Azəri
Friday 29th of March 2024
0
نفر 0

Bir daha namaz haqqında

Bir daha namaz haqqında

1.Namazda kimin müqabilində durduğumuzu, kiminlə söhbət etdiyimizi, həmçinin qiraət, rüku və səcdə barəsində düşünək.
2.Namazın hər kəlməsinin mənasına diqqət yetirək.
3.Qiraət edərkən tələsmədən və aram vəziyyətdə, hüzuri-qəlblə qiraət edək.
4.Qəlbimizə kənar fikirlər gələndə onlardan uzaqlaşıb Allahı yad etməyə çalışaq. Əgər belə etməsək, müxtəlif dünyəvi fikirlər qəlbimizə sürətlə hücum edib bizi namazın həqiqi faydasından məhrum qoyacaq.
5.Ətrafa baxmamağımız, hisslərimizin cəmləşdirilməsi, həmçinin xuzu və xuşu əldə edilməsi üçün səcdə olunan məkana, ya möhürə diqqət yetirək. Bu barədə rəvayətlərdə belə buyurulmuşdur:
“Rüku halında pəncələr arasına, səcdədə burunun yanlarına, qunut tutarkən əllərin içinə və oturaq vəziyyətdə libasa (ətəyə) baxılmalıdır”.
6. Yuxulu, süst, mədəmiz dolu olduqda, əsəbi, narahat və s. vəziyyətdə namaz qılmayaq. Çünki belə hallarda diqqətimizi bir yerə cəmləşdirə bilmirik. Hədislərin birində belə buyurulur:
“Süst və yuxulu halda namaz qılmayın!”
Qurani-Kərim buyurur:
لَا تَقْرَبُواْ الصَّلَوةَ وَ أَنتُمْ سُكَارَى

“Məst halında namaza yaxınlaşmayın.”
Namazın faydası o zaman kamil olur ki, namazqılan fikrindən dünyəvi işləri çıxarıb diqqətini yalnız məbdəyə (Allaha) yönəltsin. Bu barədə “Maun” surəsinin 4 və 5-ci ayələrində belə buyurulur:
فَوَيْلٌ لِّلْمُصَلِّينَ الَّذِينَ هُمْ عَن صَلَاتهِِمْ سَاهُون‌
“Vay olsun, o namazqılanlara ki, namazlarında səhlənkarlıq edirlər.”
Namaza diqqət o qədər əhəmiyyətlidir ki, məsumlar (ələyhimussalam) dəfələrlə bu nöqtəni vurğulamış, bu barədə çoxlu hədislər nəql etmişlər. Hədislərin birində belə buyurulur:
“Qəlbin diqqəti olmadan qılınan namaz namaz deyil”.
İslam Peyğəmbəri həzrət Məhəmməd (salləllahu ələyhi və alihi və səlləm)
buyurur:
“Bəndə namaza durduğu zaman onunla Allah arasında olan (pərdə) ortadan qalxır və Allah-təala ona nəzər salır. Mələklər onunla bərabər namaz qılaraq duasının müstəcəb olması üçün “Amin” deyərlər. Asimandan onun üçün xeyir və bərəkət nazil olar. Sonra bu nida eşidilər: Əgər bilsəydin kiminlə münacat edirsən, diqqətini namazdan başqa bir şeyə yönəltməzdin.”
Başqa bir rəvayətdə isə belə buyurulur:
“Cismini, qəlbi ilə birlikdə namaza hazır etməyən şəxsə Allah-təala nəzər salmaz.”
İmam Baqir (ələyhissalam) buyurur:
“Nafilə namazları vacib namazlarda hüzuri-qəlbə varid olan nöqsanları aradan qaldırmaq üçün tövsiyə olunmuşdur.”
Möminin qəlbi kompasın əqrəbi kimi olmalıdır. Belə ki, kompas istənilən istiqamətə döndərilsə, onun əqrəbi yenə də öz təbii halına qayıdaraq cənuba üz tutacaq. Namazqılanın da diqqəti Allahdan yayınsa, cəld yenidən diqqətini əvvəlki halına qaytarmalıdır.
Namazda diqqət və hüzuri-qəlb əldə etmək çox çətindir. (Hüzuri-qəlb ürəkdən-qəlbən itaətə, özünü Allah dərgahında hiss etməyə deyilir) Çünki insanın fikri dünyəvi işlərlə məşğuldur və dənizin üzərindən ötüb səs-küy salan dalğalara bənzəyir. Bundan əlavə fikirləri azdırmaq və ələ keçirmək üçün pusquda durmuş şeytan münasib fürsət axtarır. Ürək bir anlığa Allahdan qafil olduqda şeytan qoşunu hücum edərək qəlb səngərini ələ keçirir. Lakin qəlbin qəflətdən ayıldığını hiss edən şeytan qoşunu çarəsiz olaraq qaçmağa üz tutur. Şair bu barədə belə deyir:

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment