Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri dərk etməyin şərtləri nədir?

Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri dərk etməyin şərtləri nədir?
Qısa cavab

Quran peyğəmbərin (s) əbədi möcüzəsidir. Bunun üçündə qeyri adi və təbiət aləmindən kənardır və beləliklə məmuli kitabla müqayisə etmək olmaz; yəni baxmayaraq ki, Quran özü rövşən və hər bir şeyi açıqlayandır, kəlmə və sadə cümlə şəklində, yüksək fəsahətə və bəlağətə malikdir. Bir çox maarif və həqiqətləri açıqlayır ki, insanlar adi və hissi təbiətindən çox- çox yüksəkdir. Baxmayaraq ki, onun ibarət və məzmunu sadə və rahatlıqla başa düşülən və cazibəyə malik olan müsiqini özündə əks etdirmişdir. Amma o maarifin həqiqətini və şəriət hökümlərini ondan ələ gətirmək daha ağır və çətindir. Onun rövşən və hər bir şeyi açıqlamasına baxmayaraq, onu anlayıb və hökümlərinə əməl etmək onu dərk edib başa düşməsinə bağlıdır. Quranın zahirini hər bir şəxs başa düşür; çünki- ərəb lüğəti və ədəbiyyatıyla tanış olmaq daha rahat və şirindir ki ərəb qarışıq və anlaşılmayan cümlə və ibarətlərdən istifadə etmir. Bundan əlavə ləhcə və onun dəyişikliyindən uzaqdır. Hər bir ləhcədə anlaşılır və mənalıdır.

 

Bütün bunlardan əlavə termin və elmi ibarətlərdən dəistifadə edilir. Bəs ona müraciət etmək üçün xüsusi elm və hünərə ehtiyac yoxdur.

 

Amma Quranın zahirini anlamaq istəyən şəxs, ayələrin mütləq və müqəyyəd (qeyd olunmuş), umumi və xüsusi; nasix və mənxus, öhkəm və mütəşabeh, zahir və batin və sair. olmasını tanımalıdır. O ayələr bir- birinin kənarında yerləşdirlibdir ki, məna məlum olsun və ayələrdə heç bir şübhə anlaşılmamazlıq olmasın.

 

Buna görədir ki, Quran peyğəmbər (s) və məsum imamlar kimi təfsirçilərə ehtiyacı vardır. Bunun üçün də, məsum imamların dövründən uzaqlaşdığımıza görə, alimlər təfsirə aid olan rəvayətləri və onların şərh və tozihlərini Quran ayələrinin kənarında yerləşdirdilər ki, bu ilahi kitab həmişə və bütün insanların bəhrələnib əməl etməsi üçü hər bir şəxsin ixtiyarında olsun. Quran zahiri mənasından əlavə, bir çox batini mənalara da malikdir. Amma bu nöqtəyə də diqqət etmək lazımdır ki, bütün ayələrin batini mənasını yalnız peyğəmbər (s) və məsum imamların bilməsi mümkündür.

 

Buna əsaslanaraq demək olar, Quranı anlamaq iki şərt tələb edir:

 

  1. Zahiri vasitələr:

     

Misal üçün ərəb dili ilə tanışlıq və onun incə mənalarını bilmək; islam tarixi və şəni nuzul və təfsiri hədislərlə tanışlıq; Quranın mütləq və müqyəd nasix və mənsux ayələrini bilmək.

 

  1. Mənəvi vasitələr:

     

Ruhun təmizliyi və paklığı, bəsirət gözünün açılmasıdır ki, o da ilahi təqvayla hasil olur; bəs bir tərəfdən cahillik və qəflət kimi maneələrin olmaması; başqa bir tərəfdən isə insanın daxilindən xəbisləşməsi və qəlbin kor olmamasıdır; bu amillərdən çəkinmək, yəni təkəbbür və qürurdan uzaq olmaq da Quranı dərk edib anlamağın şərtlərindən hesab olur.

 

Ətreaflı cavab

İslam dininin zəruriyyətindən biri də sona yetirmək) və o həzrətin şəriətinin əbədi və dünyəvi olmasıdır. Beləliklə Qurani kərim rəsulullahın əbədi möcüzəsidir ki, qiyamət gününə kimi insanlarla birgə olub onların öz maarif və hökümləriylə qorxudur və yaxud bəşarət verib, höccətini bütün insanlarla tamamlayır.[1]

 

Buna görə də peyğəmbərin besəti və Quranın nazil olduğundan sonra, təklifdən qaçmaq və bəhanə yolu bütün insanlar üzünə bağlandı və heç bir kəs iddia edə bilməz ki, mən ilahi hidayətçilərə qovuşa bilmədim. Buna görə də heç bir şəxs islamı qəbul etməməsində üzürlü hesab edilmir.

 

Bu ilahi möcüzə bir tərəfdən özünü "nur"[2], "Mubin"[3], "bəyan edən" [4]"burhan"[5] muərrifi edir və təkid edir ki, başa düşülən, təsir qoyub nəsihət mənbəyidir.[6] Başqa bir tərəfdən isə təkrar olaraq öz dinləyicilərini Quranda təfəkkür və düşüncəyə dəvət edib, onda təfəkküretməyənləri isə məzəmmət edir.[7] Quran ayələrini möhkəm və mütəşabihə bölür. Bəs buna diqqət etmək lazımdır ki, necə bu iki dəstə ayəni bir yerə toplamaq olar.

 

Qurani kərim "nur"dur. Çünki göylərin və yerin nuru[8] tərəfindən nazil olmuşdur. Bəs aşkar və özündən başqalarını açkarlayandır. Bəs mubin; yəni aşkardır və hər kəsin gözü önündədir. Tibyan; yəni özündən qeyrisini aşkar və açıqlayandır.

 

Bunun üçün də bürhandır (dəlildir) çünki aşkar olub açıqladığından əlavə hər cür şək və şübhəni aradan qaldırır. Bəs bəhanə axtaranların əlindən bütün bəhanə və dəlillərini alır; çünki onun fitrətiylə olan möhkəm dəlillər və məlum olan qane edici dəlillər[9] gətirmişdir.

 

Quranın umumi olaraq dərk edilməsi:

 

Quranın zahirini hər bir şəxs başa düşür; çünki ərəb lüğəti və ədəbiyyatıyla tanış olmaq daha rahat və asandır ona görəki, ərəb qarışıq və anlaşılmayan cümlə və ibarətdən istifadə etmir.

 

Bundan əlavə ləhcə və onun dəyişikliyindən uzaqdır, hər bir ləhcədə anlaşılır və məna kəsb edir.

 

Bunlara baxmayaraq termin və elmi ibarətlərdən də istifadə edilməmişdir.

 

Bəs ona müraciət etmək üçün xüsusi elm və hünərə ehtiyac yoxdur.

 

Quran öz əsrindən indiyə qədər və bu dövürdən də qiyamət gününə qədər insanların hidayətçisidir. İnsanlıq qibləsinə doğru və səadətin ən çox mərtəbəsinə yol göstərir. İlahi həqiqətə mmarifləndirib, saleh əməllər nəticəsində ruhu ilahi və kamilliyə doğru yönəldib dünyanın və cismin zəlalətindən qurtararaq ilahi və səmavi varlıqda seyr etdirir.

 

Saleh və doğru əməllər və maariflər, heyvani istəklərdə və şəhvətdə qərq olmuş insanları bu kiçik dünyada çıkindirir. O bir maarifdir ki, insanı nəfsin ona meyl göstərdiyi istəklərdən ayırır və ruhun istədiklərinə doğru yönəldir. Odur ki, insanları təəssüb, ifrat və şəhvətdən qoruyur.

 

Amma bu insanın özündə olan səy və cəhddir ki, "böyük cihad" adını özünə götürmüşdür. Bir çox insanlar isə həva- həvəs və nəfsin qarşısında baş əyərək ona doğru meyl tapmışdır. Bunun üçün də nəticədə nur və tibyandan üz çevirmişdir!

 

Quranın xüsusi olaraq dərk edilməsi

 

Baxmayaraq Quranda çətin və qarışıq lüğətlərdən istifadə olunmamışdır. Buna görə də əbədi bütün insanların və hər dövürdə anlamasına səbəb olmuşdur.

 

Amma təbii və sadə yox daha üstün mətləb və mövzulara malikdir. Bu mövzular cümlə şəklində olaraq hiss olunmaq üçün qərar verilmişdir. Müxtəlif mövzularda misal üçün təmsillər, tarixdən qısa məlumat, nəsihət və ibrətlər, qorxutmaq və bəşarət, dəlillər və elmi mübahisələr bir çox Quran ayələrində işarə olunmuşdur.

 

Başqa cür desək, Quran ərəb dilində və bütün insanların hidayəti üçün nazil olmuşdur. Bu hədəfə çatmaq üçün Quranın ümumi və xüsusi, mütləq və müqəyyəd, nasix və mənsux, möhkəm və mütəşabeh, zahir və batin olan ayələrini bilmək lazımdır bəzi vaxtlar imanın möhkəmlənməsi və hidayət yolunu tapmaq üçün, müvəqqəti və qısa zamanlı proqramlardan istifadə edilir ki, sonralar möhkəm və uzun müddətli bir proqrama çevrilir.

 

Bunun üçündə Quranı dərk etmək üçün, ərəb dilini öyrəndikdən əlavə (lüğət, səff nəhv (ədəbiyyat), məntiq və onda olan incəlikləri və mənalarını) islam tarixi, şənu nuzul və təfsir hədislərinin bir yerdə cəmləndirilməsi, ümimi və xüsusi, mütləq və müqəyyəd, nasix və mənsux, möhkəm və mütəşabeh ayələrini tanımaq lazımdır.

 

Buna görə də Quran ayələrini dərk etmək üçün mütləq və müqəyyəd, ümumi və xüsusi, nasix və mənsux, möhkəm və mütəşabeh, zahir və batin[10] ayələrini bilməli və o ayələri bir- birinin kənarında qərar vermək lazımdır ki, məna tamamıyla məlum olsun və heç bir şübhə mənada qalmasın. Bunun üçün də Quran, Allahın rəsulu(s) və məsum imamlar kimi təfsirçiyə möhtacdır. Bu işin özü səbəb olmuşdur ki, məsumların dövründən indiyə kimi olan fasilədən sonra alimlər Quran ayələrinin kənarında təfsir hədislərini toplayaraq onların şərh verməyə başladılar ki, bu ilahi nemət əbədi olaraq insanlar üçün faydalı və onun əsasında əməl etsinlər.

 

Quranın birinci təfsirçisi, Quranın öz ayələridir[11] ondan sonra isə Quranın dediyi kimi peyğəmbər əkrəm (s) onun davamçıları olan məsum imamlardır (ə)

 

İmam Əli (ə) buyurur: "Bu Allahın kitabıdır onun vasitəsilə görür, danışır və eçidir. Bəziləri dediklərini açıqlayır və məlum olur, bəziləri isə o birilərini təsdiqləyir.[12]" Məsum imamların (ə) özlərində məsum imamların (ə) özləridə bu cür ayələri bir- birinin kənarında qərar verməklə bir hökmü istifadə edib öz dinləyicilərinə şərh verirdilər.[13]

 

Başqa bir tərəfdən isə Quran buyurur:" And içirəm ulduzların məqamına ki, əgər bilsəniz necə böyük bir and içməkdir ki, həqiqətən bu gizli olan kitabdakı Qurani kərimdir və anu pak insanlardan başqa heç bir kəs vura biolməz: çünki o aləmlərin pərvərdiharı tərəfindən nazil olmuşdur."[14]

 

Bəs o şəxslər ki, pakdırlar və Quran elminə tamamiylə əhatələri vardır, onlar yalnız əhli- beyt (ə)- lardır.

 

Quran digər bir yerdə peyğəmbəri ayələrin təfsirçisi olaraq tanıtdırır və insanları ondan itaət etməyə çağırır.[15]

 

Məhkəm və mütəşabeh ayələr:

 

Quran buyurur: "O, bir şəxsdir bu kitabı sənə nazil etdi ki, onun ayələrinin bir hissəsi möhkəm (aydın və açıq- aşkar) və bu kitabın əslidir (və ağır mənalı ayələri təfsir edir), bir hissəsi möhkəm (aydın və açıq- aşkar) və bu kitabın əslidir (və ağır mənalı ayələri təfsir edir), bir hissəsi isə mütəşabehdir.[16]

 

O ayələr ki, mövzunun mənasının yüksək olduğu üçün və yaxud başqa cəhətlərdən əvvəl qarşılıq və anlaşılmaz nəzərdə tutulur, bu ayələr bundan xəbər verir ki, həqiqi alimlərlə fitnə sahibi olanları bununla imtahana çəkim müəyyən etsin. Çünki ondan sonra buyurur: Amma o şəxslər ki, ürəkləri düz deyil, mütəşabeh ayələrdən ibrət götürürlər ki, fitnə yaratsınlar və (öz istəklərinə doğru və səhv) təfsir edərlər. bununla (insanları yoldan (haqq) uzaqlaşdırarlar) amma onun təfsirini Allah, peyğəmbər və elmə həqiqi yiyələnənlər bilir."[17]

 

Sonra isə əlavə edir: Onlardır ki, möhkəm və mütəşabeh ayələrin həqiqi mənasını dərk etdikdə deyirlər biz onların hamısına iman gətirdik. (çünki) onların hamısı rəbbimiz tərəfindəndir."[18] (bəli) fikir və ağıl sahiblərindən başqa heç bir kəs onu dərk edə bilməz"[19]

 

Bəs bu cür məlum olur ki, Quran ayələri iki hissədir, onlardan bir hissəsi o qədər məlumdur ki, heç cür inkar və sui istifadə etmək olmaz və onlara "möhkəm" deyilir. Bir hissəsinin isə mənasının dərin və onun dərk edilməsi hər bir şəxs üçün asan olmadığından, bizim onu dərk etməyə qüdrətimiz çatmır; elm qeyb, qiyamət və Allahın sifətləri kimi elə bir məqamdadırlar ki, onların həqiqi mənasını və sirlərini bilmək üçün xüsusi elmə ehtiyac vardır; onlara "mütəşabeh" deyilir.

 

Bütün ayələr istər möhkəm istərsədə mütəşabeh rasixanların (həqiqi elmə yiyələnənlərin) elmi sayəsində elmdə dərk və başa düşülür.

 

Quranda mütəşabeh haqqında başqa bir nöqtəyyə də işarə olunur; əhli- beytən (ə) rəvayət olan hədislər də bunu təyid edir. O bundan ibarətdir, bu cür ayələrin Quranda olması, insanların ilahi rəhbərlərə, peyğəmbər (ə) və onun vəsilərinə nə qədər ehtiyacları olduqlarını göstərir.

 

Bəs bu səbəb olur ki, insanlar ehtiyac duyduqları zaman onlara tərəf gedib, onların rəhbərliyini rəsmi şəkildə (olaraq) qəbul etsinlər. Onların başqa elmlərindən və cürbə- cür hidayətlərindən istifadə etsinlər. bu o deməkdir ki, dərslik kitablarının bir hissəsinin bəzi məsələlərin şərhini müəllimin ixtiyarında qoyur ki, şagird öz rabitəsini müəllimlə kəsməsin və bu ehtiyacın nəticəsində hər bir şeyi ondan öyrənsin. Həqiqətdə isə Quran peyğəmbərin (s) vəsiyyətində buyurduğu özündə doğruldur; həzrət buyurur: İki qiymətli şeyi sizin aranızda yadigar qoyuram: Allahın kitabı və əhli- beytim bu iki şey heç vaxt bir- birindən ayrılmaz, qiyamət günü kövsərin kənarında mənə qovuşarlar.[20]

 

Həqiqi elm sahibləri kimlərdir?

 

Qurani kərimdə iki yerdə bu ibarət işlənmişdir; biri Ali- imran surəsi ayə 7 və digəri isə Nisa surəsinin 162- ci ayəsində buyurur:

 

"Alimlər və kitab əhlindən həqiqi elmə yeyələnənlər, sənə nazil olana (quranla) və səndən əvvəl nazil olanda (incil və tövrat) kitaba iman gətirdilər."[21]

 

O cür ki, lüğətdə olan mənasından istifadə olunur, ondan məqsəd, o şəxslərdir ki, elmdə payidar və nəzər sahibləridirlər.

 

Əlbəttə bu kəlmənin geniş bir mənası var ki, bütün alimlərə və elm adamlarına şamil olur, amma onların arasında seçilmiş və brinci dərəcəyə sahib olmuş alimlər də vardır. Onların içərisində bu kəlməni işlətdikdə hamıdan əvvəl onlar nəzərdə tutulur.

 

Əgər diqqət etsək bir çox rəvayətlərdə "həqiqi elm sahibidir" islam peyğəmbəri (s) və məsum imamlar (ə) haqqında işlədilmişdir. Bu nəzəriyyəyə əsaslanaraq deyirik ayələrin və Quran kəlmələrinin geniş və ətraflı mənaları var ki, onların işarə etdikləri mənalar təsdiq etdiyi nümunəvi insanlar məlum olur.

 

Bəzi vaxtlar onların təfsirində isə onların adlarına işarə edilir.

 

Usuli kafidə imam Baqir (ə) və yaxud imam Sadiq (ə)- dan rəvayət olunmuşdur ki, hərət buyurdu: "Həqiqi elmə yiyələnənlərin ən elmlisi Allahın peyğəmbəri idi, Allahın ona nazil etdiyi Quranın hər bir ayəsinin təvilini (batini mənasını) və nazil olmasını (nə haqqında nazil olmasını) bildirdi, Allah heç bir şeyi ona öyrətmədi yalnız onun təviliylə (həqiqi mənasıyla) birlikdə. O həzrət və onun vəsiləri bütün bunları bildirdilər".[22]

 

Üsul kafi və başqa hədis kitablarında bu haqda bizə çoxlu rəvayətlər çatmışdır. "Nurus- səqəleyn" və Burhan" təfsirinin sahibləri bu ayənin təfsirində onları gətirərək, işarə olduğu kimi

 

«"راسخون فى العلم"»

 

ayəsinin peyğəmbər (s) və əhli- beyt (ə) və alimlərə şamil olması bildirilmişdirlər; çünki ibni Abbasdan rəvayətdir ki, deyir: Mən də rasix" lərdənəm (həqiqi elmə yiyələnənlərdən hesab oluram.

 

Hər bir insan öz elmi əhatəsində Quranın təvilini və sirlərini bilir. O şəxslərin ki, elmi, Allahın o sonsuz elmindən qaynaqlanır, Quranın bütün təvil və sirlərinə agah olur; baxmayaraq ki, digər insanlar onun bir hissəsini bilirlər. Bunun üçündə peyğəmbər (s) "Quran" və "əhli- beyt"- i bir- birinin kənarında qərar verir ki, heç vaxt bir- birindən ayrılmazlar. Onlardan birini seçməklə o birisindən ehtiyacsız ola bilmərik.[23] Bəs bizim Qurana müraciət edib onu dərk etməyimizdən əlavə, sünnət və hədislərə də müraciət edib dərk etməyə ehtiyacımız vardır.

 

Bunun üçün də diqqət yetirmək lazımdır ki, bu yolda hansı vasitələr lazımlı və hansı maneələri aradan qaldırmaq lazımdır.

 

Deyilənlərə əsaslanaraq, bir yerdə onları cəmləşdirərək demək olar ki, Quran və rəvayətə müraciət etmək üçün iki vasitəyə ehtiyac duyulur:

 

A: İnsan daxilinin təmizliyi və ruhu paklığı, bundan əlavə isə haqqı və həqqiqəti tələb edər ruhuya. Bunun vasitəsilə az miqdarda belə olsa insan özünü paklaşdırıb o pak və təmiz insanlara çatdıra bilər. çünki yalnız Allaha imanı olan insanlar Qurandan ibrət götürə bilərlər.[24] bunun bərabərində isə təkəbbür, qürur və təəssüb hissi keçirən ruhiyədən uzaq olub təvazökarlıqla vəhy mənbəyi və onun əsl təfsirçisinin qarşısında diz üstə ədəb göstərmək lazımdır.

 

Çünki düşmənçilik və təkəbbür insanı Allahdan uzaqlaşdırır,[25] ürəkləri qaraldır və Quranı dərketməyə mane olub insanın bəsirət gözünü bağlayır.[26]

 

B: Qurana müraciət edib dərk etmək üçün zahidrə olan amilər:

 

1)- Ərəb diliylə tanışlıq və onu düzgün oxumaq, bundan əlavə kəlmə və ibarətlə tanışlıq əlbəttə ərəb ədəbiyatını öyrənmək yoluyla (kəlmə, cümlə quruluşu, məna, tozih və şərh, fəsahət və bəlağət və lüğət) kamilliklərə yiyələnməklə:

 

2)- İslam tarixi, (mən nuzul) ayələrin nazil olması və Quran elmləri, umumi və xüsusi, mütləq və müqəyyəd, nasix və mənsux ayələri, Məkkədə və yaxud Mədinədə nazil olmuş ayələrini bilmək (öyrənmək) kimi elmə yiyələnmək lazımdır.

 

3)- Şeytanın şərrindən və vəsvəsəsələrindən Allaha pənah aparmaq və nəfsi əmmarədən Allaha sığınmaq.[27]

 

4)- Allahın adıyla başlayıb, onun böyük rəhmətindən kömək diləyib, Onun möminlərə olan rəhmin əldə etmək lazımdır.

 

5)- Bir mövzuya aid olan ayələri bir- birinin kənarında toplayıb, bu ayələrlə rabitəsi olan təfsir hədislərinə müraciət etmək lazımdır. Çünki Quranın təvil və batini mənası vardır ki, onlardan yalnız məsumlar (ə) agahdır. O ayələrin bəzisi digərlərini təfsir edir.[28]

 

6)- İnsan öz şəxsi əqidə və nəzəriyəsini kənara qoyub, Quranın həqiqi məqsədini tapmaq üçün, istər Quranda istərsə də hədislərdə öz səyini göstərməlidir ki, bəzi qüvvələrin təsiri nəticəsində Quranı öz nəzəriyyəsinə uyğun təfsir etməsin. Bəs əgər Quranın nəzərini özünün keçmiş nəzəriyyəsiylə müxalif olaraq görürsə, öz nəzəriyyəsindən dönərək Qurana üz çevirməlidir. Olmaya ki, quranı öz məzhəbi və yaxud öznəzəriyyəsi əsasında təfsir edə! Belə olan halda Qurandan yox öz nəfsindən itaət etmişdir!

 

7)- Qurana təbiətdən üstün bir nəzərlə diqqət yetirməlidir ki, Allaha cism və yaxud oxşar qail olmasın; bəs Quranın mütəşabeh ayələrini, möhkəm ayələr və hədislərə əsalanaraq təfsir edib, batil nəzəriyyələrdən uzaq olmalıdır.

 

8)- Dövrün və məntəqədə olan şübhələri bilməli, başqa bir tərəfdən isə Quranın verdiyi vədələrə və elmin inkişaf etməsinə diqqət etməlidir ki, Quranın göstərdiyi kimi yeni nəslin suallarını cavablandırsın; və Qurana heç bir nəzəriyəni nisbət verməsin. Çünki imam Sadiq (ə) buyurur: "Allah taala onu bir zaman üçün yox hər bir dövr üçün, bir dəstə üçün yox hər bir dəstə üçün qərar vermişdir. Bu Quran hər zaman və hər bir dəstə insanlar üçün təzə və cazibədir."[29]

 

Amma buna diqqət yetirmək lazımdır ki, hər hansı bir nəzəriyyəni Qurana nisbət verməsinlər. Peyğəmbər (s) buyurdu: "Quranı öyrənin və onu oxuyun, bilin ki, Quran sizi yüksəldər və Allahı yad etmək üçün bir vasitədir. Quran sizin üçün bir yol azuqəsi və səmərə verəndir. Bəs Quranın dediklərinə əməl edib, onu özünüzə tabe etməyin, çünki əgər bir kəs Qurana tabe olsa Quran onu behiştə tərəf göndərir. Amma əgər bir şəxs Quranı özünə tabe etsə, Quran onun arxasınca gedərki, onu cəhənəmə etsin!"[30]

 

9)- Quran oxumaq, islam hökümlərini və maarifini öyrənməkdən məqsəd yalnız onun savab və ya söhbətlərində, məsələlərdə, müsabiqələrdə və yaxud məqam, şöhrət və var dövlət olmasın. Quranı, dünya sərmayəsiniəldə etmək üçün yox, axirət sərmayəsini əldə etmək üçün öyrənsin.

 

Yəni, məqsədi onun maarifindən bəsirət və maarifini öyrənib onun hökümlərinə əməl etmək üçün Qurana müraciət etsin. Onun maarifində payidar olub onun hökümlərinə əməlm etsin. Olmaya ki, Qurana müraciət etməklə höccət ona tamam olsun və o, əməlsiz alimlərin əzabına düçar ola. O cür ki, müraciət etmədikdə, təqsirli nadanların əzabına düçar olacaqdır!.

 

10)- Allahın rəhmət ayələrinə, behişt vədəsi verilən ayələrə çatdıqda ümidvar olsun. Özünü Allahın ibadət və itaətinə və günahlardan uzaq olmağa hazırlasın. Qəzəb və cəhənnəmlə insanları qorxudan ayələrə çatdıqda isə, öz nəfsini itaəti tərk edib günaha qovuşmaqdan qorxutsun. Bu vasitəylə öz ürəyinin pasını töküb ona səfa bağışlasın. Hər şeydən üstün Quranın müqəddəs nurundan feyz aparıb öz xoşbəxtlik və səadətinə yaxınlaşsın.

 

11)- Möminləri, müttəqi və saleh insanları vəsf edən və yaxud kafirləri, müşrik və münafiqləri vəsf edən ayələrə nəzər saldıqda, özünü Quranın ixtiyarında qoyub onu qiyamətdə mübahisə etməmişdən əvvəl öz nəfsini mübahisə etsin. Bəs öz nəfsini təkəbbür, şirk, küfr və qürurdan təmizləyib, mömin, müttəqi və saleh insanlar kimi fəzilət və məqamlarla nəfsini zinətləndirsin. Özünü "Allahın xəlifəsi" olmağa layiq görsün. Əlbəttə insan bəndəlik yoluyla buna layiq ola bilər. çünki :

 

«"وماخلقت الجن والانس إلا لیعبدون"»

 

bu cür olmalıdır ki, Allahın rəhməti sayəsində, Quran kəraməti və məsumların (ə) xüsusiylədə peyğəmbər əkrəmin (s) etdikləri ehsanların nəticəsində uranı və əhli- beyti tanıyıb əməl etməklə insanlıq məqamına yetişsin.

 

Mütaliə üçün əlavə mənbələr:

 

  1. Cavadi Amuli, Abdullah, təsnim təfsiri cild 1, ikinci çap, isra Qum səh 15- 254.

     

  2. Cavadi Amuli, Abdullah, Quran dər Quran. Cild 1, İsra, çap 1378, ş, cild 2, Qum. Səh 353- 458

     

  3. Mütəhhəri, Murtəza, Xatəmiyyət, Sədra, çap 1378, ş. Cild 2, Tehran, səh 147- 186.

     

  4. Məkarim Şirazi, Nasir. Nümunə təfsiri, cild 2, Ali- imran surəsinin 7- ci ayəsinin və Nisa surəsinin 162- ci ayəsinin təfsiri.

[1] - Müddəsir surəsi, ayə 31 və 36, Qələm surəsi, ayə 52 Səba surəsi, ayə 28, Furqan surəsi, ayə 1,

[2] - Maidə surəsi, ayə 15, Nisa surəsi, ayə 174, Təğabun surəsi, ayə 8, Yasin surəsi, ayə 69.

[3] - Maidə surəsi, ayə 15, Nisa surəsi, ayə 174, Təğabun surəsi, ayə 8, Yasin surəsi, ayə 69.

[4] - Maidə surəsi, ayə 15, Nisa surəsi, ayə 174, Təğabun surəsi, ayə 8, Yasin surəsi, ayə 69.

[5] - Qəmər surəsi, ayə 17- 22- 23- 40, Məryəm surəsi, ayə 97, Duxan surəsi, ayə 58

[6] - Məhəmməd surəsi, ayə 24, Suad surəsi, ayə 29, Möminun surəsi, ayə 68.

[7] - Nur surəsi, ayə 35.

[8] - Rum surəsi, ayə 30

[9] - Bu nöqtəyə diqqət etməliyik ki, ayələrin batin və həqiqi mənasını yalnız peyğəmbər və məsum imamların bilməsi mümkündür. Heç bir şəxsin ixtiyarı yoxdur ki, özündən ayənin batinini təfsir etsin. Bizim başa düşdüyümüz ayələrin batini yox yalnız zahiridir. Ayələrin batini mənasını yalnız məsumlardan dinləməliyik.

[10] - Ali- imran surəsi, ayə 7.

[11] - Nəhcül- bəlağə, xütbə 133, bənd 7.

[12] - Bax Təsnim təfsiri, cild 1, səh 69- 73.

[13] - Vaqiə surəsi, ayə 75- 79.

[14] - Həşr surəsi, ayə 7, Nisa surəsi, ayə 59.

[15] - Nisa surəsi, ayə 171

"ُوَ الَّذِی أَنْزَلَ عَلَیْکَ الْکِتابَ مِنْهُ آیاتٌ مُحْکَماتٌ هُنَّ أُمُّ الْکِتابِ وَ أُخَرُ مُتَشابِهاتٌ"

[16] - Ali- imran surəsi, ayə 7,

"فَأَمَّا الَّذِینَ فِی قُلُوبِهِمْ زَیْغٌ فَیَتَّبِعُونَ ما تَشابَهَ مِنْهُ ابْتِغاءَ الْفِتْنَةِ وَ ابْتِغاءَ تَأْوِیلِهِ وَ ما یَعْلَمُ تَأْوِیلَهُ إِلَّا اللَّهُ وَ الرَّاسِخُونَ فِی الْعِلْمِ"

 

[17] - Ali- imran surəsi, ayə 7

"یَقُولُونَ آمَنَّا بِهِ کُلٌّ مِنْ عِنْدِ رَبِّنا"

 

[18] - Ali- imran surəsi, ayə 7

"وَ ما یَذَّکَّرُ إِلَّا أُولُوا الْأَلْبابِ"

 

[19] - Biharul- ənvar, əlcamiə lidürəri əxbaru əl əimmətul- əthar, cild 2, səh 100

"انى تارک فیکم الثقلین کتاب اللَّه و اهل بیتى و انهما لن یفترقا حتى یردا على الحوض"

 

[20] - Bu Ayə:

 

"لکِنِ الرَّاسِخُونَ فِی الْعِلْمِ مِنْهُمْ وَ الْمُؤْمِنُونَ یُؤْمِنُونَ بِما أُنْزِلَ إِلَیْکَ وَ ما أُنْزِلَ مِنْ قَبْلِکَ"

 

[21] - Kuleyni Usuli kafi, cild 1. səh 213.

[22] - Məruf səqəleyn hədisi, Biharul- ənvar, cild 33, səh 108. Bax: Məkarim Şirazi, Nasir, nümunə təfsiri, cild 2, Ali- imran surəsinin 7- ci ayəsi və Nisa surəsinin 162- ci ayəsinin təfsiri.

[23] - Bəqərə surəsi, ayə 282, Ənfal surəsi, ayə 29

[24] - Mütəffifin surəsi, ayə 15.

[25] - Rum surəsi, ayə 52- 53, Nəml surəsi, ayə 80- 81

[26] - Fussilət surəsi, ayə 5 İsra surəsi, ayə 45.

[27] - Nəhl surəsi, ayə 98.

[28] - Biharul- ənvar, cild 89, səh 84- 91

[29] - Biharul- ənvar, cild 89, səh 15, Təsnim təfsiri, cild 1, səh 234.

[30] - Camee əhadisi Şiə, cild 15, səh 9, götürülüb, təsnim cild 1, səh 234.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

10 HƏDIS (19)
İZDIVAC ASTANASINDA YERSIZ XƏRCLƏR
QАDININ CӘMİYYӘTDӘ İŞTİRАKI
İblis səcdə etmədi!
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
UŞAQ TƏRBİYƏSİNİN ƏASLARI
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!
İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd ...

 
user comment