4] - Məcməul- bəyan, cild 1, səh 693.

[5] - Səvabətul- əmal, səh 133.

[6] - Nümunə təfsiri, cild 27, səh 454.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"İnfitar" surəsi
Nəfsdən xilas olaq!
"Bələd" surəsi
"Nəhl" surəsi
"Təkasur" surəsi
Ələq" surəsi
"İsra" surəsi
Mücadilə" surəsi
"İnşiqaq" surəsi
Quranda möminlərin sifətləri

 
user comment