Azəri
Tuesday 19th of March 2024
0
نفر 0

Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto

Nigeriyalı Əhli-Beyt (ə) ardıcıllarının kütləvi şəkildə öldürülməsi üçün heç bir əsgər cinayət məsuliyyətinə cəlb olunmamasına baxmayaraq, Kaduna hökuməti, Şeyx Zəkzəkini əsgərin ölümünə görə mühakimə edir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İyulun 16-sı minlərlə nigeriyalı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkiyə azadlıq tələbilə paytaxt Abucada növbəti mitinqlərini keçirib.

Nigeriya əsgərlərinin 2015-ci il 12 dekabr tarixində Zariyadakı Bəqiyyətullah hüseyniyyəsinə hücum edərək, rəsmi rəqəmlərə görə, 2000 Əhli-Beyt (ə) ardıcılını öldürdüyü hücumda bir nigeriyalı əsgərin də öldüyü iddia olunur.

Nigeriyalı Əhli-Beyt (ə) ardıcıllarının kütləvi şəkildə öldürülməsi üçün heç bir əsgər cinayət məsuliyyətinə cəlb olunmamasına baxmayaraq, Kaduna hökuməti, Şeyx Zəkzəkini əsgərin ölümünə görə mühakimə edir.

Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri və xanımına qarşı Kaduna Federal Ali Məhkəməsində 8 ittiham irəli sürülüb və məhkəmənin növbəti iclasının avqustun 2-də davam etməsi gözlənilir.

İyulun 16-sı küçəyə çıxan minlərlə nigeriyalı Əhli-Beyt (ə) ardıcılı təhlükəsizlik qüvvələri tərəfindən öldürülən tərəfdarlarının şəkillərini qaldırıblar.

Əvvəlki etiraz aksiyalarına polis sərt müdaxilə etsə də, dünən keçirilən mitinq dinc şəraitdə və heç bir müdaxilə olmadan davam etmişdi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Who is Hussain? təşkilatı kimsəsiz və ehtiyaclı insanlara hədiyyə payladı
Şəmkirin Ziyəm kəndindəki Məscid tikintisinin dayandırılmasına rəsmi reaksiya
Elm və fəzilət ailəsi
İmаm Hüsеyn (ә)-ın inqilаbi hәrәkаtındа mühüm аmillәr
On nəfərdən ibarət sələfi briqadası Suriya Hizbullahının pusqusuna düşərək ...
Hacılar Məscidul Hərəmə daxil oldular
Əlcəzairdə məcburi köçkünün əl işi, 1300 ədəd butulkadan qeyri-adi ev inşa ...
Libiya höküməti “İŞİD”-in paytaxt elan etdiyi Sirtə şəhəri uğrunda ...
Səudi sülaləsinin raketləri 6 günahsız Yəmənlini dri diri külə döndərdi
İmam Həsən əleyhissəlamın Müaviyə ilə bağladığı sülhün səbəbləri ...

 
user comment