Azəri
Friday 29th of March 2024
0
نفر 0

Mətaf (təvaf yeri) və Məqami İbrahim (ə)

Mətaf (təvaf yeri) və Məqami İbrahim (ə)

 Mətaf (təvaf yeri) və Məqami İbrahim (ə)

Kəbə təvafında keçmişdən, hacıların təvaf etməsinə əngəl olan bir neçə tikili var idi. İlbəil çoxalan zəvvarların təkidi ilə 1967-ci ildə 3 x 6 metrə çatan Məqami-İbrahimin binası, Zəmzəm suyu içilən tikili və minbər buradan götürüldü. Zəmzəm quyusu üçün yeraltı sahə hazırlanıb oraya köçürüldü. Məqami-İbrahim isə (bu bir daşdır ki, rəvayətə görə həzrət İbrahim (ə) o daşın üzərinə çıxaraq oğlu həzrət İsmayılın (ə) köməkliyi ilə Kəbəni tikmişdir) simvolik bir nişanə şəklində çox qiymətli büllur polad çərçivəyə alınaraq 600 kq-lıq mis dayaq və mərmər üzərində 3 metrdən ibarət bir polad çərçivədə yerləşdirilmişdir.

Kəbənin qapısı

Kəbənin köhnə qapısı, 1977-ci ildə təzəsi ilə əvəz edildi.

Kəbə pərdəsinin (kisvə) yazıları ilə ahəngdarlığını qorumaq üçün qapının ornamentlərinə xüsusi diqqət göstərildi. Qapının üzəri, "Süls" xətti ilə işlənmiş Quran ayələri, inkrustasiya və oyma üslubu ilə bəzədilibdir. Bu işə bir az gümüş qatılmış 280 kq 999,9 faiz əyar qızıl sərf edilib.

Kisvə (Kəbə evinin pərdəsi)

Peyğəmbər (s) zamanında və sonralar, Kisvəni bəzən yenisi ilə əvəz edirlər. Çox vaxt təzəni elə köhnənin üstündən salardılar. Abbasi xəlifəsi Əl-Mehdi Kəbənin üçmaq qorxusu yarandığını duyub bundan sonra Kəbənin üzərinə yalnız bir kisvə salmaq üçün göstəriş verdi. Bu qayda bu günə qədsər davam edir.

1975-ci ildə Məkkə şəhərində kisvə hazırlamaq üçün xüsusi fabrik inşa edildi.

Bu fabrik ən müasir toxuculuq, boyakarlıq dəzgahları ilə təchiz edildi. Pərdənin hündürlüyü 14 metrdir. Onun yuxarı hissəsində 95 sm eni 47 m uzunluğunda zolaq işlənib. Zolaq qızıl və gümüş saplarla işlənmiş 16 fraqmentdən ibarət qızıl sapla "İxlas" surəsi həkk edilib. Bundan əlavə pərdənin müxtəlif yerlərində çərçivədə Quranın 6 surəsi tikilibdir.

Kisvə ən bahalı qara ipək parça növündən tikilir. Hər il köhnə Kisvə götürülüb, bir il ərzində hazırlanmış yeni Kisvə Kəbə evinin üzərinə salınır. ,Hər bir kisvə təqribən 4 milyon 600 min dollara başa gəlir.

Zəmzəm suyu

Hər il zəvvarlar Zəmzəm quyusundan orta hesabla 10 000 kub metr su istifadə edirlər. Orada işləyən su nasosu saatda 765 kub metr su çıxarır. Həzrət İsmayıldan (ə) üzü bəri Zəmzəm quyusu Allah evinə gələnləri həmişə su ilə sirab etmiş və heç zaman qurumamışdır. ( yalnız hicri 223 və 224-cü illər istisna olmaqla).

Yer altında inşa edilmiş məkanda 450 ədəd krandan hamı rahatlıqla istifadə edir.

Bundan əlavə xüsusi boru sistemi ilə Zəmzəm suyu məscidin bütün güşələrinə çəkilibdir. Tərkibi dünya standatlarına yüksək səviyyədə cavab verən Zəmzəm suyunun məscidə paylaşması və sərinləşdirilməsi üçüç məscidin zirzəmisində xüsusi qurğular yerləşdirilmişdir. Bunlara isə kompüter sistemi nəzarət edir. Zəmzəm suyunu əlavə sterilizə etmək üçün isə ultrabənövşəyi şüalardan istifadə olunur. Bu, suyun dadına, tərkibinə və rənginə heç bir mənfi təsir göstərmir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment