Azəri
Friday 29th of March 2024
0
نفر 0

Qədr gecəsi bir neçə gecədirmi? Günlərdə qədr gecəsindən sayılırmı?

Qədr gecəsi bir neçə gecədirmi? Günlərdə qədr gecəsindən sayılırmı?

Qədr gecəsi bir neçə gecədən ibarətdirmi? Günlərdə qədr gecələrindən sayılırmı?

Qısa cavab

Qədr gecəsi əhəmiyyətli və bərəkətli bir gecədir, Qurani kərimin dediyinə görə əsasən qədr gecəsi, Ramazan ayının gecələrindən biridir.

Amma sual olunmuş mövzuda bir neçə nəzəriyyə ehtimal olunur:

  1. Qədr gecəsinin bir neçə gecə olması və yaxud qədr gecələrinin sayından məqsəd, yəni camaatın dediyi kimi bir ildə ramazan ayının 19, 21, 23 qədr gecəsidir.
  2. Qədr gecələrindən məqsəd, yəni mümkündür bu olsun ki, qədr gecəsi Allah rəsulunun zamanında olmuş və ondan sonra da davam etmişdir.
  3. Qədr gecəsinin bir neçə gecədən ibarət olmasından məqsəd, mümkündür müsəlmanlar məskunlaşmış şəhərlərin üfüqlərində olan fərqlər və yaxud hər bir məntəqədə ramazan ayının günlərinin fərqli olmasını nəzərə alaraq hər birində qədr gecələrinin fərqli olmasıdır.

Cavabında demək lazımdır: Camaatın dedikləri, sözlərdə olan anlaşılmazlıqdır; qədr gecəsi yalnız Quranın nazil olduğu və insanların təqdiri təyin olunan gecədən başqa bir gecə deyil.

Allah Taala buyurur:

«انا انزلناه فی لیلة القدر»

Qədr gecələrində yox, qədr gecəsi nazil etdik.

İkinci ehtimalın qarşısında deməliyik:

Quran ayələrindən və rəvayətlərdən istifadə olunur ki, qədr gecəsi Peyğəmbərin zamanı və Quranın nazil olduğu dövrə məxsus deyildir. Bəlkə həmişə olan bir həqiqət və bir gecədir ki, hər il ardıcıl olaraq təkrar olur.

Quran bayramı kimidir ki, hər il təkrar olur; Allah Taala buyurur:

  1. "تنزل الملائکة و الروح فیها..."
  2. " فیها یفرق کل امر حکیم"

Bu iki ayədə " تنزل " və " یفرق " kəlmələri hər ikisi gələcək zaman felidir ki, ərəb ədəbiyyatında o işin davamlı olmasaına dəlalət edir.

Rəvayətdə də gəlmişdir: Qədr gecəsi hər il vardır və bu bir gecədə bir ilin təqdiri təyin olunur.

Çünki ehtimalın qarşılığında demək lazımdır: Üfüqün fərq etməsi, qədr gecəsinin bir neçə gecə olmasına dəlalət etmir. Əgər müsəlmanlar ramazan ayının birinci gecəsini təyin etməkdə səhlənkarlıq etməyib, bu mövzuda öz şəri vəzifələrinə əməl edib və gecələri qədr gecəsi ehtimalıyla əhya saxlasalar, həqiqətən Allahın lütfündən bəhrələnəcəklər hətta əgər o gecə qədr gecəsi olmasa belə.

Əlbəttə məlumdur ki, qədr gecəsinin bəzi xüsusiyyətləri: Misal üçün həqiqi qədr gecəsidir ki, mələklər Allahın vəlisinə nazil olurlar.

Bəzi rəvayətlərdə gəlmişdir ki, qədr günü də qədr gecəsi kimi fəzilətlidir, baxmayaraq ki, işlərin təqdiri və mələklərin nazil olması qədr gecəsi baş verir. Allah Taala buyurur: "Mələklər və ruh işlərin təqdirini bu gecə nazil edirlər".[i]

 

[i] - Qədr surəsi, ayə 4.

Ətreaflı cavab

Sualın cavabından əvvəl bunu açıqlamaq lazımdır ki, sual verən şəxsin sualdakı qədr gecələrin sayından məqsədi nədir?

Məqsəd ramazan ayının son on gününün gecələridirmi; yəni 19- 21- 23 qədr gecələrinin xüsusi əməlləri nəzərdə tutulmuşdur, və yaxud bunlardan biri qədr gecəsidir?

Bunu da bilmək lazımdır ki, sual edən şəxsin məqsədi bunlardan əlavə bu da ola bilər ki, qədr gecəsi yalnız bir dəfə islam Peyğəmbərinin zamanında olmuşdur. Və ya davamlı olaraq təkrar olunmuşdur?

Əgər bu məsələnin çox sayda olması doğrudursa, gecələrin çox sayda olması o həzrətin zamanında da baş vermişdirmi, və yaxud o həzrətin vəfatından sonra baş vermişdirmi?.

Bəlkə bundan məqsəd budur ki, bütün dünyada müsəlmanların yaşadığı şəhərlərin üfüqündə fərq olduğu üçün və (qəməri) ərəb aylarının bu şəhərlərdə o cür ki, həmin ölkədə ramazan ayının əvvəli bir şəhərdə birinci günə düşərsə, başqa bir ölkədə isə sonrakı gün yəni ikinci günə düşür.

Bu cür hesab olunduqda, ramazanın son on günlüklərində də fərqli gesablar nəzərə çarpır.

Bəs elə olduqda ramazanın igirmi üçüncü gecəsi, birinci ölkə üçün ikinci ölkədən bir gecə tez olacaqdır. Bunun üçün də müəyyən bir gecə ola bilməz. bəs hər biri üçün ayrı bir qədr gecəsi olacaq ki, qədr gecəsinin, bir neçə gecə olmasına səbəb olur.

Birinci ehtimalın cavabı, Quranın buyurduğu kimi ramazan ayındadır,[1] və yalnız bir gecədir; çünki Allah- Taala buyurur: " انا انزلناه فی لیلة القدر"[2] Quranı qədr gecəsi nazil etdik. Nəinki qədr gecələrində.

Amma bəzi cəhətlərdən[3] bu bir gecə bizlər üçün müəyyən olunmamışdır və deyilir bu gecələrdən biri 19 və... qədr gecəsidir, bu gecələrin hamısını oyaq olun ki, qədr gecəsinin fəzilətini dərk edəsiniz:[4] Əgər rəvayətdə üç gecə müəyyən edilmişdirsə,[5] onun üçündür ki, Allah bəndələri üçün çətinlik yaranmasın.

İkinci ehtimalın cavabı budur ki, Quran və Əhli- beytin nəzəri budur qədr gecəsi həzrət rəsulun (s) zamanında olmuş və indiki dövürdə də vardır.

«تنزل الملائکة و الروح فیها باذن ربهم من کل امر»[6]

Bu ayədəki gələcək zaman feli " تنزل" tənəzzəlu əslində " تتنزل " tətənəzzəlu idi və bundan davamlı olaraq mələklərin və ruhun nazil olması başa düşülür.[7]

Bundan əlavə Duxan surəsinin 4- cü ayəsində qədr gecəsi haqqında buyurur:

«فیها یفرق کل امر حکیم امراً من عندنا انا کنا مرسلین»

yenə də gələcək zamana dəlalət edən fel " یفرق" gəlmişdir ki, ərəb dilində davamlı olmağa dəlalət edir.

Əhli- beytdən bizə çatan rəvayətlər də bunu təyid edir.

İmam Cavad (ə) buyurur: Əli (ə) ibn Abbasa buyurur: Hər bir ildə qədr gecəsi var və bu gecədə bir ilin işləri təyin olunar".[8]

Peyğəmbər əkrəm (s) Əbuzərin qədr gecəsi haqqında etdiyi sualın cavabında buyurur: Bu gecə, qiyamət gününə kimidir."[9]

Əhli- sünnət təfsirçiləri bu fikri qəbul edirlər ki, qədr gecəsi qiyamət gününə kimidir.[10]

Amma üçüncü ehtimalın cavabında demək lazımdır ki: sualı cavablandırmamışdan əvvəl bir müqəddimə deyirik: İmam mədəniyyətində qədr gecəsi ona məxsus olan xüsusiyyətlərinə görə böyük bir əzəmətə layiqdir, bir çox rəvayətlər o gecəni əhya saxlamağı və əhəmiyyət verməyi təkid edir. Onlardan biri də budur ki, Seyyid ibn Tavus İqbal kitabında yazır, Peyğəmbər (s) Musadan (ə) rəvayət edir ki, dedi: İlahi mən sənə yaxın olmaq istəyirəm, buyurdu: Mənim yanımda olmaq o şəxslər üçündür ki, qədr gecəsini oyaq ola, dedi: İlahi sənin rəhmətini istəyirəm, buyurdu: Mənim rəhmətim o şəxslərə şamil olar ki, qədr gecəsi fəqirlərə kömək etsin. Dedi: İlahi cəhənnəm odundan nicat tapmaq istəyirəm. Buyurdu: Bu (cəhənnəm odundan nicat tapmaq) o şəxslər üçündür ki, qədr gecəsində tövbə etsinlər, dedi: İlahi sənin razılığını istəyirəm, buyurdu: Mənim razılğımı o şəxs əldə edər ki, qədr gecəsində iki rəkət namaz qılsın.[11]

Qədr gecəsinin xüsusiyyətlərindən budur ki, Quran nazil olmuş, Allahın vəlisinə mələklər və ruh nazil olmuşdur. Beləliklə o gecəni ibadət etmək yetmiş ay ibadət etməyin qarşılığıdır.[12] İnsanların və yaradılışın təqdir və tədbiri bu gecə də müəyyən olur.[13]

Amma sual budur ki, digər şərhlərin üfüqü fərq etməsiylə bütün bu xüsusiyyətlər o şəhərlərin cəmiyyətinin hamısına bu fərqli üfüqlərlə təkrar olur?

Qurani kərim və rəvayətlər bunu bildirirlər ki, qədr gecəsi bir gecədən artıq deyil və o xüsusiyətlər ki, Allahın vəlisi və məsum imamlara şamil olur hamısı bir gecədə baş verir; yəni mələklərin imama nazil olması, işlərin təyin olunması, ruzinin bölünməsi, bütün bunlar müəyyən bir grcəyə məxsusdur.

Allah- Taala buyurur:

«تنزل الملائکة و الروح فیها»[14]

Mələklər və ruh bu gecədə nazil olurlar. Quranın nazil olması da bu gecədə olmuşdur:

«انا انزلناه فی لیلة القدر»[15]

Rəvayətlərdə oxuyuruq: Bu gecədə bir ilin təqdiri nazil olur.[16]

Amma qədr gecəsinin fəziləti haqda deyilənləri dərk etmək üçün, öz vəzifəmizi ayerinə yetirməklə bu yolu üzümüzə aça bilərik;[17] yəni əgər dəlil olaraq ramazan ayının birinci günü təyin olunsa, qədr gecəsi də müəyyən olunmuşdur və o gecəni oyaq qalıb əməllərini yerinə yetirmək şübhəsiz ki, savabsız qalmayacaqdır, inşaallah o gecəni oyaq qalıb əhya saxlamağın savabı, o gecə insana verilər, baxmayaraq ki, həqiqətdə o gecə qədr gecəsi deyildir,[18] Əlbəttə ramazanın sonuncu on günün gecəsini oyaq qalmaq tövsiyə olunmuşdur, bəlkə də bu islam adət ənənəsi olaraq qədr gecəsini bu gecələrin içində dərk etmək üçündür ki, yəqin olsun ki, həqiqətən qədr gecəsini əhya saxlamışdır.

Başqa bir sual budur ki, qədr günü də qədr gecəsinin şəklindədirmi?

Cavabında demək lazımdır: o cür ki, mələklərin Allah vəlisinə nazil olması qədr gecəsidirsə, qədr günü də onun kimi fəzilətli və qiymətlidir.[19]

Mərhum Şeyx Abbas Qumi igirmi üçüncü gecənin əmələrində deyir: Bu gecələrin, gendüzlərinin də ehtiramını saxlamaq lazımdır, o günü dua, ibadət və Quran olxumaqla keçirmək lazımdır; çünki rəvayətlərdə vardır ki, qədr günü də qədr gecəsi kimi fəzilətlidir.[20]

 

[1] - Bu iki ayəni bir- birinin yanında qərar verdikdə

«شهر رمضان الذی انزل فیه القرآن و انا انزلناه فی لیلة القدر»

bu cür istifadə olunur.

[2] - Qədr surəsi, ayə 1.

[3] - Bəziləri deyir: Allah Taala bir neçə şeyi başqa bir neçə şeyin daxilində gizlədir: qədr grcəsini, gecələrdə, qiyamətin vaxtını zamanlarda, ism əzəmi, adların arasında duanın qəbul olan saatını, müxtəlif saatlarda, ilahi razılığı bütün itaətlərdə və məxsusövliyaların bəndələrin arasında ki, insanlar bütün gecələrin ehtiramını saxlasın. Hər bir zaman günahdan çəkinsin, hər bir insana hörmət etsin və hər bir itaətin daxilində ilahi razılığı axtarsın.

[4] - Bəlkə buna görədir ki, Peyğəmbər Əkrəm (s) və məsum imamlar (ə) ramazan ayının son on günlərini əhya saxlayıb gecələr oyaq qalırdılar, bunu da demək olar ki: Peyğəmbər (s) imamlar (ə) qədr gecəsinin vaxtını bilirdilər, amma onların bu son günü əhya saxlamalarının başqa sirri vardır, bəlkə də başqalarına öyrətmək üçün idi ki, bu yolu ehtiyat üçün öyrənsinlər.

[5] - Süfyan ibn Simət imam Sadiq (ə)- a dedi: Qədr gecəsinə ki ehtimal verilir hansı gecədir? Həzrət 19- 21- 23- cü gecələrə işarə etdi. Dehqan, Əkbər, Təfsire təsnim, səh 465, Qum, intişarate hərəm, çap 1383.

[6] - Qədr surəsi, ayə 4.

[7] - Təfsir nümunə, cild 27, səh 185.

[8] - Qumi Məşhədi, Məhəmməd, Təfsire kənzul dəqaiq, cild 14, səh 359, Vezarəte irşad.

[9] - Qumi Məşhədi, Məhəmməd, Təfsire kənzul dəqaiq, cild 14, səh 359, Vezarəte irşad.

[10] - Fəxri Razi, Təfsire kəbir, cild 32, səh 29, Darul əhya, Beyrut.

[11] - İmam Xumeyni, Adabe- salat, səh 333, çap çahar, müəssiseye tənzim və nəşre

sare imam.

[12] - Təba- təbai, Seyyid Məhəmməd Hüseyn, Əlmizan, cild 20, səh 332, camee müdərrisin.

[13] - Əlavə məlumat üçün bax: Əhkame Quran, ibn Ərəbi, cild 4, səh 1961, darul mərifət.

[14] - Qədr surəsi, ayə 4.

[15] - Qədr surəsi, ayə 1.

[16] - Təfsir kənzul- əl- dəqaiq, cild 14, səh 359.

[17] - Əlbəttə üçüncü ehtimala başqa bir cavabda verilmişdir: Misal üçün nümunə təfsirinin 27- ci cildi 193 cü səhifəsində yazır: Gecə həmin yerin yarım kürəsinin kölgəsidir ki, o biri yarım kürəyə düşür və bunuda bilirik ki, bu kölgə yer kürəsinin hərəkəti nəticəsində yaranır. Bunun bir dəfə dövr vurması igirmi dörd saata bərabərdir. Bunun üçün də mümkündür qədr gecəsi yer kürəsinin bir dövr fırlanma müddətin təşkil edir, yəni igirmi dörd saat müddətində yer kürəsinin hər hansı bir tərəfinə kölgə salırsa qədr gecəsi hesab olunur, bu da bir nöqtədən başlayaraq başqa bir nöqtədə tamamlanır (diqqət edin) buna əsaslanaraq qədr gecəsinin üfüq baxımından bir neçə gecəyə şamil olması tamamıyla inkar olunur.

[18] - Bir çox rəvayətlər bunların sünnət olmasına dəlalət edir ki, onlardan bunu əldə etmək olur: Hamam ibn Salim Əbu bdillah (ə)- dan rəvayət edir ki, o həzrət buyurdu: Əgər bir şəxs oturub- bir işi müəyyən və məxsus bir zamanda görmək savabı olduğu üçün yerinə yetirə və sonradan başa düşə ki, bu cür deyilmiş, və yaxud oxuduğu rəvayət doğru deyilmiş, Allah onun savabını ona verər, baxmayaraq ki, əslində (o zaman və o yerdə) o cür savaba çatmayacaqdı. Əl- qəvaid, Seyyid Məhəmməd Kazım Müstəfəvi, camee müdərrisin, səh 96.

[19] - " لیلة القدر فی کل سنة و یومها مثل لیلتها" Qədr gecəsi hər il vardır, günü də gecəsi kimi fəzilətlidir" Şeyx Tusi, Təhzib əl- əhkam, Nəsime rəhmət təfsirinin 473- cü səhifəsindən gətirmişdir. Əlbəttə təhzib kitabında yazılanlar Şeyx Tusinin öz şəxsi fikirləri deyil, onu məsum imamdan (ə) rəvayət etmişdir.

[20] - Məfatih əl- cinan, səh 389, çap intişarate Loğman.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment