Azəri
Friday 26th of April 2024
0
نفر 0

PEYĞƏMBƏRIN (S) RUM PADŞAHINA YAZDIĞI MƏKTUBU

PEYĞƏMBƏRIN (S) RUM PADŞAHINA YAZDIĞI MƏKTUBU

PEYĞƏMBƏRIN (S) RUM PADŞAHINA YAZDIĞI MƏKTUBU

Həzrəti Peyğəmbər (s) bir məktubda Rumun impratoruna:

Bismil- lahir- rəhmanir- rəhim.

Allahın bəndəsi və onun rəsulu Məhəmməddən Rumun başçısı Hergelə:

Allahın hidayət yoluna tabe olana salam olsun!

Amma sonra, mən səni islama dəvət edirəm. Islam gətir ki, salamat qalasan. Müsəlman ol ki, Allah sənin əcrini (muzdunu) iki bərabər versin. Əgər qəbul etməsən rəiyyətinin günahı sənin boynunadır.

"Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!"[1]. [2]

Əttəbəqətül kübra: Allahın rəsulu (s) altı səfirdən biri olan Dehyə ibni xəlifə kəlbini Qeysərin tərəfinə yolladı. O, Deyhənin vasitəsi ilə göndərdiyi məktubda ona buyurdu ki, o məktubu Büsranın hakiminə versin və o, məktubu Qeysərə versin. (yəni məktubu Büsranın əli ilə Qeysərə təhvil versin).

Büsranın hakimi məktubu Qeysərə təqdim etdi. O günlərdə Qeysər hemsdə qalırdı və nəzr etmişdi ki, əgər Rum İrana qalib gələrsə, piyada və ayaqyalın Qistintiniyyədən İlyaya (Beytulmüqəddəsə) getsin. Qeysər məktubu oxudu və Rumun böyüklərinə dedi: - O vaxt Rumun böyükləri Qeysərlə birlikdə Hemsdə qalırdılar- Ey Rumun böyükləri! İstəyirsizmi hidayətə və düzlüyə yetişəsiz, sizin padşahlığınız möhkəm olsun və Məryəm oğlu İsanın əmrinə itaət etmiş olasız?

Rumlular dedilər: Ey padşah! Nə etməliyik?

Qeysər dedi: Ərəb Peyğəmbərinə itaət edin.

Onlar vəhşi ulaqlar kimi hürkərək səs- küy saldılar və səlibləri (xaçları) qaldırdılar. Hergel (Rumun Qeysəri) onların bu mənfi reaksiyasını görərək onların islama gəlməsindən ümüdünü kəsdi və öz canı və höküməti üçün təhlükə hiss etdi. Buna görə də onları sakitləşdirdi və dedi: Həqiqət budur ki, bu sözü dedim ki, görüm siz nə qədər öz dininizdə möhkəmsiniz (və ona vəfalısız) və gördüm ki, mən istəyən kimisiniz. Bu zaman onlar Qeysərin bərabərində səcdə etdilər.[3]

Səhih Müslüm Əbu Süfyandan nəql edir:

Şamda olduğum zaman Rəsulullahdan Hergel üçün bir məktub gəldi. Hergel dedi: Aya Allahın peyğəmbəriyəm deyən kişinin qövmündən burada var?

Dedilər: Bəli.

Mən və Qüreyşdən bir neçə nəfəri onun yanına apardılar. O, bizi öz yanında oturtdu və mənim yoldaşlarımı mənim arxamda əyləşdirdi. Sonra öz mütərciminə dedi: Ondan soruş ki, onun (Peyğəmbərin) əsil- nəsəbi sizin aranızda necədir?

Mən dedim: O bizim aramızda, əsil- nəsəbli şəxsdir.

Soruşdu: Onun ata- babalarından padşah olubdurmu?

Mən dedim: Yox.

Soruşdu: Peyğəmbərlik iddiası etməzdən qabaq onu yalançılıqla ittiham edibsinizmi?

Dedim: Xeyir.

Soruşdu: Ona kimlər itaət edir; varlılar ya yoxsullar?

Dedim: Yoxsullar.

Soruşdu: Günbəgün onların sayı artmaqdadır yoxsa azalmaqda?

Dedim: Yox, çoxalır və artır.

Soruşdu: Heç olubdur ki, onlardan biri onun dinini qəbul edəndən sonra, ondan narazı olub onun dinini buraxsın?

Dedim: Yox.

Soruşdu: Sizlə onların döyüş vəziyyəti necə idi?

Dedim: Bizimlə onun arasında uzun müddətli döyüşlər olurdu və həm o bizdən və həm biz ondan öldürürdük.

Soruşdu: Xəyanət və əhdə vəfasızlıq edərmi?

Dedim: Yox. Biz onu tanıdığımız müddətdə ondan belə bir şey görməmişik.

Soruşdu: Ondan qabaq bir kəs belə bir iddia edibmi?

Dedim: Yox.

Hergel dedi: Əgər onun barəsində dediklərin həqiqətdirsə, O, Peyğəmbərdir. Mən bilirdim ki, o zühur edəcək, lakin güman etmirdim ki, sizdən olsun. Əgər imkanın olsaydı onunla görüşərdim və əgər onun yanında olsaydım ayaqlarını yuyardım. Şübhəsiz onun padşahlığı mənim ayağımın altında olana da yetişəcəkdir.

Sonra Hergel Peyğəmbərin (s) məktubunu istədi və belə oxudu: "Bismil- lahir- rəhmanir- rəhim. Allahın rəsulu Məhəmməddən Rumun başçısı Hergelə:

Düz yola itaət edən şəxsə salam olsun!

Amma sonra, mən səni islama dəvət edirəm. Müsəlman ol ki, salamat qalasan. Islam gətir ki, Allah sənə iki bərabər muzd versin. Əgər qəbul etməsən rəiyyətinin günahı sənin boynunadır.

"Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!"[4]

Elə ki, məktubu oxuyub sona yetirdi, səs küy qalxıb, söz- söhbət hər yeri bürüdü. O, göstəriş verdi, bizi onun huzurundan çıxartdılar. Elə ki, bayıra çıxdıq, yoldaşlarıma dedim: Əbu kəbşənin oğlunun (Peyğəmbərin) işi alındı.[5]

 

[1] - Ali İmran surəsi, ayə 64

[2] - Səhih Buxari, cild 3, səh 1076, hədis 2782, Səhih Müslüm, cild 3, səh 1396, hədis 74 Kənzül- ümmal, cild 4, səh 384, hədis 11035, Biharul- ənvar cild 20, səh 386, hədis 8

[3] - Ət təbəqətül- kübra, cild 1, səh 259, Əssünənül kübra li Nəsai, cild 5, səh 265, hədis 8845

[4] - Ali İmran surəsi, ayə 64

[5] - Səhih Müslüm, cild 3, səh 1193, hədis 74, Səhih Buxari, cild 4, səh 1657, hədis 4278

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həzrət Əbülfəzl Abbas ələyhis-salamın təvəllüdü ilə bağlı qısa mesajlar
Əli ələyhis-salamın matəmində
Hüseyndir Xaliqi əzəm fədası..
MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ
İRAQLILARIN MƏKTUB YAZMASI
Yəhudinin Peyğəmbərə (s) suallar
İmam Həsən Əsgərinin (ə) nəzərində Qeyb məsələsi
Həzrət Məsumənin (ə.s) buyurduqlarından
Əmanətdarlıq
Bəla niyə gəlir ?!

 
user comment