Azəri
Friday 29th of March 2024
0
نفر 0

Bəla niyə gəlir ?!

Bəla niyə gəlir ?!

İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Agah ol ki,(insanın bulaşmış olduğu) günah olmadan nə vuran (atan)damar, nə büdrəmə, nə başağrısı, nə də bir xəstəlik olar. Bu da (məhz) Allah-taalanın kəlamıdır: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.” (şura. 30)

Ardınca demişdir: “Allahın əfv etdiyi (güzəştə getdiyi) cəzalandıracağından daha çoxdur.”

ŞƏRH: Müfəssirlərdən bəzisi qeyd etmişlər ki, ayədə qeyd edilən müsibətlər dünyada insana Allah tərəfindən yetişən cəzalara aiddir. Uşaqlar, dəlilər və günahsız insanların başına gələn bəla və müsibətlər bura aid deyil. Ayənin xitab obyekti onlar deyil.(Mustəfəvi)

Bu ayədə xitab məsum peyğəmbər və imamlara deyil, günah edənlərədir (Əlamə Məclisi) (onları ayırmaq üçün hədislər də qeyd edilmişdir).

عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنْ حَمَّادٍ عَنْ حَرِيزٍ عَنِ الْفُضَيْلِ بْنِ يَسَارٍ عَنْ أَبِي جَعْفَرٍ ع قَالَ: مَا مِنْ نَكْبَةٍ تُصِيبُ  الْعَبْدَ إِلَّا بِذَنْبٍ وَ مَا يَعْفُو اللَّهُ عَنْهُ أَكْثَرُ.

 İmam Baqir (əleyhissəlam): “Elə bir bədbəxtlik (bəla) yoxdur ki, bəndəyə günah olmadan üz versin (Bəndə, adətən günah işlətdiyinə görə bəlaya düşmüş olar). Allahın onun barədə bağışladığı isə daha çoxdur.”

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamofobiya fenomeninin təhlili
SEKULYARİZM
SÜFYANININ XƏBƏRI
Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. ...
Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır

 
user comment