Azəri
Wednesday 23rd of October 2019
  1990
  0
  0

LOĞMANİ – HƏKİM

LOĞMANİ – HƏKİM

 LOĞMANİ – HƏKİM

Həzrət Loğmana dedilər: “Ədəbi kimdən öyrəndin?” Dedi:”Ədəbsizlərdən. Onların gördüyü pis işlərdən çəkindim”. Yenə ondan soruşdular: “Hikməti kimdən öyrəndin?” Dedi: “Korlardan. Çünki onlar görmədikləri yerə ayaq qoymazlar”.

Bu cümlələr, insanlar arasında yayılmış məşhur və ibrətamiz cümlələrdəndir. Biz bu müxtəsər yazımızda Loğmanın həyatına qısa bir baxış keçirib, onun bəzi rəftar və davranışlarını, izahı ilə birlikdə möhtərəm oxucuların nəzərinə çatdırırıq.

Loğman kimdir?

Bəzi insanlar Loğmanın Allah-Taala tərəfindən göndərilmiş peyğəmbər olduğunu deyirlər. Əgər Qurana müraciət etsək, görərik ki, Quranda Loğman barəsində ayələr, hətta Loğman adına surə də var. Amma bu ayələrin heç birində Loğmanın peyğəmbər olması barədə bir işarə və qeyd yoxdur. Qurani-kərim Loğmanı insanlara peyğəmbər kimi yox, hikmət sahibi kimi tanıtdırır və onun hikmət sahibi olduğu barədə Loğman surəsinin 12-ci ayəsində belə buyurur:“Biz Loğmana hikmət əta etdik”.

Bu ayədən məlum olur ki, Loğmana Allah-Taala tərəfindən hikmət verilib, peyğəmbərlik yox.

Loğman Misirdə dünyaya gəlib. Həyatında təmizlik və gigiyena qaydalarına riayət etdiyinə görə uzun ömürlü olub. Vəfat etdiyi və dəfn olunduğu yer isə Dəməşq şəhərinin Rəmlə məscidi və bugünkü Şam bazarının arasında olan (70 peyğəmbərin dəfn olunduğu) yerdədir. Tarixdə qeyd olunduğuna görə, Loğman həzrət Davud peyğəmbərin dövründə yaşayıb. Bəzi tarixçilərin dediklərinə əsasən, Loğman Davudun ya xalası oğlu, ya da ki, bacısı oğlu olub. Loğman, Qeys ibn Həsr adlı bir şəxsin qulu olub və bir müddətdən sonra o, hikmətli danışıq və rəftarına görə qulluqdan azad edilir.

Loğmanın hikmətli sözlərinə keçməzdən əvvəl yaxşı olar ki, “hikmət” kəlməsinin mənası ilə tanış olaq. Hikmət sözünə çox təriflər verilib və biz burada yalnız onlardan birini qeyd edirik: “Hikmət; həqiqətə uyğun, içində hər hansı bir fayda olan və insanları haqqa yönəldən bir mənanı özündə əks etdirən sözə deyilir”. Hikmətə verilən bu təriflə Loğmana nə üçün Həkim adı verilməsinin səbəbini anlamaq olar. Bu tərifə əsasən, Loğman ona görə Həkim adlandırılıb ki, dediyi mənalı sözlər və etdiyi mənalı hərəkətlər həqiqətə uyğun, faydalı və ən əsası insanları Allaha tərəfə yönəldən olub.

Loğmanın hikmətli kəlam və rəftarları

Bir gün Loğmanın sahibi (əvvəldə də qeyd etdiyimiz kimi Loğman qul idi) ona dedi: “Filan yerdəki torpağa taxıl səpərsən”. Amma Loğman taxıl əvəzinə arpa səpdi. Biçim zamanı gəlib çatdı. Loğmanın sahibi tarlaya gələndə gördü ki, torpaqda taxıl əvəzinə arpa bitib. Loğmana dedi: “Mən sənə demişdim taxıl əkərsən, bəs sən niyə arpa əkibsən?” Loğman cavabında dedi: “Düz deyirsən, mən sənin üçün arpa əkmişdim, amma ümid edirdim arpa əvəzinə taxıl bitə!”

Loğmanın sahibi dedi: “Heç belə də şey olar?”

Loğman dedi: “Niyə olmur? Necə ki, sən həm günah edirsən və həm də cənnətə getməyə ümid edirsən. Mən də belə fikirləşdim ki, əgər insan taxıl ümidi ilə arpa əksə taxıl bitər...” Loğmanın sahibi bu sözləri eşidəndə halı dəyişdi və ağlamağa başladı. Elə yerindəcə keçmişdə olan günahlarından peşman olub tövbə etdi. Sahibi Loğmanın vasitəsi ilə tövbə etməyə nail olduqdan sonra onu qulluqdan azad etdi.
Qeyd etdiyimiz bu hadisə Loğmanın dövründə baş versə də, yalnız Loğmanın sahibinə aid deyil. Həqiqətən də hər bir ağıllı insan bu hadisənin üzərində diqqətlə fikirləşsə, çox şeylər başa düşər. Loğmanın bu rəftarı bizim el arasında işlənən məşhur bir məsəli xatırladır: “Halva-halva deməklə ağız şirin olmaz”. Loğmanın bu rəftarından və gətirdiyimiz məsəldən çox şey başa düşmək olar. Məsələn, insanlar Allah-Taalanın buyurduğu vacibləri - namaz qılmağı, oruc tutmağı və s. işləri tərk edərək haram buyurulan pisliklərə bulaşırlar, şərab içir, qumar oynayır, yalan danışırlar... Hətta bəzən öz günah işlərində məharətli olduqlarına görə fəxr də edirlər. Yarım litrlik arağı nəfəs dərmədən içdiyi üçün fəxr edənlərimiz azdırmı? Yaxud da qumarda min cür oyundan çıxaraq rəqibini yenməyi, yalan danışaraq başqalarını aldatmağı özü üçün fəxr bilib, bunu qeyri-adi məharət hesab edənlərimiz necə? Bu cür günahkar insanların yanında əgər cənnətdən danışsan özlərini cənnətlik hesab edərlər və günahları ilə yanaşı cənnət ümidində olarlar. İnsanın günah edib cənnət ümidində olması, arpa əkib taxıl ümidində olması qədər ağılsızlıqdır.

Loğmanın oğluna nəsihətləri

“Ey əziz oğlum!

Həqiqətən dünyaya gəldiyin gündən dünya evinə arxa çevirib axirət evinə tərəf üz tutub gedirsən . Həqiqətən hər gün ona tərəf getdiyin ev, hər gün uzaqlaşdığın evdən sənə daha yaxındır. Sən də yaxın olan üçün hazırlıq gör”.

Loğmanın bu hikmətli nəsihəti də yenə insana qəflət yuxusundan oyanmağa kömək edir. Gərək insan bu sözlərin üzərində az da olsa fikrləşə. Fikirləşə ki, həqiqətən insan dünyaya gəldiyi gündən hər gün, hər saat, hər dəqiqə və hətta aldığı hər nəfəslə axirətə yaxınlaşır. Burada dünya və axirəti Loğmanın hikmətli sözündən istifadə edib bir misalla izah etmək istərdik. Dünya evi kirayə və axirət evi insanın daimi evidir. İndi gəlin bu iki evi bir-biri ilə müqayisə edək.

1. Kirayə evindən qalan insan heç zaman qaldığı evi öz şəxsi və əbədi evi kimi hesab etməz. Çünki bilir ki, nə zamansa bu evdən köçəcək.

2. Kirayədə qalan insan kirayə evinə çox da diqqət etməz, onu çox gözəlləşdirmək fikrində olmaz.

3. Kirayədə qalan insan qaldığı müddətdə çəkdiyi bütün zəhmətləri, özü üçün hansısa bir yerdə tikdirdiyi şəxsi ev üçün çəkər.

4. Kirayədə qalan insan öz daimi evində rahat olduğu qədər kirayə evində rahat olmaz, yəni ürəyi istədiyi hər şeyi yerinə yetirə bilməz.

Bu misala əsasən, biz bu dünyada kirayədə qalan insanlarıq və gərək kirayəçi kimi rəftar edək. Başa düşək ki, bu ev (dünya) əbədi deyil, bu evi çox gözəlləşdirib, abadlaşdırmaq fikrində olmayaq, çünki kirayədir, nə zamansa əlimizdən alacaqlar. Kirayədə (yəni dünyada) olduğumuz müddətdə şəxsi tikdirdiyimiz (yəni axirət) evin fikrində olaq, başımız kirayə evinə qarışmasın. Yoxsa daimi evi tikdirməyə vaxt tapmarıq. Əgər başımız qarışsa, bir zaman kirayə sahibi hansısa səbəb üzündən bizi evindən atanda küçədə əliboş qalmayaq, heç olmasa balaca da olsa, bir evimiz olsun ki, orda yerləşə bilək. Burada kirayəçi ilə dünyada yaşayan insanın bir fərqini qeyd etmək istərdik. Kirayədə qalan insan əgər hansısa yerdə şəxsi bir ev tikdirərsə, hər gün o evi ilə maraqlanar, ya hər gün baş çəkər, yaxud da telefonla zəng edər, amma bəzi insanlar axirətdə evlərinin tikilməsinə baxmayaraq heç o evlərdən xəbərləri də yoxdur və heç maraqlanmırlar da...

Loğman barəsində çox şey yazmaq olardı, yazılıb da... Biz isə bunlarla kifayətlənirik. Loğmandan gətirdiyimiz bu qısa kəlam və onun ibrətamiz rəftarı bizim həyatımızda dəyişiklik yaratmağa, bizi tərpətmək gücünə malikdir. Loğman barəsində bir cümlə də yazsaq onun üzərində düşünmək bizim həyatımıza rəng verər, bizi kamilləşdirər. Doğurdan da, ondan qeyd etdiyimiz iki qısa hikmət az olsa da, bizi çox düşündürən kəlamlardandır. Bir də ki, biz də həyatda kəmiyyət yox, keyfiyyət axtaranlardanıq...

  1990
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış

 
user comment