Azəri
Friday 18th of October 2019
  228
  0
  0

Habil və Qabil kim ilə evlənmişdi?

Habil və Qabil kim ilə evlənmişdi?

İnsan nəsli necə davam etmişdir? Habil və Qabil kim ilə evlənmişdi?

Qısa cavab

Tarix və rəvayət mənbələrinə əsasən, hazırkı insan nəsli nə Habildən, nə də Qabildən davam etməmişdir. Əksinə, həzrət Adəmin Şeys (Hibətullah) kimi digər övladlarından davam etmişdir. İslam alimləri arasında Adəm (əleyhis-salam)-ın övladlarının kim ilə evlənməsi ilə əlaqədar iki nəzəriyyə mövcuddur və hər bir dəstə öz müddəasının isbatı üçün Quran və rəvayətlərdən müxtəlif dəlillər zikr etmişlər. Biz burada həmin iki nəzəriyyəni qısa şəkildə bəyan edirik:

  1. Qardaş bacı ilə evləndi; O dövrdə hələ bacı ilə qardaşın evlənməsinin haram olma qanunu Allah tərəfindən verilməmişdi. Bəşər nəslinin davam etməsi üçün bundan başqa bir yol da yox idi. Buna görə də heç bir irad tutula bilməz.
  2. Adəmin övladlarının bir-biri ilə evlənməsi mümkün olmadığından, onlar yer üzündə əvvəlcədən olan digər insan nəslinin qızları ilə evləndilər. Sonralar onların övladları bir-biri ilə əmi uşağı oldular və bir-biri ilə evləndilər. Bu nəzəri də bəzi rəvayətlər dəstəkləyir. Çünki Adəmin nəsli yer üzündə mövcud olan ilk insanlar olmamış, ondan əvvəllər də yer üzündə müəyyən insan növləri mövcud olmuş və yaşamışdır.[i]

Əlbəttə, belə nəzərə çarpır ki, birinci nəzəriyyə Quranın zahiri ilə daha uyğun olmuş olsun.

 

[i] Bax: “Dini suallar”, Məkarim Şirazi, səh. 453, İslami tədqiqat müəssisəsi, Sual: “Lütfən Habil ilə Qabilin evlənmə məsələsini qısa şəkildə izah edərək buyurun ki, onlar öz bacıları ilə evləndilərmi?”

Ətreaflı cavab

Tarixi və rəvayət mənbələri insan nəslinin Adəm (əleyhis-salam)-ın üçüncü övladı və onun vəsisi və vəliəhdi olan Şeys və ya Hibətullahdan davam etməsini demişlər. Habil Qabilin əli ilə qətlə yetirilmişdi. Üsyankarlıq və günah nəticəsində qovulan Qabil günah və fəsad işlər ardınca getdi. Onun övladları da atasının əməl və rəftarlarına tabe olaraq üsyankarlıq və tüğyana qurşandılar və Nuh (əleyhis-salam)-ın tufanı hadisəsində hamılıqla məhv olub aradan getdilər. Bundan sonra Şeysin nəsli qalıb davam etdi.[1]

Amma Adəm (əleyhis-salam)-ın övladlarının  kimlə evlənməsinə gəldikdə isə, bu çox müəmmalı bir bəhsdir. Rəvayət mənbələrimizdə bir-biri ilə təzadlı olan çoxlu rəvayətlər gözə dəyir. Bəziləri “Nisa” surəsinin birinci ayəsinə istinad edərək[2] inanırlar ki, Adəmin övladlarının nəsli yalnız Adəm ilə həyat yoldaşı Həvvanın vasitəsi ilə davam etmiş və bu məsələdə üçüncü bir varlıq rol ifa etməmişdir.

Bu da Adəmin övladlarının bacı-qardaşla evlənməsini tələb edir. Çünki əgər onlar digər insan növündən olan qızlarla evlənsəydilər, Allahın “minhuma – o ikisindən (Adəm-Həvvadan) nəslini davam etdirdi” –  deyə buyurması mənasız olardı.

Çoxlu rəvayətlərdə nəql olunan bu məsələ çox da təəccüblü deyildir. Çünki bəziləri məsum imamlardan nəql olunan hədislərə istinadən bu cür evlənmənin mübah (icazəli) olduğunu qeyd etmişlər. Onlar demişlər ki, o zaman bacı ilə qardaşın evlənmənin haramlıq hökmü hələ Allah tərəfindən verilməmişdi.

Aydındır ki, hər bir işin qadağan olunması Allah tərəfindən haram edilməyə bağlıdır. Müəyyən zərurətlər və məsləhətlərin tələbi ilə hər hansı bir işin müəyyən zaman dövründə caiz, sonradan isə qadağan edilməsinə nə mane ola bilər?!

“Ehticac” kitabında nəql olunur ki, imam Səcad (əleyhis-salam) Qureyşdən olan bir kişi ilə bəhs edərkən buyurdu:  – Habil Qabillə birlikdə doğulan (onunla əkiz olan) bacısı Lovza ilə evləndi, Qabil isə Habillə birlikdə doğulan (onunla əkiz olan) bacısı İqlimaya ilə evləndi.

Ravi deyir ki, Qureyşdən olan kişi soruşdu: – Habil və Qabil öz bacılarını hamilə etdilər?!

Həzrət buyurdu: – Bəli.                                                  

O kişi dedi: – Bu, hazırkı məcusların əməlidir!

Həzrət buyurdu: – Məcuslar bu işi görəndə biz onu batil (və qanunsuz) hesab ediriksə, səbəbi budur ki, onlar bu işi Allah tərəfindən haram edildikdən sonra əncam verirlər... Bu məsələni inkar etmə! Çünki bu əməlin o gündə düzgün olması, bu gündə isə düzgün olmaması Allahın belə qərar verdiyi hökmüdür. Məgər Allah-taala Adəmin həyat yoldaşını onun özündən (onun palçığından) xəlq etmədimi?! Eyni halda görürük ki, Həvvanı onun üçün halal etdi. Deməli, bu şəriət hökmü o gündə Adəm övladlarının və onların xüsusi adamlarının şəriəti idi və sonralar Allah onun haram olma hökmünü nazil etdi.[3]

Lakin bunun müqabilində bəziləri başqa hədisləri əsas tutaraq Adəmin övladlarının heç vaxt bir-biri ilə evlənmədiyini demişlər.[4] Onlar inanırlar ki, Adəmin övladları digər insan nəslindən olan qızlarla evlənmişdilər. Çünki rəvayət mənbələrinə əsasən, həzrət Adəmdən əvvəl də yer üzündə başqa insan növləri mövcud imiş.[5]

Elmi tədqiqatlar da göstərir ki, ehtimal üzrə insan yer üzündə milyonlarla il qabaqcadan yaşamışdır. Halbuki, Adəmin xilqət tarixindən indiyə qədər çox da vaxt keçmir. Buna əsasən, qəbul etməliyik ki, Adəmdən əvvəl də yer üzərində müəyyən insan növləri yaşayırmış, Adəm yaralan zaman onların nəsli kəsilmək üzrə idi. Adəmin övladlarının onlardan əvvəlki insan nəsillərindən hər hansı biri ilə evlənməsinin nə maneəsi vardır?!

Lakin bu ehtimal yuxarıdakı ayənin zahiri ilə çox da uyğun deyildir. Fiqhi qanunlara əsasən  hədislər bir-biri ilə təzadlı olan zaman Quran ayələri ilə müvafiq olan hədisləri əsas tutmaq lazımdır.

Belə nəticə alınır ki, birinci nəzəriyyə Quranın zahiri ilə daha uyğundur. Necə ki, “Əl-mizan” təfsirinin müəllifi Əllamə Təbatəbai (r) birinci ehtimalı gücləndirərək qəbul etmişdir.[6]

Əlavə məlumat üçün aşağıdakı mənbələrə müraciət edə bilərsiniz: “Əl-mizan”, 4-cü cild, səh. 245-dən sonra; “Əl-burhan”, “Əd-durrul-mənsur”, eləcə də peyğəmbərlərin həyatı barədə yazılan kitablar.[7]

 

[1] Hədisin ərəbcə mətni belədir:

قَالَ سَالِمُ بْنُ أَبِی الْجَعْدِ لَمَّا قُتِلَ هَابِیلُ مَکَثَ آدَمُ سَنَةً حَزِینًا لاَ یَضْحَکُ ثُمَ أَتَى فَقِیلَ حَیَّاکَ الله وَ بَیَاکَ أَیْ أَضْحَکَکَ قَالُوا وَ لَمَّا مَضَى مِنْ عُمْرِ آدَمَ مِائَةٌ وَ ثَلاَثُونَ سَنَةً وَ ذَلِکَ بَعْدَ قَتْلِ هَابِیلَ بِخَمْسِ سِنِینَ وَلَدَتْ لَهُ حَوَّاءُ شَیْثًا وَ تَفْسِیرُهُ هِبَةُ اللهِ یَعْنِی أَنَّهُ خَلَفٌ مِنْ هَابِیلَ وَ کَانَ وَصِیَّ آدَمَ وَ وَلِیَّ عَهْدِهِ وَ أَمَّا قَابِیلُ فَقِیلَ لَهُ اِذْهَبْ طَرِیدًا شَرِیدًا فَزِعًا مَذْعُورًا لاَ یَأْمَنُ مَنْ یَرَاهُ وَ ذَهَبَ إِلَى عَدَنٍ مِنَ الْیَمَنِ فَأَتَاهُ إِبْلِیسُ فَقَالَ إِنَّمَا أَکَلَتِ النَّارُ قُرْبَانَ هَابِیلَ لِأَنَّهُ کَان یَعْبُدُهَا فَانْصَبْ أَنْتَ أَیْضًا نَارًا تَکُونُ لَکَ وَ لِعَقَبِکَ فَبَنَى بَیْتَ نَارٍ وَ هُوَ أَوَّلُ مَنْ نَصَبَ النَّارَ وَ عَبَدَهَا وَ اتَّخَذَ أَوْلَادُهُ آلاَتِ اللَّهْوِ مِنَ الیراعِ وَ الطَّنْبُورِ وَ اْلمَزَامِیرِ وَ الْعِیْدَانِ وَ انْهَمَکُوا فِی اللَّهْوِ وَ شَرِبَ الْخَمْرَ وَ عِبَادَةِ النَّارِ وَ الزِّنَا وَ الْفَوَاحِش حَتَّى غَرَقَهُمُ اللهُ أَیَّامَ نُوحٍ باِلطُّوفَانِ وَ بَقِیَ نَسْلُ شَیْثٍ

“Biharul-ənvar”, 11-ci cild, səh. 220

[2] “Ey insanlar! Pərvərdigarınız qarşısında təqvalı olun! Çünki O, sizin hamınızı bir insandan yaratdı və onun həyat yoldaşını da onun öz cinsindən xəlq etdi, o ikisindən çoxlu kişilər və qadınlar (yer üzündə) xəlq edib yaydı.” 

[3] “Əl-mizan” təfsiri, farsca tərcüməsi, 4-cü cild, səh. 236

[4]

("علل الشرائع") ابْنُ الْوَلِیدِ عَنْ أَحْمَدَ بْنِ إِدْرِیسَ وَ مُحَمَّدٍ الْعَطَّارِ مَعاً عَنِ الْأَشْعَرِیِّ عَنْ أَحْمَدَ بْنِ الْحَسَنِ بْنِ فَضَّالٍ عَنْ أَحْمَدَ بْنِ إِبْرَاهِیمَ بْنِ عَمَّارٍ عَنِ ابْنِ نُوَیْهِ عَنْ زُرَارَةَ قَالَ سُئِلَ أَبُو عَبْدِ اللَّهِ (علیه السلام) کَیْفَ بَدَأَ النَّسْلُ مِنْ ذُرِّیَّةِ آدَمَ (علیه السلام) فَإِنَّ عِنْدَنَا أُنَاساً یَقُولُونَ إِنَّ اللَّهَ تَبَارَکَ وَ تَعَالَى أَوْحَى إِلَى آدَمَ (علیه السلام) أَنْ یُزَوِّجَ بَنَاتِهِ مِنْ بَنِیهِ وَ إِنَّ هَذِهِ الْخَلْقَ کُلَّهُمْ أَصْلُهُ مِنَ الْإِخْوَةِ وَ الْأَخَوَاتِ قَالَ أَبُو عَبْدِ اللَّهِ (علیه السلام) سُبْحَانَ اللَّهِ وَ تَعَالَى عَنْ ذَلِکَ عُلُوّاً کَبِیراً یَقُولُ مَنْ یَقُولُ هَذَا إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ جَعَلَ أَصْلَ صَفْوَةِ خَلْقِهِ وَ أَحِبَّائِهِ وَ أَنْبِیَائِهِ وَ رُسُلِهِ وَ الْمُؤْمِنِینَ وَ الْمُؤْمِنَاتِ وَ الْمُسْلِمِینَ وَ الْمُسْلِمَاتِ مِنْ حَرَامٍ وَ لَمْ یَکُنْ لَهُ مِنَ الْقُدْرَةِ مَا یَخْلُقُهُمْ مِنَ الْحَلَالِ وَ قَدْ أَخَذَ مِیثَاقَهُمْ عَلَى الْحَلَالِ وَ الطُّهْرِ الطَّیِّبِ...

“İləliş-şəraye” kitabında Zürarənin belə dediyi nəql olunur: İmam Sadiq (əleyhis-salam)-dan soruşdular: “Adəm (əleyhis-salam)-ın övladlarının nəsli necə davam etdi? Bizim məntəqədə bəzi adamlar deyirlər ki, Allah-taala Adəmə vəhy etdi ki, öz oğlanlarını qızları ilə evləndirsin. Bütün bu insanların hamısı da bacı-qardaşın bir-biri ilə evlənməsindən əmələ gəlib.”

İmam Sadiq (əleyhis-salam) təəccüblə buyurdu: “Allah bu deyilən (yaramaz) sözlərdən çox-çox ucadır, pak-pakizədir! Bu (yaramaz) sözü deyənlər həqiqətdə Allah-taalanın Öz seçdiyi məxluqatının, sevdiyi insanların, peyğəmbərlərinin, rəsullarının, mömin kişi və qadınların, müsəlman kişi və qadınların əslini və kökünü haramdan xəlq etdiyini demiş olurlar! Belə insanlar əslində deyirlər ki, Allah-taalanın bunları halaldan xəlq etməyə qüdrəti yox idi! Halbuki Allah onların hamısından halal və pak-pakizəlik əsasda əhd-peyman almışdır...”

[5] “Tövhid”, səh. 277, hədis 2, Tehran çapı; "Nəhcul-bəlağə"nin şərhi, İbni Meysəm, 1-ci cild, səh 173; “Xisal”, 2-ci cild, səh. 652, hədis 54; 2-ci cild, səh. 639, hədis 14, səh. 358, hədis 45. Əlavə məlumat üçün bax: Görünüş, “Quran və müqəddəs kitab nəzərindən bəşər növünün omrü”, sual 516, (sayt 563)

[6] "Təfsiri-nümunə", 3-cü cild, səh 244-249, iqtibasla; "Əl-mizan”, 4-cü cild, səh. 245-253, iqtibasla, “Mərhum Əllamə Təbatəbainin elmi əsərlərinin çapı” müəssisəsi

[7] Bax: “İslami təbliğat” dəftərxanasının suallara cavab bölməsi, “yaradılışın əvvəlində iki qardaşın (Habil və Qabil) varlığı ilə insan nəsli necə artmışdır?” sualı

  228
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Yəmən ordusu Səudiyyə rejiminin Apaçi helikopterini vurdu
      Müqəddəs Qumda yerləşən "Din və Təbiət" muzeyi – Foto
      Təbrizdə "Quranın 30-cü Cüzünü Hifz Edək" Milli Layihənin 4000 şagirdlərdən ...
      Sualın xülasəsi: İnsanın dünyadan köçmüş yaxın adamını yuxuda görməyi üçün hansı ...
      İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd edilir – Foto
      Habil və Qabil kim ilə evlənmişdi?
      Aya şeytanın övladı vardır və onlar da lənətlənibdirmi?
      Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri dərk ...
      Nə üçün az sayda peyğəmbərlərin adları Quranda çəkilmişdir?
      Təthir ayəsinin, ayənin ortasında qərarlaşması, xüsusiylə aid olmasını demək olarmı? ...

 
user comment