Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Cəfəri-Təyyar namazı

Cəfəri-Təyyar namazı

Bu namaz iki təşəhhüd və salam ilə dörd rəkətdən ibarətdir
(yəni iki dəfə sübh namazı kimi iki rəkət qılmaq lazımdır). Birinci rəkətdə "Həmd"dən sonra "Zilzal" surəsi, ikinci rəkətdə "Həmd"dən sonra "əl-Adiyat" surəsi, üçüncü rəkətdə "Nəsr" surəsi, dördüncü rəkətdə isə "İxlas" surəsi oxunur. Lakin hər rəkətdə qiraətdən sonra on beş dəfə "təsbihati-ərbəə"ni, yəni
سُبْحَانَ اللهِ وَالحْمدُ لِلّهِ وَ لا اِلهَ اِلَّا اللهُ وَ اللهُ اَكْبَرُ
(subhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbər) zikri oxunmalıdır. Həmin zikr rükuda on dəfə, rükudan qalxdıqdan sonra on dəfə, birinci səcdədə on dəfə, səcdədən qalxdıqdan sonra on dəfə, ikinci səcdədə on dəfə, səcdədən qalxdıqdan sonra və ayağa qalxmamışdan öncə on dəfə oxunmalıdır. Dörd rəkətin dördünü də bu qayda ilə qılmaq lazımdır və bu zikrlərin sayı birlikdə üç yüz dəfə olur.
Kuleyni yazır ki, Əbu Səid Mədaini deyirdi: "İmam Sadiq (ə) mənə buyurdu: "Cəfər namazında demək üçün sənə bir şey öyrədimmi?" Mən dedim: "Bəli, öyrədin." İmam buyurdu: "Elə ki, namazın dördüncü rəkətinin axırıncı səcdəsinə çatdın və təsbihatı qurtardın o zaman de:"
سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّ وَالْوَقارَ سُبْحانَ مَنْ تَعَطَّفَ بِالَْمجْدِ وَتَكَرَّمَ بِهِ سُبْحانَ مَنْ لا يَنْبَغِي التَّسْبيحُ إلاّ لَهُ سُبْحانَ مَنْ اَحْصى كُلِّ شَىْء عِلْمُهُ سُبْحانَ ذِي الْمَنِّ وَالنِّعَمِ سُبْحانَ ذِي الْقُدْرَةِ وَالْكَرَمِ اَللّـهُمَّ اِنّي أَسْأَلُكَ بِمَعاقِدِ الْعِزِّ مِنْ عَرْشِكَ وَمُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتابِكَ وَاسْمِكَ الاَْعْظَمِ وَكَلِماتِكَ التّامَّةِ الَّتى تَمَّتْ صِدْقاً وَعَدْلاً صَلِّ عَلى مُحَمَّد وَاَهْلِ بَيْتِهِ وَافْعَلْ بى كَذا وَكَذا وتطلب حاجتك عوض كلمة كذا وكذا
İzzət və vüqar libası geymiş Allah hər nöqsandan pak və uzaqdır. Öz böyüklüyü ilə bizə kərəm və ehsan edən Allah hər bir nöqsandan pak və uzaqdır. Hər bir nöqsandan uzaqdır o Allah ki, Ondan qeyrisinə təsbih rəva deyil. Elmi hər şeyi əhatə edən Allah hər bir nöqsandan pak və uzaqdır. Nemət və minnət sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. Qüdrət və kərəm sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. İlahi (sənin elminin sirləri olan) ərşinin izzət əhdlərinə, tövhid və mərifət həqiqətləri olan) sənin kitabının rəhmətinin muntəhasına (ən ucasına), sənin əzəm və böyük adına, (sənin ənbiya və övliyalarından ibarət olan) doğruluq və ədalət baxımından tam və kamil kəlmələrinə xatir səndən istəyirəm ki, Muhəmməd (s) və onun əhli-beytinə (ə) salam göndərəsən və mənimlə belə və belə rəftar edəsən (Belə və belə sözlərinin əvəzində hacət və istəklərini Allahdan dilə.)
Müfəzzəl ibn Omər belə rəvayət edir: "Bir gün imam Cəfər Sadiqi (ə) Cəfər namazını qılarkən gördüm. Namazdan sonra əllərini qaldırıb bir nəfəs bitənə qədər
يا رَبِّ يا رَبِّ
(ya Rəbb, ya Rəbb...), sonra yenə bir nəfəs bitənə qədər
يا ربّاهُ يا ربّاهُ
(ya Rəbbah, ya Rəbbah...), bir nəfəs bitənə qədər
رَبِّ رَبِّ
(Rəbbi, Rəbbi....), bir nəfəs bitənə qədər
يا اَللّهُ يا اَللّهُ
(ya Allah, ya Allah....), bir nəfəs bitənə qədər
يا حَيُّ يا حَيُّ
(ya Həyyu, ya Həyyu....), bir nəfəs bitənə qədər
يا رَحيمُ يا رَحيمُ
(ya Rəhim, ya Rəhim....), bir nəfəs bitənə qədər
يا رَحْمنُ يا رَحْمنُ
(ya Rəhman, ya Rəhman....) sonra isə yeddi dəfə
يا اَرْحَمَ الرّاحِمينَ
(ya Ərhəm ər-Rahimin) deyə dua etdi. Sonra ağa bu duanı oxudu:
اَللّـهُمَّ اِنّي اَفْتَتِحُ الْقَوْلَ بِحَمْدِكَ وَاَنْطِقُ بِالثَّناءِ عَلَيْكَ وَاُمَجِّدُكَ وَلاغايَةَ لِمَدْحِكَ وَاُثْني عَلَيْكَ وَمَنْ يَبْلُغُ غايَةَ ثَنائِكَ وَاَمَدَ مَجْدِكَ وَاَنّى لِخَليقَتِكَ كُنْهُ مَعْرِفَةِ مَجْدِكَ وَاَيَّ زَمَن لَمْ تَكُنْ مَمْدُوحاً بِفَضْلِكَ مَوْصُوفاً بِمَجْدِكَ عَوّاداً عَلَى الْمُذْنِبينَ بِحِلْمِكَ تَخَلَّفَ سُكّانُ اَرْضِكَ عَنْ طاعَتِكَ فَكُنْتَ عَلَيْهِمْ عَطُوفاً بِجُودِكَ جَواداً بِفَضْلِكَ عَوّاداً بِكَرَمِكَ يا لا اِلـهَ إلاّ اَنْتَ الْمَنّانُ ذُوالْجَلالِ وَالاِْكْرامِ .
İlahi, mən Sənin tərifinlə sözə başlayıram və Sənə həmdu-səna deməklə nitqə gəlirəm və Sənin böyüklüyünü mədh edirəm. Halbuki, Sənin mədhinin və həmdu-sənanın sonu yoxdur. Kim Sənin böyüklüyünün və fəzilətinin sonuna çata bilər. Sənin yaratdıqların necə və hansı yolla səndəki böyüklüyün həqiqi mərifətini əldə edə bilər?! Hansı zaman olub ki, Sən fəzilət və ehsanla mədh və böyüklüyünlə vəsf olunmayasan?! Sən Öz helminlə günahkarlara çox ehsan edənsən. Sənin yaratdığın yerin sakinləri hər nə qədər itaətindən boyun qaçırsalar da, Sən yenə də onlara mehriban olacaq, Öz səxavətinlə, Öz fəzlinlə onlara ehsan və Öz kərəminlə əta edəcəksən. Nemət bağışlayan, cəlal və kərəm sahibi olan Səndən başqa tanrı yoxdur.
Sonra Həzrət buyurdu: "Ey Müfəzzəl! Nə zaman zəruri bir hacətin olsa, Cəfər namazını qıl, bu duanı oxu və (sonra) Allahdan öz hacətlərini istə. İnşəallah müstəcab olar.


Yaznın tərtibndə tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment