Azəri
Wednesday 23rd of October 2019
  861
  0
  0

Alim və tələbə hər ikisi inkişaf və hidayətdə şərikdirlər

Elm və bilik əldə etmək kamal qalasına çatmaq üçün lazım olan amillərdən biridir. İnsan elmsiz heç bir yerə gedib çıxa bilməz.
İmam Hadi (ə) bu nəzərdə idi ki, insanlığın ali məqsədinə çatmaq üçün insan elm və mərifət ardınca olmalıdır. Çünki agahlıq olmadan heç bir yolçu məqsədinə çatmaz.
İmam (ə) buyurur: “Alim və tələbə hər ikisi inkişaf və hidayətdə şərikdirlər”. Əgər cəmiyyətin alimləri və təfəkkür əhli səy göstərməsə və insanlar da elm ardınca olmasalar, insanların fikir və düşüncə səthi inkişaf etməz və həmin cəmiyyət də tərəqqi etməz.
Nəfsi tərbiyə etmək və kamala çatmaq üçün elm və mərifət əldə etmək – ən zəruri amillərdəndir. İnsan elm vasitəsilə Allahın əzəmətini dərk edər, təvazökar və müti olar və ruhunu inkişaf etdirər.
İmam Hadinin (ə) nəzərində alimin dəyəri həmin elmdən daha böyükdür. İmam (ə) buyurur: “Alim elmdən daha üstündür”. Əlbəttə, elm və bilik o zaman təsirli olur ki, insanın əxlaqı gözəl olsun və çirkin sifətlərinə qalib gəlsin. Çünki İmam Hadi (ə) buyurur: “Hikmət, fəsadlı təbiətlərə fayda verməz”.
İmam Hadi (ə) buyurur: “O alimlər ki, bizim dostlarımızın və davamçılarımızın imdadına çatırlar və çətinliklərini aradan qaldırırlar, Qiyamət günü o halda məhşur olarlar ki, başlarında parlayan tac vardır və onlardan nur saçar”.

  861
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış

 
user comment