Azəri
Tuesday 19th of March 2024
0
نفر 0

Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?

Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
Bəziləri belə deyir ki, əgər salavat deyərkən ali Məhəmməd kəlməsini bir nəfər deməsə günah etmiş olur. Bunu da bilirəm ki, Suyuti öz təfsirində Buxari, Müslim, Əbu Davud, Termizi, Nəsai, və İbn Macədən nəql edir ki, bir kişi Peyğəmbərə dedi: Sənə salam etməyi bilirik. Sənə salavat nə formadadır? Peyğəmbər (s) buyurdu: De, Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd kəma səlləytə əla İbrahimə, İnnəkə həmidun məcid. Allahummə barik əla Muhəmmədin və ali Muhəmməd kəma barəktə əla İbrahimə və ali İbrahim. İnnəkə həmidun məcid. Suyuti bundan əlavə, daha on səkkiz hədis nəql edib ki, onların hamısı salavat zamanı ali Məhəmmədi də artırmağın lazım olmasını çatdırırlar. İbn Həcər Səvaiqdə nəql edir: Peyğəmbər (s) möminlərin ona naqis salavat deməsini və yalnız "Allahummə səlli əla Muhəmməd" demələrini qadağan edib və tapşırdı ki, salavat zamanı deyin: "Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd". Şiənin rəvayətləri də bu barədə xeyli çoxdur.
Amma mənim sualım budur ki, Quran ayəsi açıq formada təkcə Məhəmmədə salavat göndərməyi demirmi? Ali Məhəmmədə salavat deməyin vacib olmasını necə demək olar? Bu bir növ dində bidət deyilmi?
Alimlər azanda "Əşhədu ənnə Əliyyən vəliyullah" demək barəsində deyirlər: Əgər azanın bir hissəsi olmadan deyilsə, savabı var, amma əgər bir nəfər azanın bir hissəsi kimi desə, dində bidət olmasına görə haramdır. Belə olduqda ali Məhəmmədə salavatı, salavatın bir hissəsi bilmək olarmı? Halbu ki, ayə açıqca deyir: Allah və mələklər Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərin. Burada nə Peyğəmbəri Əhli- beytə şamil etmək olar, nə də "ələyhi" əvəzliyini onlara aid etmək olar. Quranın digər yerlərində, Əhli- beyti ulul- əmr, imam və rəhbərlə təfsir etmək olar. Amma Peyğəmbəri yalnız Məhəmməd (s)- ə aid etmək mümkündür. Quranın açıq buyurmasını nəzərə alaraq, ali Məhəmmədə salavatın, salavatın əsas hissəsi olmadığını və müstəhəb olaraq demək olduğunu deyə bilərik. Deməli, salavat zamanı ali Məhəmmədi demək vacib deyil.
Xahiş edirəm, kəlami və fəlsəfi cavab verin. Şiə və sünni rəvayətlərindən ali Məhəmmədə salavat deməyin qəti olmasına dair hədisləri qeyd etməyin. Çünki onların hamısını bilirəm.
Qısa cavab

Peyğəmbər (s)- ə salavatla yanaşı ali Məhəmmədə (s) salavat bidət deyil. Hətta Quran, rəvayət, ağıl və irfana da uyğundur. Çünki:

 

1.             Bidətin mənası odur ki, dində olmayan şey, dinin bir hissəsi sayılsın. Biz Peyğəmbərin ailəsinə salavat göndərməyi bidət saymırıq. Çünki Peyğəmbər (s) və Əhli- beytin rəvayətlərində bu məsələ gəlibdir.

 

2.             Allah öz bəndələri üçün vəzifələr təyin edib və Qurani- məciddə ümumi və qısa formada vacib olma və onların bəzi xüsusiyyətlərini açıqlamışdır. Amma onların bütün xırdalıqlarını və şərtlərini Quranda zikr etməyibdir. Digər xırdalıqların hamısından xəbərdar olmaq üçün, Quranın həqiqi təfsirçiləri və həqiqi xitab olunanlar yəni Peyğəmbər (s) və imamlara müraciət etmək lazımdır. Allah Peyğəmbər (s)- i Quranın təfsirçisi və açıqlayanı təyin edibdir.

 

Buna əsasən, Peyğəmbər (s) ayənin təfsirində "ali" mənimlə birgə salavatda deyin buyurduğu zaman, yəni bu məsələ Qurandan əldə olunur.

 

3.             Quranın zahiri mənasından əlavə, dərin batini mənaları da var. Peyğəmbər (s) və onun Əhli- beyti (ə) onun barəsində məlumat verə bilərlər. "Ən- nəbiy" kəlməsinin zahiri mənası baxmayaraq ki, "Ali- Məhəmmədə" şamil olmur. Amma batini mənaya əsasən ali- Məhəmmədə şamil olur.

 

4.             Quran ayələri, Peyğəmbər (s) və o həzrətin Əhli- beytini vahid həqiqət formasında nəzərə alır. Bundan əlavə ürf və ağıl sahibləri, həmfikir və həm əqidə olan insanlara, bir gözlə baxırlar. Çoxlu rəvayətlər də var ki, Peyğəmbər (s) və o həzrətin Əhli- beytini bir nurdan bilir. Ona görə də bu vahid nura, yəni Peyğəmbər və o həzrətin Əhli- beytinə, həqiqəti Muhəmmədiyyə və ilk göndərilən deyilir. Buna əsasən, insanın Peyğəmbərə salavat göndərib, amma Əhli- beytinə salavat göndərməməsi necə mümkündür. Başqa sözlə, Əhli- beytə salavat, Peyğəmbərə salavatdır və onların hər ikisi bir həqiqətdirlər.

 

Axırıncı məsələ budur ki, Peyğəmbərə salavat mütləq formada vacib deyil, yalnız xüsusi yerlərdə namazın təşəhhüdü kimi, vacibdir. Əlbəttə salavat vacib olan yerdə, "ali Məhəmməd" demək də vacibdir. Müstəhəb yerlərdə "ali- Məhəmməd" demək də müstəhəbdir və "ali Məhəmməd" deməmək, salavatın naqis olmasına səbəb olacaq.

 

Ətreaflı cavab

Cavabın aydın olması üçün bir neçə məsələyə diqqət etmək lazımdır:

 

1.             Bidət: Yəni dində olmayan şeyi dinin bir hissəsi bilmək. Peyğəmbər (s) və o həzrətin Əhli- beytinin rəftar və sözlərinin dinin bir hissəsi olması məsələsi öz yerində sabit olubdur. Deməli siz ki, deyirsiz ali- Məhəmməd Quranda yoxdur və bidətdir, doğru deyil. Çünki Quranda gəlməsə də, amma rəvayətlərdə gəlməklə dinin bir hissəsi sayılır və bidət olmayacaq. Azanda vilayətə şəhadətin (Əşhədu ənnə Əliyyən vəliyullah) azanın bir hissəsi qəsdi ilə deyilməsinin bidət olmasını deyən fəqihlərin məqsədləri budur ki, dindən heç bir sübut (ayə və rəvayət) onun azanın bir hissəsi olmasına yoxumuzdur.

 

2.             Allahın insanlar üçün təyin etdiyi təharət, namaz, oruc, xums, zəkat, cihad və... kimi vəzifələrin hamısı Quranda gəlibdir. Amma bütün xırdalıqları, şərait və maneələri açıqlamayıbdır. Əksinə bəzi hissə və şərtlər qısa və ümumi formada açıqlanıbdır. Məsələn: Namazın vacib olması Quranda gəlibdir. Onun ruku, səcdə və təharət kimi bəzi hissə və şərtlərinə də işarə olubdur. Amma ruku və səcdələrin zikri, qiraət, təsbihati- ərbəə, rukuya birləşmiş qiyam, qüsl, və təyəmmümün forması, və... kamil formada və bütün xüsusiyyətləri ilə, heç bir ayədə açıqlanmamışdır.

 

Müsəlmanların əvvəldən üslubları belə olubdur ki, bu xirdalıqlara əl tapmaq üçün, Peyğəmbərin yanına gedib, xırdalıqlar və vəzifələri necə yerinə yetirmək barəsində sual edib və Peyğəmbər (s)- dən eşitdiklərinə uyğun, əməl edirlər.

 

Salavat barəsində də belə olubdur. Salavat ayəsi

 

«ان الله و ملائکته یصلون علی النبی یا ایها الذین امنوا صلوا علیه و سلموا تسلیما»[1]

 

nazil olandan sonra, müsəlmanlar Peyğəmbər (s)- in yanına gedib, ondan Peyğəmbər (s)- ə salavatın forması barəsində sual etdilər. Şiə və sünnilərin çoxlu rəvayətlərində (mütəvatir) gəldiyi kimi, həzrət buyurdu: "Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd kəma səlləytə əla İbrahimə və ..."[2]

 

«اللهم صل علی محمد و آل محمد کما صلیت علی ابراهیم و...»

 

Beləliklə müsəlmanlar salavat barəsindəki vəzifələrini bildilər.[3] başqa sözlə, Allah öz Peyğəmbərini Quranın təfsirçisi və açıqlayan edibsə,[4] onun bəyan və təfsirini öz açıqlaması bilir və Peyğəmbər (s) [5]

 

«یا ایها الذین آمنوا صلوا علیه و سلموا تسلیماً»

 

ayəsini "Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd" təfsir etdi. Nəticə budurki, "əla" salavat Quranın özündən başa düşülür.

 

3.             Quranın zahiri mənadan əlavə batini dərin mənası da var ki, Peyğəmbər (s) və onun Əhli- beyti (ə) ondan xəbər verə bilərlər.[6] Buna əsasən, salavat zamanı "ali Məhəmmədi" zikr etməyi deyən rəvayətlərin Quranın batini mənasına işarə etdiyini deyə bilərik. Yəni, "ən- nəbiy" kəlməsinin zahiri mənasının "ali- Məhəmmədə" şamil olmasına baxmayaraq, amma batini mənaya əsasən "ali- Məhəmmədə" şamil olur.

 

4.             Quran ayələrindən nəticə almaq olar ki, Peyğəmbər (s) və onun Əhli- beytini vahid həqiqət olaraq nəzərə alır. Nümunə üçün təthir ayəsinə diqqət edin:[7]

 

«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیراً»

 

Allah Peyğəmbər və onun ailəsini vahid həqiqət olaraq nəzərə alır.

 

Məvəddət ayəsi: [8] " قل لا اسئلکم علیه اجراً الا المودة فی القربی" Allah Peyğəmbərin risalət mizdunu onun yaxınlarına məhəbbət bilirsə, Allahın nəzərində onların bir- birindən ayrı olmaması məlum olur. yaxud Mübahilə ayəsi: [9]

 

«قل تعالوا ندعوا ابنائنا و ابنائکم و نسائنا و نسائکم و انفسنا و انفسکم...»

 

Gördüyünüz kimi, bu ayədə həzrət Əli (ə) Peyğəmbər (s)- in özü və canı kimi yad edilir və duanın qəbul olmasında onların hamısını lazım bilibdir.

 

5.             Çoxlu rəvayətlərimiz var ki, Peyğəmbər (s) və onun Əhli- beytinin vahid nur olduğunu bildirirlər. nümunə olaraq bu rəvayətə diqqət edin: Peyğəmbər (s) buyurur: "Mən Allahın nurundan yarandım. Əhli- beytim də mənim nurumdan yarandılar."[10]

 

6.             Ariflər də, Peyğəmbər (s) və onun Əhli- beytinin nurunu, həqiqəti- Məhəmmədiyyə və ilk məxluq adlandırırlar ki, vahid həqiqət və çoxlu təcəllilərə malikdirlər.

 

7.             Ürf və ağıl baxımından, eyni əqidə və fikir sahibləri və bir- biri ilə heç fikir və əməl cəhətdən təzadları olmayan bir qurup, vahid bir həqiqət sayılırlar və onlara bir gözlə baxılır.

 

Nəticə budur ki, Peyğəmbərə salavatda Əhli- beytə salavatı gətirmək bidət deyil, hətta Quranın özü, rəvayət, ağıl və ağıl sahiblərinin ürfünə uyğundur. Əhli- beytə salavat, Peyğəmbər (s)- ə salavatdır hər ikisi eyni həqiqətdir.

 

Axırıncı məsələ budur ki, Peyğəmbərə salavat mütləq formada vacib deyil, yalnız namazın təşəhhüdü kimi, xüsusi yerlərdə vacibdir.[11] Əlbəttə o yerdəki salavat vacibdir, "ali- Məhəmməd" zikri də vacibdir. Müstəhəb yerlərdə "ali- Məhəmməd" demək də müstəhəbdir. "Ali- Məhəmmədi" deməmək, salavatın naqis olmasına səbəb olacaq.

 

 

 



[1] - Əhzab surəsi, ayə 56.

[2] - Təfsiri nümunə, cild 17, səh 419.

[3] - Daha çox məlumat əldə etmək üçün, baxın: Göstərici: Məhəmməd və ali

əhəmmədə salavat, nömrə 428.

[4] - Həşr surəsi, ayə 7.

[5] - Əhzab surəsi, ayə 56.

[6] - Biharul- ənvar, cild 89, səh 90- 95.

[7] - Əhzab surəsi, ayə 33.

[8] - Şura surəsi, ayə 23.

[9] - Ali- imran surəsi, ayə 61.

[10] - Biharul- ənvar, cild 15, səh 20.

[11] - Təhrirul- vəsilə, cild 1, səh 143, əl- qovl fit- təşəhhüd, məsələ 1.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ey inanlar
Allah bütün kamal sifətlərə malikdir
YƏHUDİ AYİNLƏRİ VƏ İXTİLAFLARI
BƏNİ-İSRAİL QÖVMÜ
ALLAHIN ƏDALƏTİ BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ÖNSÖZ
Bilirsinizmi qeybət zamanın qorxunc şübhələrindən qurtulmaq üçün nə etmək ...
MƏSİHİ FİRQƏLƏRİ (1)
Qeybət haramdır!
DUALIZM

 
user comment