Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Necə olur ki, həzrət Süleyman (ə) övladının vəfatından sonra mülk və hakimiyyət arzusu edir, amma İmam Hüseyn (ə) isə deyir: "Ey Əli səndən sonra kül olsun bu dünyanın başına?".

Rəvayət olunmuşdur ki, həzrət Süleyman övladının vəfatından sonra və bu müsibət zamanı bu cür dua edir:
«قَالَ رَبّ ِ اغْفِرْ لىِ وَ هَبْ لىِ مُلْکاً لَّا یَنبَغِى لِأَحَدٍ مِّن بَعْدِى إِنَّکَ أَنتَ الْوَهَّاب »
Yəni dünyadan ümidsiz olmadan mülk və rəhbərlik arzusu edir.
Amma Kərbəla məsələsində bunun şahidiyik ki, İmam Hüseyn (ə) səbr və möhkəmlik baxımından bir nümunədir və Peyğəmbərlərə nisbət və hətta ulu- əzm Peyğəmbərə nisbət yüksək məqam və fəzilət sahibidir,Əli Əkbərin (ə) cənazəsi üstündə deyir: "یا علی! علی الدنیا بعدک العفی" yəni ey Əli! Səndən sonra kül olsun bu dünyanın başına.
Əgər Quranın buyurduğuna əsasən ki, həzrət Süleymanın sözləri və əməlləri bir fəzilətdir, bəs bu cür olduqda İmam Hüseynin sözü və əməlləri ki, bunun əksinədir necə təhlil etmək olar? Xahiş olunur rəvayət və qəbul edici dəlillərə əsasən bunu cavablandırın.
Qısa cavab

Baxmayaraq həzrət Süleymanın bu sözü onun ruhiyyəsinin böyüklüyünü və Allahın sonsuz rəhmətinə olan yəqinindən hekayət edir və bu da ümumi insanlara nisbət onun üstünlüyünü bildirir, amma İmam Hüseynin (ə) halına qarşı müqayisə etmək mümkün deyildir.

 

Çünki bu ayələr:

 

Birincisi: Bir növ bunu bildirir ki, həzrət Süleyman bir anlıq xəta edir (əlbəttə ki, günah sayılmır) və övladı itirmək bir növ əzab kimi hesab olunmuşdur.

 

İkincisi: O bir övladını itirmiş idi ki, o övladı olmurdu, ümumi olaraq bu cür övladın dünyadan getməsi insanın məhəbbət və atifə hisslərini oyatmır.

 

Amma imam Hüseyn (ə) Aşura günü bir halda bu sözləri açıqladı ki:

 

Birinci: Allaha nisbət olan ən yüksək eşq və mərifətdə idi.

 

İkinci: O bir övladı Allah yolunda hədiyə edir ki, vücud, əxlaq, danışıq baxımından Peyğəmbərə ən çox oxşayan bir şəxs idi.

 

Bu cür bir övlad üçün ağlayıb öz narahatçılığını o cür ürək parçalayan bir vəziyyətdə hər bir daş ürəyi yumşaldır.

 

Birinci: Tamamıyla bu təbiidir.

 

İkinci: İmamım vücudunun hərtərəfi möhkəm olmasından xəbər verir çünki o cür şücaət möhkəmlik və qəlbinin dözümlü olduğu bir halda, məhəbbət və eşq ilə dolu bir ürəyə sahibdir.

 

Üçüncü: Bu xəbər verir ki, ən qiymətli bir şey ki, ixtiyarındadır, Allah yolunda hədiyyə edir.

 

Bunun üçün də nəin ki, imamın sözləri Allahın rəhmətindən ümidsizliyi bildirir bəlkə axirətdəki həyata ən böyük və yüksək iman və ümidin olmasından xəbər verir.

 

Ətreaflı cavab

"Sad" surəsinin bu iki 34- 35- ci[1] ayələrinin nazil olması barəsində təfsir və tarix kitablarında çoxlu hekayələr və rəvayətlər qeyd olunmuşdur ki, onlardan, həzrət Süleymanın ismətiylə üst- üstə düşən və anlaşılanı bu cür qeyd olunmuşdur:[2]

 

Süleyman arzu edirdi qüdrətli və şücaətli övlad sahibi olsun ki, ölkənin idarə olunmasında xüsusiylə də düşmənlərlə cihad etməkdə ona kömək etsinlər. Onun bir neçə həyat yoldaşı var idi. Və özü- özlüyündə dedi: Onlarla həyat sürsəm çoxlu övlad sahibi olaram və öz hədəf və məqsədlərimdə mənə kömək edərlər. Çünki bu zaman qafil oldu və "inşaallah" «انشاء اللَّه» sözünü həmin ki, hər bir halda insan Allahdan kömək diləyir, demədi bu zaman ailələrindən heç bir övlad sahibi olmadı, yalnız əlil bir övlad ki, ruhsuz bir bədən kimi onun kürsüsünə qoydular!.

 

Süleyman dərin fikrə getdi və narahat oldu ki, nə üçün bir anlıq Allahı yaddan çıxartmış və öz gücünə və hakimiyyətinə bel bağlamışdır. Bu zaman tövbə edib Allahın dərgahına doğru qayıtdı.[3]

 

Bu ayələr:

 

Birinci: Bir növ bunu bildirir ki, həzrət Süleyman bir anlıq səhvə yol vermişdir. Övladı əldən verməkdə bir nöz əzab hesab olunur.

 

İkinci: O övlad ki, əldən vermişdir əlil və nəslin kəsilməsi kimi hesab olunurdu. Ümumi olaraq bu cür övladı itirmək o qədərdə insanın məhəbbətini oyatmır.

 

Amma İmam Hüseyn (ə) Aşura günü bu sözləri o halda deyir ki:

 

Birinci: Allaha qarşı ən yüksək məhəbbət və mərifətdə idi.

 

İkinci: Bir övladını Allah yolunda hədiyyə edir ki, cism, əxlaq, danışıq cəhətindən Peyğəmbərə (s) ən yaxın oxşar şəxs idi. Bir şəxs idi ki, öz zəmanəsinin imamı üçün fəda oldu və mübarizə meydanına hərəkət edən zaman dedi: Mən Əli ibni Hüseyn (ə) ibni Əliyəm (ə). Mən o dəstədənəm ki ataları İslam Peyğəmbəridir. And olsun Allaha ki, zinakarın oğlu bizlərə hakim ola bilməz. Mən sizi bu nizəylə o qədər vuracağam ki, bu nizənin ucu əyilincə. Mən sizləri qılıncla vurub öz atamdan himayət edəcəyəm. Mən sizi haşimi və Ələvi bir oğlu kimi vuracağam.[4]

 

Bu cür övlad üçün belə bir vəziyətdə hər bir ürəyi yumşaldır;

 

Birinci: çünki təbiidir və bu cür də olmalıdır.

 

İkinci: İmamın vücudunda olan həqiqətlərin nə qədər də geniş və aşkar olduğunu açıqlayır, çünki baxmayaraq imam bu qədər şücaətli möhkəm və ürəyi dözümlü bir şəxsiyyətdir ki, mübarizəsində buna şahid oluruq. Amma bütün bunlarla məhəbbət və atifə ilə dolu bir ürəyə malikdir. Çünki imam hər bir kamal və insanlığın mənbəyidir vəməhəbbət və sevgi insaniyyətin və kamilliyin bir nümunəsidir. O cür ki, Peyğəmbər (s) öz övladı İbrahimi itirdiyi zaman ağlayır və ağlamağının illətini soruşduqda buyurur: Bu ağlamaq deyil bəlkə rəhmətdir, hər kəs rəhm etməzsə ona da rəhm olunmaz.[5] Fatimeyi Zəhra (s)- da atası Peyğəmbərin qəbri üstündə ürəkdən yanaraq buyurur: Ey ata sən getdin və sənin getməyinlə günya öz işığını bizlərdən aldı və nemətlərini bizim üzümüzə bağladı, dünya sənin varlığın gözəlliyi sayəsində nurlanırdı. Amma indi onun aydın günləri qaralmış, qurusu və yaşı zülmət gecələrdən hekayət edir.[6]

 

Üçüncü: İmamın, Əli əkbərin yaralı və cansız bədəni üstündəki bu sözləri:

 

«یا علی! علی الدنیا بعدک العفی»

 

"Ey Əli! Səndən sonra kül olsun bu dünyanın başına" Əli Əkbərin imamın nəzərindən olan əzəmətini bildiri ki, onun həyatda olması imamın həyatda olmasına bərabərdir.

 

Dördüncü: İmamın fədəkarlığının ən yüksək məqamını bildirir, çünki ixtiyarında olan ən qiymətli əşyanı Allah yolunda hədiyyə edir.

 

Bütün bunlardan əlavə, o şəxs ki, özünün və övladının tamam sağlamlığı zamanında, Allahın razılığı üçün bütün bunlara göz yumub, onun daha çox Allaha ümidi çoxdur yoxsa o şəxs ki, əlil bir övladını əldən vermiş və o halda Allahdan rəhbərlik və məqam istəyir?

 

Baxmayaraq ki, həzrət Süleymanın (ə) bu sözləri də Allahın sonsuz rəhmətinə olan iman və yəqindən xəbər verir ki, adi insanlara nisbət daha üstündür. Amma İmam Hüseynin (ə) halıyla müqayisə etmək mümkün deyildir, çünki imamın sözləri nəin ki, Allahın rəhmətindən naümid olmamaqdan xəbər vermir bəlkə axirətdə ki həyata daha yüksək iman və ümidə bel bağlamaqdan xəbər verir.

 

Bundan əlavə imamın bu sözləri o dövrdəki vəziyyətin münasib olmadığından xəbər verir ki, İmamın başqa sözlərində dünya həyatında yaşayışdan nə qədər narazı olduğu məlum olur. Kərbəlaya hərəkət etdiyi zaman səfərində buyurur: Həqiqətən dünyanın üsü dəyişib və tanınmaz olub, onun yaxşılıqları məhv olmaq üzrədir yaxşılıqlardan qabın dibində qalmış nəm və rütubət kimi bir əsər qalmışdır, səhrada xəstəlik olan istifadəsiz bitkilər kimi zəlil və mənasız həyatdan başqa bir şey qalmamışdır. Görmürsünüz ki, haqq əməl olunmur və batildən də əl çəkmirlər. Bəs möminin haqqı vardır llaha qovuşmaq üçün ondan ölüm arzulasın...həqiqətən insanlar dünyaya bel bağlamışdırlar din isə onların dillərindən yuxarı yüksəlmir.[7]

 

Başqa bir sözündə təkrar olaraq dünyadan üz çevirməsinin illətini İlahi insanlara hörmətsizlik və onların şəhid olması kimi bildirir.

 

İmam Zeynal Abidin (ə) buyurur: Hər bir evdə ki, əyləşib məclis qurduq atam Yəhya ibni Zəkəriyyanın (ə) şəhadətindən söz açdı, o cümlədən bir gün buyurdu: Allah yanında dünyanın rüsvay olmasından biri də budur ki Yəhyanın mübarək başını kəsdilər və hədiyyə olaraq bəni İsraildən olan zinakar qadın üçün göndərdilər.[8] O cür ki, İmam Hüseyn (ə) Əli əkbərin şəhadəti zamanı buyurur: Bunlar nə qədər Allah taalaya cəsarət və Peyğəmbərə (s) ehtiramsızlıq etdilər.[9]

 



[1] - Həqiqətən biz Süleymanı imtahana çəkdik və sonra bir cəsədi taxtanın üstünə atdıq, sonra o tövbə etdi və dedi: Ey mənim Rəbbim məni bağışla və mənə o rəhbərliyi bağışla ki, məndən sonra ona ləyaqəti yoxdur, həqiqətən sən daha çox bağışlayansan. Sual 35.

 

[2] - Bu iki ayəylə bağlı tərifdə. Süleymanın (ə) günah (bir anlıq Allahın rəhmətini yad etməmək) etməsi və onun xüsusiylə rəhbərlik tələb etməsi barəsində sual və cavab üçün müraciət olunsun: Əl- mizan təfsiri (ərəb dilində) cild 17, səh 204. Nümunə təfsiri, cild 19, səh 282. Rah və rahnəmaşenasan, səh 17.Ustad Misbah Yəzdi.

 

[3] - Nüminə təfsiri, cild 19, səh 281.

 

[4] - Biharul- ənvar, cild 45, səh 43.

 

[5] - Əsailüş- şiə, cild 2, dəfn babları, 17- ci bab, səh 922, rəvayət 8.

 

[6] - Biharul- ənvar, cild 45, səh 174- 180.

 

[7] - Tuhəful- uqul, İmam Hüseynin (ə) qısa sözləri, səh 247.

 

[8] - Biharul- ənvar, cild 45, səh 299. Gəncineye rəvayət nur SD- si, bax: Porseşha və pasoxhaye daneşcuyi, şomareye 13, Ayətullah Xamineyinin inistutlardakı nümayəndəliyi. Müşavirə və cavablandırma idarəsi.

 

[9] - Biharul- ənvar, cild 45, səh 44.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
İSLАM PEYĞƏMBƏRİNİN (S) MÖVLUDUNDАN İMАM MEHDİNİN (Ə. C.) QEYBƏ ...
Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb etdi
Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə ...
Əbu Talib mömin olub, yoxsa..?
ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
Kim indiyəcən görüb ki, vəhşi bir ulаq
Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının ...
İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI

 
user comment