Azəri
Saturday 14th of December 2019
  122
  0
  0

Qadınların məscidə getməsi haqqında bəzi mülahizələr

Birinci rəvayətdə məqsəd budur ki, məscid namaz qılmaq və sair ibadətlər üçün ən yaxşı yer olsa da, qadınlar üçün ən yaxşı məscid onların evidir. Çünki belə olan halda naməhrəmlərlə qaynayıb-qarışmazlar. Bu rəvayət qadınların məscidlərdə iştirakını haram hesab etmir. İkinci rəvayətdə buyurulur ki, onlar məsciddə iştirak etmək istədikləri zaman mane olmayın. Çünki hətta əgər bu iştirak sırf şəkildə namaz üçün də olsa, haram deyildir. Onlar öz ixtiyarları ilə namazı az savabla da qıla bilərlər. Buna əsasən İslam dini qadınların namaz qılmaq üçün məsciddə iştirakını münasib bilməsə də, onu haram hesab etməmişdir. Əgər digər dini proqramlarla, o cümlədən, camaat namazı, müxtəlif dini-təbliği siniflər, mədəni-maarif proqramları və dini çıxışlarla yanaşı olsa, çox bəyənilən işdir.

İslamın qadınların naməhrəm şəxslərlə əlaqədar nəzəri budur ki, naməhrəm kişilərlə mümkün qədər az əlaqə bərqərar etsinlər, zəruri hallardan başqa evdən çıxmasınlar. Bu iki rəvayət də həmin mənaya izah edilir.
Birinci rəvayətə uyğun olaraq imam Sadiq (əleyhis-salam) buyurur: “Qadınlar üçün ən yaxşı məscid onların evləridir.” Məqsəd budur ki, məscidlər namaz və sair ibadətlərlə məşğul olmaq üçün daha yaxşı olsa da, habelə namazı məsciddə qılmaq sair yerlərlə müqayisədə daha artıq savaba malik olsa da, qadınlar üçün daha yaxşı məscid onların evidir. Çünki belə olan halda evlərindən çölə çıxmırlar, naməhrəmlərlə ünsiyyətdə olmurlar. İmam (əleyhis-salam) buyurmaq istəyir ki, naməhrəmlə qeyri-zəruri ünsiyyət yaranacaq hallarda, hətta məsciddə iştirak etmək, camaat namazı qılmaq da bəyənilmir. Zəruri olmayan digər işlər üçün də təbii olaraq bu iş bəyənilən deyildir və yaxşı olar ki, ondan uzaq olsunlar. Bununla belə, bu rəvayət qadınların məsciddə iştirak etməyini haram hesab etmir. Halbuki, namazdan əlavə, məsciddə – namazdan qabaq və ya sonra keçirilən digər mədəni-maarif proqramları, namazı camaatla birlikdə qılmaq, qadınlar üçün elm öyrənmək, vacib məsələlərin təlimi və s. evdə mümkün deyildir. Demək olmaz ki, qadınlar bu proqramlarda iştirak etməsinlər; əksinə bu işlərin çoxlu faydalarına diqqət yetirməklə bu məsələdən göz yummaq olmaz.
Qeyd edilənlərə diqqət yetirməklə ikinci rəvayətin mənası və onun birinci rəvayətlə ziddiyyətli olmadığı məlum olur. Çünki buyurulur ki, onlar məscidə getmək istədikləri təqdirdə maneçilik törətməyin və icazə verin ki, məsciddə iştirak etsinlər. Çünki hətta əgər məscidə getmək sadəcə namaza görə olarsa belə, haram deyildir. Onlar öz ixtiyarları ilə namazı az savabla da yerinə yetirə bilərlər.
Halbuki məsciddə iştirak etmək əksər hallarda çoxlu mədəni-maarif işləri və mənəvi təsirlərlə yanaşı olur. Əgər belə mərasimlərdə iştirak etməsələr, ondan məhrum olarlar. Buna əsasən ikinci rəvayətə uyğun olaraq Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur ki, əgər onlar məsciddə iştirak etmək istəsələr, maneçilik törətməyin.

  122
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

    Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
    Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
    Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
    Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
    Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
    Kovsər hovuzu nədir?
    Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
    Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
    Quran baхımından Allahı tanımaq yоlu
    Davranış

 
user comment