Azəri
Friday 14th of December 2018
  19
  0
  0

Şükür - ibadətin aydın nümunəsidir

Şükrün mərhələsi vardır. Bəzən dillə olur və bəzən də əməllə. Həqiqi şükür odur ki, Allahın nemətlərini O, təyin etidyi yerdə xərcləyəsən.
“Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükür edin (çünki şükürsüz ibadət kamil deyildir)”. (“Bəqərə” 172).
Allah Təala bu ayədə möminlərə xitab edərək buyurur ki, halal və pak ruzilərdən yesinlər və sonra da Allahın şükrünü yerinə yetirsinlər.
Bəli, Allahın yaratdığı pak nemətlər insana güc və qüvvə verər ki, vəzifəsini layiqincə yerinə yetirsin. Eyni zamanda bu nemətlər Allahı və Ona şükür etməyi insanın yadına salar.
Həmin surənin başqa bir ayəsində Allah buyurur: “Ey insanlar, yer üzündə olan şeylərin (müxtəlif yeməklər və digər varlıqların) halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o, sizin aşkar düşməninizdir”. (“Bəqərə” 168).
Bu iki ayəni bir-biri ilə müqayisə etsək, görərik ki, Allah bizə iki lətif nöqtəni çatdırmaq istəyir. Belə ki, birinci ayədə buyurur ki, “Ruziniz etdiyimiz pak şeylərdən yeyin”. İkinci ayədə isə buyurur: “Yer üzündə olan şeylərin (müxtəlif yeməklər və digər varlıqların) halal və paklarından yeyin”. Yəni o şey ki, torpaqdan bitir, onların halal və paklarından yeyin. Bu iki ayə ona işarə edir ki, əslində Allahın bütün nemətləri mömin və imanlı insanlar üçün yaradılmşdır. İmansız insanlar isə onların bərəkətinə görə bu ruzidən yeyərlər. Bu, ona bənzəyir ki, bağban bağçasında olan bütün gülləri suvarır və orada olan ot və sarmaşıqlar da ondan faydalanırlar. Adi insanlara buyurur ki, yeyin, ancaq şeytanın addımlarına tabe olmayın. Ancaq möminlərə deyir ki, yeyin və Allaha şükür edin.
  Allah Təala adi insanlardan istəyir ki, günah etməsinlər. Ancaq imanlı insanlardan istəyir ki, bu nemətləri ən yaxşı yolda istifadə etsinlər. Allah bu ayələri ona görə nazil etmişdir ki, cahiliyyət dövründə insanlar halal və pak şeyləri özlərinə haram buyurmuş və ondan çəkinirdilər. Bu, onların zehninə o qədər nüfuz etmişdi ki, onları pak hesab etmirdilər. Quran bu ayələrin yardımı ilə həmin yanlış təfəkkürü aradan qaldırmağa çalışmışdır. Həmçinin pak sözünü işlədərək, insanlara dərk etdirmək istəmişdir ki, bütün qidalar halal deyildir. Onların bəzisi haramdır: murdar ət, donuz əti kimi.
Həzrət Peyğəmbər (s) buyurur ki, Allah buyurub: “Mən insanları xəlq etdim, ancaq onlar Məndən qeyrisinə pərəstiş edirlər. Mən onlara ruzi verirəm, ancaq onlar başqasına şükür edirlər”.
Allah Təala insanları haramdan uzaqlaşdırmaq üçün ilk olaraq pak və halal ruzilərinin adını saymağa başlamışdır. Ondan sonra haram olanlara keçmişdir.
Ayələrdən çıxartdığımız nəticələr.
- Özünü tərbiyə, zahidlik və təqva, təyyibatlardan bəhrələnməyə zidd deyildir.
- İslam məktəbində maddiyyat, mənəviyyatın müqəddiməsidir.
- İslam qida mövzusuna böyük əhəmiyət verir.
- Şükür Allahpərəstliyin və tövhidin nişanəsidir. Əgər insan qazandığı ruzini öz zəhməti hesabına əldə etdiyini düşünərsə, Allaha şükür etmək üçün pay qalmaz.
- Şükür ibadətin aydın nümunəsidir.
- Allahpərəst Allahın halal buyurduğunu haram hesab etməz. (Tebyan)

  19
تعداد بازدید
  0
تعداد نظرات
  0
امتیاز کاربران
امتیاز شما به این مطلب ؟

latest article

      Qiyamətdə ağlamayan göz
      Ruh oxşayan hədislər
      MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
      Hökmdarlıq
      20 hədis
      Ümidsizlik kafirlik əlamətidir
      Nizam-intizam və vaxt bölgüsü
      İSLAMDA TƏBABƏT (1)
      Qəflətdən ayılmaq və məsuliyyət daşımaq
      Qeybət haramdır!

 
user comment