Azəri
Tuesday 19th of March 2024
0
نفر 0

Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olmuşdur?

Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olmuşdur?

Quranın ayə-ayə nazil olmasının səbəbi nədir? Neçə surə ayrı-ayrılıqda nazil olmuşdur?

Qısa cavab

Quran iki cür: bir dəfəyə və tədrici (ayə-ayə və surə-surə) nazil olmuşdur. Tədrici nazil olma səbəbi ilə əlaqədar müxtəlif dəlillər qeyd olunmuşdur. O cümlədən:

  1. Bu iş Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəlbini möhkəmləndirirdi;
  2. Vəhyin davam etməsi və ayələrin tədrici nazil olması Peyğəmbər və müsəlmanlar üçün ruhi asayişə və qəlblərinin sabitləşməsinə səbəb olurdu;
  3. Ayələr camaata tədrici şəkildə oxunmalı idi ki, onların barəsində yaxşı-yaxşı düşünə, təfəkkür edə bilsinlər, onu əzbərləsinlər və Quran elmi əməllə yanaşı olsun.

Quranda çoxlu mətləblər bəyan olunduğuna görə bu mətləblər təsnif olunmuş şəkildə, hər biri də ona münasib olan digər mətləblərlə bir məcmuə şəklinə düşməli və həm də başqa mətləblərdən seçilməli idi. Buna görə də Quran müstəqil ayə və surələrdən təşkil olunmuşdur.

Qeyd etmək lazımdır ki, hər ayənin əvvəli və axırı Peyğəmbər (səlləllahu əleyhi və alih)-in şəxsi göstərişi ilə təyin olunurdu (bu işə “tovqif” deyilir) və onu qeydsiz-şərtsiz qəbul və itaət etmək lazımdır. Əlbəttə, Quranın kiçik surələrindən bəziləri bir dəfəyə nazil olmuşdur ki, onların adı ətraflı cavabda qeyd olunacaqdır.

Ətreaflı cavab

Qurani-məcid 23 il ərzində və tədrici olaraq Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olmuşdur. Digər tərəfdən də belə oxuyuruq: “Quran Ramazan ayında (bir gecədə) nazil olmuşdur.”[1] Bu ayədə aşkar şəkildə buyurulur ki, Qurani-məcid mübarək Ramazan ayında nazil olmuşdur. Həmçinin,  إِنَّا أَنْزَلْناهُ فِی لَیْلَةِ الْقَدْرِ “Həqiqətən Biz onu (Quranı) Qədr gecəsində nazil etdik”[2] və إِنَّا أَنْزَلْناهُ فِی لَیْلَةٍ مُبارَکَةٍ “Həqiqətən Biz onu bərəkətli bir gecədə nazil etdik”[3] ayələri göstərir ki, Qurani-məcid bir gecədə nazil olmuşdur. Bu üç ayəni birlikdə müqayisə etdikdə aydın olur ki, Quran mübarək Ramazan ayında nazil olmuşdur.

Hədislərdə deyilir ki, Quran iki cür nazil olmuşdur:

Həfs ibni Ğiyas deyir ki, İmam Sadiq (əleyhis-salam)-dan soruşdum: “Allah-taala buyurur: شَهْرُ رَمَضانَ الَّذِی أُنْزِلَ فِیهِ الْقُرْآنُ “Ramazan ayı o aydır ki, Quran onda nazil edilmişdir” halbuki Quranın özü 23 il ərzində nazil olmuşdur?!” Həzrət buyurdu: “Quranın hamısı Ramazan ayında – əvvəlcə Beytül-məmura, oradan isə tədriclə (Peyğəmbərin qəlbinə) nazil olmuşdur.”[4]

Əhli-sünnətin rəvayətlərində Beytul-məmurun yerinə Beytul-izzət qeyd olunur.

“Təfsri Safi”nin 9-cu müqəddiməsində “Beytul-məmur” (yəni abad olunmuş ev)  “Peyğəmbərin qəlbi” kimi təbir olunur və deyilir: “Sanki, onun Peyğəmbərin qəlbinə nazil olması nəzərdə tutulur. Çünki Allah-taala buyurur: نَزَلَ بِهِ الرُّوحُ الْأَمِینُ عَلى قَلْبِکَ “Onu Ruhul-Əmin sənin qəlbinə nazil etmişdir.” Bundan sonra 23 il ərzində tədrici olaraq o həzrətin qəlbindən dilinə cari olmuşdur.

Quranın tədrici şəkildə nazil olmasının səbəbi

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sağlığında müsəlmanlar üçün bir hadisə baş verəndə, yaxud böyük bir problemlə qarşılaşanda onu həll edib aradan qaldırmaqla əlaqədar, yaxud irəli çıxan suallara cavab vermək məqsədi ilə bir surənin müəyyən ayələri nazil olurdu. Bu münasibətləri, yaxud hadisələri termində “əsbabun-nüzul”, yaxud “şəni-nüzul” adlandırırlar. Belə ki, ayələrin çoxunun dəqiq başa düşülməsində bu məsələ (şəni-nüzul) barəsində məlumat əldə etmək zəruridir.

Buna əsasən, Quran hicrətdən əvvəlki və sonrakı dövrlərdə baş verən müxtəlif hadisələrlə əlaqədar 23 il ərzində və tədriclə nazil olmuşdur. Bu nazil olma bəzən ayrı-ayrı ayələr, bəzən də bir surə qalibində idi. Peyğəmbərin həyatının axırıncı ilinə qədər bu minvalla davam etdi. Sonra bütün ayələr bir yerə yığılaraq “Quran” adlı bir kitab şəkilinə salındı.

Bur cür nazil olma Qurana məxsus xüsusiyyətlərdən olmaqla onu digər səmavi kitablardan seçib ayırır. İbrahim (əleyhis-salam)-ın səhifələri, Musa (əleyhis-salam)-ın lövhələri bir yerdə nazil olmuşdu. Bu da müşriklərin Quran barəsində eyib axtarmasına səbəb olmuşdu. Quran buyurur: “Kafir olanlar dedilər: “Nə üçün Quran bir dəfəyə ona nazil olmur?!” Onların cavabında isə belə buyuruldu: “Səbəbi odur ki, onun vasitəsi ilə sənin qəlbini möhkəmləndirək, (buna görə də) onu tədrici olaraq sənə nazil edirik.”[5] Başqa yerdə buyurulur: “Elə bir Quran ki, onun ayələri bir-birindən ayrılmışdır, ta ki, onu dərin təfəkkürlə camaata oxuyasan; və Biz onu tədrici olaraq nazil etdik.”[6]

Mərhum Əllamə Təbatəbai bu ayənin təfsirində çox dəyərli və incə məsələlərə işarə edərək buyurur: “Ayə, xas bir şəkildə düzümündən əlavə, bütün Quran maariflərinə şamildir. Bu maarif Allahın yanında xüsusi kəlmələr və ibarələr qalibindədir ki, tədrici nazil edilmədən bəşərin dərkinə sığmaz. Buna görə də bu aləmin xüsusiyyətinə – tədriciliyə münasib olaraq tədrici şəkildə nazil olmalıdır ki, camaat onu asanlıqla dərk edib əzbərləyə bilsinlər. Buna əsasən yuxarıdakı şərif ayə   إِنَّا جَعَلْناهُ قُرْآناً عَرَبِیًّا لَعَلَّکُمْ تَعْقِلُونَ وَ إِنَّهُ فی أُمِّ الْکِتابِ لَدَیْنا لَعَلِیٌّ حَکیم “Həqiqətən Biz Quranı ərəbcə qərar verdik ki, bəlkə düşünələr, həqiqətən o, Bizim yanımızda Ümmül-kitabdadır”[7] ayəsinin təqdim etmək istədiyi mənanın bəyanı məqamındadır. Quranın ayrı-ayrılıqda və tədrici nazil olmasının hikməti bu səmavi kitab barəsində elm əldə və göstərişlərinə əməl etməklə yanaşıdır.[8] İnsanların istedadlarının çiçəklənməsi ondan əldə edilən maarifin dərkinə bağlıdır. Quran ayələrinin tədrici olaraq, hissə-hissə, surə-surə və ayə-ayə nazil olması camaatın onun əsil maariflərinin, etiqadlarının, fəri və əməli hökmlərinin əldə etməyə dair istedadının tamamlanması üçündür. O, bəşər üçün nəzərdə tutulan bütün məsləhətləri tələb edir. O da bundan ibarətdir ki, Quran elmi ona əməl etməklə yanaşı qərar verilmişdir ki, insanın təbiəti onun hökm və maariflərini əxz etməkdən yorulmasın, insanlar onun maariflərini biri digərindən sonra dərk etsinlər ki, tövratın taleyinə düçar olmasın. Tövrat bir yerdə nazil olduğuna görə yəhudilər onu əxz və qəbul etməkdən imtina etdilər. Allah-taala Tur dağını onların başı üzərində asılı vəziyyətdə qərar verməyincə onu qəbul etməyə razı deyildilər.”[9]

Həmçinin, Qurandan əldə olunan bəzi məsələlər onun ayələrinin tədrici nazil olmasının hikmətini bəyan edir: o hikmət də budur ki, Peyğəmbər və müsəlmanlar daim Allahın xüsusi inayətlərinin intizarında olsunlar, onların Allah-taala ilə olan əlaqələri daim bərqərar olsun. Vəhyin və ayələrin bu cür nazil edilməsi müsəlmanların qəlbində xatircəmlik yaranmasına, imanlarının möhkəmlənməsinə şərait yaradırdı.[10]

Ayələrin müxtəlif münasibətlərlə əlaqədar və müxtəlif zamanlarda nazil olmasından sonra surələr şəkilində bir yerə yığıldı və “Quran” adlı bir məcmuə şəklinə salındı. Hər surənin ayələrinin sayı “tovqifi” (Allah və Peyğəmbər tərəfindən olan xüsusi göstərişə bağlı olan) bir məsələdir və ən kiçik surədən (üç ayədən ibarət olan “Kövsər”) tutmuş, ən böyük surəyə qədər (286 ayədən ibarət olan “Bəqərə”) hamısı Peyğəmbər (səlləllahu əleyhi və alih)-in xüsusi göstərişi ilə tənzim olunmuş və indiyə qədər bir kəs onda dəyişiklik etməmiş, həmin vəziyyətdə qalmışdır. Bu da Quranın özü ilə əlaqədar möcüzə, onun ayələri ilə əlaqədar bir sirdir.[11]

Quran surələrinin müxtəlif ayələrdən hansı əsasda təşkil olunmasına gəldikdə isə, demək lazımdır: hər bir surənin tərtibi, tənzimi və ayələrinin sayı Peyğəmbərin həyatında və o həzrətin birbaşa göstərişi ilə baş verirdi. Bu məsələ “tovqifi” olduğuna görə onu qeydsiz-şərtsiz qəbul etmək, Quranda mövcud olan həmin tərtiblə oxumaq lazımdır. Hər surə “Bismillahir-Rəhmanir-Rəhim”in nazil olması ilə başlanır, ayələri də nazil olma tərtibi ilə qeydə alınır. Nəhayət, ikinci bir “Bismillahir-Rəhmanir-Rəhim” nazil olur və digər bir surə başlanır. Bu, ayələrin təbii tənzimidir. Bəzi hallarda isə Peyğəmbər Cəbrəil (əleyhis-salam)-ın işarəsi ilə göstəriş verirdi ki, filan ayəni təbii nəzminin əksinə olaraq başqa bir yerdə qərar versinlər. Məsələn, “Bəqərə” surəsinin 281-ci ayəsi  وَ اتَّقُوا یَوْماً تُرْجَعُونَ فیهِ إِلَى اللَّهِ ثُمَّ تُوَفَّى کُلُّ نَفْسٍ ما کَسَبَتْ وَ هُمْ لا یُظْلَمُونَ barəsində deyilmişdir ki, bu, nazil olan ən axırıncı ayədir, amma həzrət göstəriş vermişdi ki, onu “Bəqərə” surəsinin daxilində – 281-ci ayədə yazsınlar.

Buna əsasən, ayələrin surələr daxilində qeyd olunması – istər təbii tənzimlə olsun, istərsə də “tovqifi” göstəriş əsasında – Peyğəmbər (səlləllahu əleyhi və alih)-in şəxsən özünün nəzarət və göstərişi ilə baş verirdi və ona tabe olmaq lazımdır. Belə də deyildi ki, hər bir yerdə və mətləbin tamam olması ilə eyni zamanda ayə sona çatmış olsun; çox hallarda mətləbin ortasında ayə tamam olurdu, amma mətləbin davamı sonrakı ayədə gəlirdi. Deməli, bir ayənin uzun və ya qısa olması onda dərc olunan mətləbə bağlıdır və sırf şəkildə “tovqifi” bir əmrdir. Keçmiş alimlər ayələrin həcmi ilə əlaqədar azacıq nəzər ixtilafına malikdirlər. Səbəbi də budur ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) bəzi hallarda müəyyən ayədə dayanır və tilavətini davam etdirmirdi. Bu zaman ayənin tamam olmasını güman edirdilər. Bəzi hallarda isə arada dayanmadan digər bir ayəni tilavət edirdi.[12]

Amma bir yerdə, bir dəfəyə və məcmu halında nazil olan surələrə gəldikdə isə, onlar aşağıdakılardan ibarətdir: “Fatihə”, “Vəz-zuha”, “İxlas”, “Kövsər”, “Təbbət”, “Bəyyinə”, “Mürsəlat”, “Maidə”, “Ənam”, “Tövbə”, “Səff”, “Adiyat”, “Kafrun”, “Nəsr”,  “Fələq” və “Nas”.[13]

 

[1] “Bəqərə” surəsi, ayə: 185:

شَهْرُ رَمَضانَ الَّذِی أُنْزِلَ فِیهِ الْقُرْآنُ

[2] “Qədr” surəsi, ayə: 1

[3] “Duxan” surəsi, ayə: 3

[4] “Kafi”, “Təfsiri Safi”dən nəqlən, 9-cu müqəddimə

[5] “Furqan” surəsi, ayə: 32:

وَ قالَ الَّذینَ کَفَرُوا لَوْ لا نُزِّلَ عَلَیْهِ الْقُرْآنُ جُمْلَةً واحِدَةً کَذلِکَ لِنُثَبِّتَ بِهِ فُؤادَکَ وَ رَتَّلْناهُ تَرْتیلاً

[6] “İsra” surəsi, ayə: 106:

وَ قُرْآناً فَرَقْناهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلى مُکْثٍ وَ نَزَّلْناهُ تَنْزیلا

[7] “Zuxruf” surəsi, ayə: 3 və 4

[8] “İnsanların istedadının buluğ və inkişaf həddinə çatması”

[9] Təbatəbai, Məhəmməd Hüseyn, “Əl-mizan” (farsca tərcüməsi), 13-cü cild, səh. 305 və 306

[10] Mərifət, Məhəmməd Hadi, “Ülumi Qurani”, Qum, “Təmhid” mədəniyyət müəssisəsi, 1380-ci il, səh. 60-61

[11] “Ülumi Qurani”, səh. 111

[12] “Ülumi Qurani”, səh. 117

[13] Əsrar, Müstəfa, “Danistənihaye Quran”, səh. 28; Həsənzadə, Sadiq, “Kilidi Quran”, səh. 134

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ey inanlar
Allah bütün kamal sifətlərə malikdir
YƏHUDİ AYİNLƏRİ VƏ İXTİLAFLARI
BƏNİ-İSRAİL QÖVMÜ
ALLAHIN ƏDALƏTİ BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ÖNSÖZ
Bilirsinizmi qeybət zamanın qorxunc şübhələrindən qurtulmaq üçün nə etmək ...
MƏSİHİ FİRQƏLƏRİ (1)
Qeybət haramdır!
DUALIZM

 
user comment