Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Quranın adları hansılardır?

Quranın adları hansılardır?
Quranın adlarını bəyan edin?.
Qısa cavab

Quran üçün çoxlu adlar qeyd olunub ki, onların yalnız bəzisi müsəlmanlar arasıbda məşıhurdur. Quranın adları olaraq işlədilən bəzi kəlmələr, Quranda Quranın sifəti kimi zikr olubdur. Ad və sifəti müəyyənləşdirməkdə olan nəzər müxtəlifliyinə görə, Quran elmləri alimləri arasında Quranın adlarının sayı və zikri barəsində çoxlu nəzər müxtəlifliyi var.

 

Məcməül- bəyan təfsirinin müxtəlifliyi mərhum Təbərisi kimi bəzi təfsirçilər, yalnız 4 ad və Əbul- futuh Razi kimi digərləri isə 43 ad qeyd ediblər.

 

Bu adların bəzisi rəvayətlərdə də gəlibdir.

 

Ətreaflı cavab

Müsəlmanların səmavi kitabı olan Qurani- məcidin çoxlu ad və sifətləri var ki, onların bəzisi Quran elmləri alimləri vasitəsi ilə araşdırılıb və açıqlanmışdır. Çoxlu ad və ssifətləri qeyd etmək, bəzi alimlərin bu kitabın sifətlərini onun adları ilə qarışdırmalarına səbəb olubdur. Amma hər bir sifətin isim formasında işlədilə bilməsini nəzərə alsaq, bəlkə də sifətləri adların sırasında qeyd etnəyi demək olar. Necə ki, Əbul- Futuh Razi kimi böyük təfsirçilər bu ad və sifətlərin amısını Quranın adları sırasında gətiriblər.[1] O Quran üçün 43 ad qeyd etmişdir ki, onların bəzisi sifətdir.

 

Mərhum Təbərisi məcməül- bəyan təfsirində 4 ad qeyd edib və yalnız 1. Quran 2 Furqan, 3 kitab, 4 zikr, adlarını Quranın adları olaraq qeyd etmişdir.[2]

 

Amma Bədruddin Zərkəşi yazır ki, "Həraliy" bu barədə bir kitab yazıb və Quran üçün 90- dan çox ad və sifət qeyd edir.[3]

 

Ət- təmhidin müəllifi Qazi Uzəyzidən 55 ad Quran üçün qeyd edir ki, onun 43 adı, mərhum

 

Əbul Futuh Razinin qeyd etdiyi adlarla eynidir.[4]

 

Bu 55 ad (yaxud sifət) Quranın özündən görürülmüşdür.

 

Biz burada həmin adlara və bu ayələrin qeyd olunduğu ayələrə işarə edirik:

 

  1. Quran (Taha 2,- Nisa 82...)

     

  2. Furqan (Ənfal 29- Ali- imran 3- 4- Furqan 1 və.. )

     

  3. Kitab (Fatir 29- ,Nisa 105).

     

  4. Zikr (Ali- imran 58- Hicr 9)

     

  5. Tənzil (Şuəra 192- İnsan 23)

     

  6. Hədis (Zümər 23- Kəhf 6)

     

  7. Moizə (Yunus 57)

     

  8. Təzkirə (Haqqə 48)

     

  9. Zikra (Hud 120)

     

  10. Bəyan (Ali- imran 138)

     

  11. Huda (Bəqərə 2)

     

  12. Şufəa (Fussilət 44)

     

  13. Hökm (Rəd 37)

     

  14. Hikmət (Əhzab 34)

     

  15. Həkim (Ali- imran 58)

     

  16. Muhəymin (Maidə 48).

     

  17. Hadi (Cin 1- 2) [5]

     

  18. Nur (Əraf 157)

     

  19. Rəhmət (Nəml 77)

     

  20. İsmət (Ali- imran 3- 10)[6]

     

  21. Nemət (Zuha 11)

     

  22. Həqq (Haqqə 51)

     

  23. Tibyan (Nəhl 89)

     

  24. Bəsair (Qəsəs 43)

     

  25. Mübarək (Ənbiya 50)

     

  26. Məcid (Qaf 1)

     

  27. Əziz (Fussilət 41)

     

  28. Əzim (Hicr 87)

     

  29. Kərim (Vaqiə 77)

     

  30. Sirac (Əhzab 46)

     

  31. Munir (Əhzab 46)[7]

     

  32. Bəsir (Fussilət 3- 4).

     

  33. Nəzir (Fussilət 4)

     

  34. Sirat (Həmd 6)

     

  35. Həbl (Ali- imran 102)

     

  36. Ruh (Şura 52)

     

  37. Qəsəs (Yusif 3)

     

  38. Fəsl (Tariq 13)

     

  39. Nucum (Vaqiə 75)[8]

     

  40. Əcəb (Cin 1)

     

  41. Qəyyim (Kəhf 1- 2)

     

  42. Mubin (Yusif 1)

     

  43. Əli (Zuxruf 4)

     

  44. Kəlam (Tövbə 6)

     

  45. Qovl (Qəsəs 51)

     

  46. Bəlağ (İbrahim 52)

     

  47. Mütəşabih (Zümər 23)

     

  48. Ərəbi (Zümər 28)

     

  49. Buşra (Nəml 2)

     

  50. Ədl (Ənam 115)

     

  51. Əmr (Təlaq 5)

     

  52. İman (Ali- imran 193)

     

  53. Nəbə (Nəbə 1- 2)

     

  54. Vəhy (Ənbiya 45)

     

  55. Elm (Rəd 37)

     

Əlbəttə bu adların bəzisinə irad tutmaq olar. Yəni o kəlmənin bir sübut və təfsirə əsasən Qurana deyilməsi doğrudur və çox qəti təfsirlərə əsasən, o kəlmənin təfsirinin Quran olmaması mümkündür. Ona görə də alimlərin bir dəstəsi adların saını məsələn daha az deyiblər. Məsələn əgər sirati- mustəqimi Quran məna etsək, bu ad Quran üçün doğrudur.

 

Bunlar Qurandan əldə edilən adlardır.

 

Rəvayətlərin bəzisində Qurana "Mushəf"[9] deyilmişdir. Mərhum Molla Möhsin Feyz Kaşani, kafi kitabından bir hədis nəql edir ki, həzrət Sadiq (ə) bu sualın cavabında buyurdu: "Quran oxuyan zaman mushəfə bax. Çünki mushəfə baxmaq ibadətdir."[10]

 



[1] - Razi Əbul- futuh, Ruhul- cinan təfsiri, cild 1, səh 5 İsalamiyyə çapı.

[2] - Təbərisi, Məcməül- bəyan təfsiri, fənni rabi.

[3] - Mərifət, Məhəmməd hadi, Usuli- Quran, səh 106.

[4] - Həmin səh 106.

[5] - Bu ayədə "Hadi" " هادی" işlənmişdir. Bu ad ayədə olan "yəhdi" kəlməsindən götürülmüşdür.

 

[6] - Bu adı qeyd edərkən "vətəsimu" " و اعتصموا" ayəsindən istifadə olunub, çünki ismət adı ayədə qeyd olunmayıbdır.

 

[7] - Siraci- mirdən məqsədin Quran olması təfsirinə əsasən.

 

[8] - Nucumun Quranın tədrici nazil olmasına əsasən.

[9] - Quranda səmavi kitablara "suhuf" " صحف" kəlməsi deyilsə də, amma məshəf deyilməmişdir. Baxın: Əla 19.

[10] - Təfsiri- safi, cild 1, səh 44, İslamiyyə çapı.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Dünyanın ən qədim kiçik Quranı xristiandadır
Qurani- kərimdə müsəlman hansı mənanı daşıyır?
"İnfitar" surəsi
Nəfsdən xilas olaq!
"Bələd" surəsi
"Nəhl" surəsi
"Təkasur" surəsi
Ələq" surəsi
"İsra" surəsi
Mücadilə" surəsi

 
user comment