Azəri
Friday 29th of March 2024
0
نفر 0

Axmaqlıq

Axmaqlıq
İmam Əli (ə) :«Axmaqlıq, ən pis xəstəlikdir.»
İmam Əli (ə) :«Ən pis yoxsulluq axmaqlıqdır.»
İmam Əli (ə) :«Axmağın özü özünə vurduğu ziyanı, düşmən öz düşməninə vurmaz.»
Axmağın sifətləri
Məsih (ə) «Axmaq kimdir?» sualının cavabında: «İnadkar, özündənrazı, bütün fəzilətlərin özündə olduğunu zənn edən, heç kəsi özündən üstün bilməyən, bütün hüquqların onunçün olduğunu düşünən və başqalarının onun üzərində olan heç bir haqqını tanımayandır. Bu elə axmaqlıqdır ki, onun dərdinə heç bir əlac yoxdur.»
İmam Əli (ə) :«Kim başqalarının eyblərini görüb onları yara¬maz hesab edir, sonra isə həmin eyibləri özündə bəyənirsə, həqiqi axmaq odur.»
İmam Əli (ə) :«Kişinin axmaqlığı üç şeydən tanınar: mənasız (sözlər) danışmaqdan, ondan soruşulmayan suala cavab verməkdən və işlərində qorxmazlıq və cəsarətdən.»
İmam Əli (ə) :«Axmağın nişanələrindən biri budur ki, hər an bir rəngə düşər.»
İmam Əli (ə):«Xalqın sənin üçün dedikləri hər bir şeyi rədd etməyə çalışma. Axmaqlığı göstərməkçün elə bu kifayətdir.»
Axmaqla yoldaşlıq etmək
İmam Səccadın (ə) öz alicənab oğlu Həzrət Baqirə (ə) tövsiyyələrindən: «Oğlum! Axmaqla oturub-durmaqdan və ya yoldaşlıq etməkdən çəkin, ondan uzaqlaş və onunla həmsöhbət olma. Çünki ağılsız adam istər yanında olsun, istərsə də başqa yerdə, alçaq və şəxsiyyətsizdir. Söhbətə başlasa axmaqlığı onu rüsvay edər və nə vaxt sakit qalsa, bu onun söz danışmaq qüdrətinin olmamasına görə olar. Əgər bir iş görərsə onu xarab edər, öhdəsinə bir məsuliyyət götürsə onu yarıtmaz. Nə öz elmi onun dadına yetər, nə də başqalarının biliyi ona fayda verər. Onun xeyrini istəyən insanın sözünə qulaq asmaz. Onunla oturub duranın əlindən rahatlığı olmaz, anası ölümünü istəyər. Zövcəsi onu itirməyi, qonşusu qonşuluqdan getməsini və yoldaşı onunla yoldaşlıqdan xilas olmasını arzulayar. Əgər məclisin ən kiçik şəxsi olsa, özündən yüksək şəxsləri əziyyətə salar. Məclisin ən böyük şəxsi olarsa tabeliyində olanları fəsada və pozğunluğa çəkər.»
İmam Sadiq (ə) :«Hər kəs axmaqla dostluq etməkdən uzaqlaşmasa, tezliklə onun əxlaqını və xasiyyətini özünə götürər.»
Ən axmaq insan
İmam Əli (ə):«Ən axmaq insan özünü hamıdan ağıllı biləndir.»
İmam Əli (ə) :«Ən ağılsız insan odur ki, yaxşılıq etmədən (eyni halda) təşəkkür gözləsin, pislik edərək (əvəzində) yaxşı mükafat umsun.»
İmam Əli (ə) :«Ən axmaq insan odur ki, özündə də olduğu halda başqaların eybini yaramaz hesab edir.»
Axmağın cavabı
İmam Əli (ə) :«Axmağın müqabilində susmaq, ona cavab verməkdən yaxşıdır.»
 
Kitab: "Mizanül-hikmə"
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL

 
user comment