Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Əcəl

İmam Əli (ə):«(Allah) əcəlləri (ömrün müddətini) təqdir edib, müəyyənləşdirib. Bəzilərini uzun və Bəzilərini qısa edib və bir qismini arxaya atıb və bir qismini qabağa salıb. Onların amillərini ölümə bağlayıb (əcəlin sona çatmasının səbəblərini hazırlayıb).»
 

 

İmam Əli (ə):«Əcəl və ölümdən doğru şey yoxdur.»
İmam Əli (ə):« Əcəl nə gözəl dərmandır.»
İmam Əli (ə):«İnsanın nəfəsləri onun ölümə tərəf addımlarıdır.»
Əcəl möhkəm bir qaladır.
Quran:
«Allahın izni olmayınca heç kəs ölmür. O, vaxtı müəyyən edilmiş bir yazıdır.»
Hədis:
İmam Əli (ə):«Əcəlin gözətçiliyi kifayətdir.»
İmam Əli (ə):«Əcəl möhkəm qaladır.»
Hər bir şeyin ömrü var.
İmam Əli (ə):« Hər bir şeyin müddəti və sonu vardır.»
İmam Əli (ə):«Allah hər bir şey üçün ölçü və hər bir ölçü üçün əcəl və son qoyub.»
Hər bir ümmətin əcəli (sonu) var.
Quran:
«Hər bir ümmətin ömür müddəti vardır. Onların əcəli gəlib çatdıqda ondan nə bircə saat yubanar, nə də qabağa keçərlər!»
«Biz heç bir məmləkəti əcəli gəlib çatmamış məhv etmədik. Heç bir ümmət nə əcəlindən qabağa keçə bilər, nə də ondan arxaya qala bilər.»
(Həmçinin müraciət et: Nəhl, 61; Ta Ha, 129; Ənkəbut, 5; Şura, 14, .Muminun, 43)
12.Şərti və qəti əcəl.
Quran:
«Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur. Qəti əcəl Onun yanındadır. Siz yenə də şübhə edirsiniz!»
Hədis:
İmam Sadiq (ə)-yuxarıda qeyd olunan ayənin təfsirində buyurmuşdur- «Naməlum (adsız) əcəl asılı və şərti haldadır, Allahın istəyi ilə tez və gec ola bilir. Amma məlum (adı olan) əcəl Allahın Qədr gecəsindən gələn ilin Qədr gecəsinə kimi qəzavü-qədər olaraq müəyyənləşdirdiyi əcəldir və Allah onun barəsində buyurmuşdur:«Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanar, nə də qabağa keçərlər.»
Şərti əcəli uzaqlaşdıran amil.
İmam Əli (ə):«Ömürlər sədəqə verməklə uzanır.»
İmam Sadiq (ə):«İnsanlar öz ömürlərindən çox öz yaxşılıq və ehsanları ilə yaşayırlar. Həmçinin əcəllərinin çatmasından çox günahlarının nəticəsində ölürlər.»
 
Kitab: "Mizanül-hikmə"
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

DUA QUR`ANDA
Еvdә vә mәscİddә Qur’an tİlavәtİ
İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?
ELM VƏ ALIMIN ŞƏHADƏT VERMƏSI
Zi-hiccə ayının 10-cu günü
Əl-Maidə (Süfrə) surəsi-3
Xorasan vilayəti İslamın ilk dövrlərindən indiyədək
İlahi Peyğəmbərlər (ə.s) İmam Hüseynə (ə.s) göz yaşı töküblərmi?
MUSA VƏ QARDAŞININ TƏVAZÖKARLIĞI
Yахşı söz vә ruzinin аrtmаsı

 
user comment