Azəri
Friday 29th of March 2024
0
نفر 0

Xanım Fatimeyi-Zəhra (s) -1

Xanım Fatimeyi-Zəhra (s) -1

 Xanım Fatimeyi-Zəhra (s)

Allahın adı ilə

Hörmətli oxucular! Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti barədə tarixi mənbələrdə iki məlumat vardır. Onların birincisi iyul ayının 13-nə təsadüf edir, ikinci məlumat isə avqust ayının 2-nə düşür.Amma ikinci məlumat daha mötəbərdir. Bununla yanaşı biz bu sayımızda Xanımın (s.ə) adını anmağı lazım bildik. Növbəti sayımızda isə bu barədə daha geniş məlumat verəcəyik.

İffət və namusdan söz düşəndə xanım Zəhra (s.ə) bütün qadınlar üçün nümunə olmuşdur. Xanım Zəhranın (s.ə) iffət və namusu o dərəcədə yüksək idi ki, həyat yoldaşı və övladlarından başqa bir kimsə onun mübarək üzünü görməmişdir. Nəhayət bu pak vücuda cümə günü, Peyğəmbərliyin 5-ci ilindən sonra cəmadiüssani ayının 20-də hicaz səması altında Məkkənin daş qayalarının ətəyindəki Kəbə mənzərəsində, vəhy mənzilində, Allaha ibadət edən Həzrət Məhəmmədin (s) Quran oxuyaraq nur çilədiyi, mələklərin yaxşı tanıdığı və gedib gəldikləri yerdə, səhər və axşam namazının züm-züməsi, gecə vaxtı yerlə səmanı birləşdirən ilahi səsin yüksəldiyi yerdə, yetimlərin ümid, kasıbların müdafiə olunduqları yerdə, miskinlərin pənah apardıqları Peyğəmbərin (s) və Xədicənin evində dünyaya göz açdı.

O, Peyğəmbərin (s) qızı, vəhy bağçasının ilk çiçəklənən gülü idi. Müdriklik mücəssəməsi, bəşər qadını, Allahın yerdəki xəlifəsinə bərabər və layiq, dünya xanımlarının xanımı Həzrət Fatimə (s.ə) idi. Fatimənin (s.ə) anadan olması ilə Allah elçisinin evi daha da mehribanlıq və məhəbbət ocağına çevrildi.

Əziz Peyğəmbər (s) Məkkədə əziyyətdə, sıxıntıda və mübarizədə olanda kiçik Fatimə (s.ə) dərdli atasının yorğun yanaqlarına nəvaziş verər və bu məşəqqətli günlərin əziyyətini sanki azaldırdı. Necə də heyrətləndiricidir! Rəsuli Əkrəm (s) və onun nəsli bu əziz qızla təskinlik tapırdı. Peyğəmbər (s.ə) xanım Fatimə haqqında belə buyurmuşdur,: " O mənim ruhumdur, behiştin iyini ondan alıram".

Həzrət Fatimə (s.ə) haqqında deyilən bu sözlər təəccübləndirici deyildir. Çünki onun özü də, Allahın səmavi kitabında bildirildiyi kimi, böyüklər zümrəsindəndir. Böyük Allah bu barədə Əhzab surəsinin 33-cü ayəsində belə buyurmuşdur: "Allah istəyir ki, pisliyi siz Əhli-beytdən uzaqlaşdırsın və sizi tamamilə pak etsin".

Fatimə (s.ə) özünün nurlu həyatını başdan-başa vəhy və insanpərvər atanın kölgəsi altında keçirmişdir. Fatimə (s.ə) həmişə onunla idi. Uhud müharibəsində müsəlmanlar məcburi halda geri çəkilib dağlara pənah aparanda Fatimə (s.ə) həyacanlı halda Mədinədən Peyğəmbərin (s) düşərgəsinə getmiş və Əmirəlmöminin Əli (ə) ilə birgə Peyğəmbərin (s) yaralarını müalicə etməklə məşğul olmuşdur.

Xanımlar xanımı Fatimənin (s.ə) şəxsiyyəti bizim dərk edəcəyimizdən yüksək, vəsf edəcəyimizdən daha alidir.

Nəhayət, hicrətin ikinci ili Peyğəmbər (s) Fatiməni (s.ə) Əmirəlmöminin Əli (ə) ilə evləndirdi. Bu xoşbəxt qovuşuq ona görə lazım idi ki, Peyğəmbər (s) Əlidən (ə) başqasını Fatiməyə (s.ə) uyğun tapa bilməmişdi. Bu izdivacın əsas səbəblərindən biri də Əli (ə) ilə Fatimənin (s.ə) yüksək məqama malik olmaları idi. Bu evlənmənin mənası Ərrəhman surəsinin 19-cu ayəsinə görə iki dənizin bir-birinə qovuşması deməkdir. Peyğəmbərin (s) ölümündən sonra cürbəcür müsibətlər Zəhranın ürəyini sıxır, həyatını acı və dözülməz edirdi. Bir tərəfdən Peyğəmbərin (s) yoxluğu atasını sevən, onun yoxluğuna, uzaqlığına dözməyən Fatiməni (s.ə) qəmgin edir, digər tərəfdən isə Əmirəlmömininin (ə) xilafətini qəsb etmək üçün sui-qəsdçilərin rəftarı onu cismən və ruhən incidirdi.

Bütün bu əziyyətlər və nəzərdən keçirdiyimiz digər müsibətlər də, tarixdən bildiyimiz kimi, Peyğəmbərin (s) ölümündən sonra Zəhranın (s.ə) həmişə qəmginliyinə səbəb olmuşdur. Tez-tez atasının qəbrini ziyarət etməyə gedər və çox ağlayardı. Bəzən şəhidlər məqbərəsini ziyarət edər və zarıyardı. Evdə də ağlamaq və yas tutmaqdan başqa bir işi yox idi. Elə ki, bu əziz adamın belə ağlaması Mədinə əhlinin etirazına səbəb oldu, Əmirəlmöminin (ə) onun üçün qəbristanlıqda beytul-əhzan adlanan bir daxma tikdi. Zəhra (s.ə) hər səhər Həsəni (ə) götürüb ora gedər, axşama kimi qəbirlər arasında oturar və ağlayardı. Gecə düşəndə Əmirəlmöminin (ə) gedib onu evə gətirərdi. Bu o vaxta qədər davam etdi ki, o, xəstələnib yatağa düşdü.

Zəhra (s.ə) atasının fərağına görə o qədər mütəəssir idi ki, Peyğəmbərdən (s) qalan bir nişanə belə onu ağladar və taqətdən salardı.

Peyğəmbərin (s) vəfatından sonra azançısı Bilal belə qərara gəlir ki, daha azan çəkməyəcəkdir. Bir gün Zəhra (s.ə) atasının azançısının səsini eşitməyi söylədi. Bu xəbər Bilala çatdı və Zəhranın (s.ə) xatirinə azan çəkməyə qalxdı. Bilalın "Allahu Əkbər" səsini Zəhra (s.ə) eşidəndə göz yaşının qarşısını ala bilmədi. Elə ki, azançı "Şahidlik edirəm ki, Məhəmməd onun elçisidir" dedi, Zəhra (s.ə) fəryad çəkdi və bihuş oldu. Camaat bilala xəbər berdi ki, dayan, Peyğəmbərin (s) qızı dünyadan getdi. Çoxları həqiqətən də onun öldüyünü güman etdilər. Bilal azanı yarımçıq qoydu. Zəhra (s.ə) özünə gələndə Bilaldan azanı tamamlamağı xahiş etdi, amma o, qəbul etməyərək dedi: "Ey xanımların başçısı, mənim azanımın səsinin sizin sağlamlığınıza təsir edəcəyindən qorxuram".

Nəhayət yorucu qəm-qüssə və bütün bu kimi əziyyətlər Zəhranı (s.ə) əldən saldı və onu xəstələndirdi. Nəticədə hicri ilinin cəmadiüssani ayının 3-də, yəni Peyğəmbərin (s) ölümündən 85, ya 95 gün sonra Zəhranın (s.ə) şəhid olması bütün müsəlmanların qəlbini həmişəlik kədərlənriridi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KƏRBƏLA ŞƏHİDİ MÜSLÜM İBN OVSƏCƏ
Hədislərdə xəsisliyin gözəl izahı
İmam Səccadın (ə) mübarək dəlilləri ilə qoca şamlının tövbəsi
İmam Hüseyn (ə) - şəhidlər ağası
İmam Əli əleyhis-salamın Bəni-Təyy qəbiləsindən və Xəvaricdən (onların ...
Rəsuləllahın(s) ayı
İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) ...
"Sarəllah" sözünün mənası nədir?!
Alim və tələbə hər ikisi inkişaf və hidayətdə şərikdirlər
Bu gün Ruqəyyənin şəhadət günüdür

 
user comment