Azəri
Friday 29th of March 2024
0
نفر 0

Dünya nemətlərinə qərq olmaq insana Allahı unutdurar

Dünya nemətlərinə qərq olmaq insana Allahı unutdurar

Rifaha və dünyaya qərq olmaq Allahı unutmağa səbəb olar. Həzrət Peyğəmbər (s) ən az həddə bu dünyadan istifadə etmişdir və ona meyil göstərməmişdir.

Allahın nemətlərindən istifadə edərkən həddi aşmaq və israf etmək haramdır. İmam Kazıma (ə) sual verirlər ki, on köynəyə malik olmaq israfdırmı? İmam (ə) cavab verir: “Xeyr. Əksinə daha çox köynəyə malik olmaq səbəb olar ki, köynəklərin ömrü uzun olsun. İsraf odur ki, bayır paltarını çirkli yerdə geyinəsən”. (Tebyan)

Yəni, insanın zahirini bəzəməsi və geyinməsinin heç bir iradı yoxdur, əksinə, müstəhəb əməllərdəndir. Ancaq çox təəssüf ki, bu gün gözəl geyinmək özünü göstərmək və həddi aşmaq səviyyəsinə çatmışdır.

İmam Əli (ə) buyurur: “İsrafı kənara qoy və mötədil ol! Bu gündən sabahın fikrində ol və dünya malından zəruri olan qədərini özün üçün saxla və çoxunu ehtiyacın olduğu gün üçün qabaqcadan göndər”.

İki dəstə insanlar vardır ki, ixtiyarlarına qoyulan imkanlardan çəkinməlidirlər. Hətta öz halal mallarına belə göz yummalıdırlar. Bunlar alimlər və hakimlərdir. Əks halda, bu insanlar məhrum olanların ağrısını hiss edə bilməzlər.

Əmirəl-möminin (ə) buyurur: “Allah alimlərdən əhd almışdır ki, zalımların qarınqululuqları və acların zülm görmələri qarşısında sükut etməsinlər”.

“Nəhcul-bəlağə”də oxuyuruq ki, Əla ibn Ziyad Harisi İmama (ə) deyir: “Ey Əmirəl-möminin! Qardaşım Asim ibn Ziyaddan sənə şikayət edirəm”. Buyurur: “Məgər nə edib ki?”. Deyir:” Əba geyinib dünyadan kənarlaşmışdır”. İmam (ə) buyurur: “Onu gətirin”. Gələn zaman Asimə buyurur: “Ey, öz canının düşməni! Şeytan sənə yol tapmışdır və onun oxuna hədəf qərar tutmusan. Ailənə və övladlarına rəhm etmirsən? Sən xəyal edirsən ki, Allah zahirdə təyyibləri sənə halal etmişdir, ancaq ondan istifadə etməyini sevmir? Sən Allah dərgahında ondan da dəyərsizsən ki, səninlə belə rəftar etsinlər”.

Asim deyir: “Ey Əmirəl-möminin! Ancaq sən bu kobud paltarın və o xoşagəlməz yeməyinlə yaşayırsan. (Yəni, sən bizim rəhbərimizsən və biz də gərək sənə iqtida edək)”.

İmam (ə) buyurur: “Vay olsun sənə! Mən sənin kimi deyiləm. (Yəni, mənim vəzifəm sənin kimi deyildir). Allah haqq rəhbərlərinə vacib etmişdir ki, özlərini çətinə salsınlar və insanların zəif təbəqəsi kimi olsunlar ki, kasıbın yoxsulluğu onu həyəcana gətirməsin, Allaha itaətdən boyun qaçırtmasınlar”.

Bu, bütün peyğəmbələrin (ə) həyat tərzi idi. Amma İslam Peyğəmbəri (s) onların ən örnək nümunəsidir. Əmirəl-möminin (ə) də bu sifəti ilə məşhur idi. O, buyurardı: “Pak və pakizə Peyğəmbərinin (s) ardıcılı ol! Allah yanında ən sevimli insan o kəsdir ki, Peyğəmbərini (s) örnək götürər və qədəmini onun qədəminin yerinə qoyar”.

Həzrət Peyğəmbər (s) elə yaşayırdı ki, mədəsi hamıdan daha çox ac və bədəni hamıdan daha arıq idi. Çünki dünya nemətlərinə yox deməyi bacarmışdı.

İmam (ə) buyurur: “Peyğəmbər (s) yerin üstündə xalça olmadan əyləşər və yemək yeyərdi. Qullar kimi təvazökarlıqla əyləşərdi. Öz əli ilə ayaqqabısını və paltarını yamayardı. Yəhərsiz-palansız ata minərdi. Otağında bir pərdə görür ki, üzərində təsvirlər var idi. Həyat yoldaşını çağırır və buyurur: “Onu nəzərimdən gizlət ki, nə zaman gözüm ona dəysə, dünyanı və zinətini yada salıram”. O, bütün qəlbi ilə dünyanın zinətini yada salmağı özündən uzaqlaşdırmışdı. O, dünya zinətlərinin gözünün önündən gizli olmasına əlaqə göstərərdi”.

Bəli, Həzrət Peyğəmbər (s) bu yolla cahil ərəblərin ürəklərini fəth edə bilmişdi və kobud, övladını öldürən bir xalqdan insanlar yaratmışdı.

“Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər”. (“Ali-İmran” 164).

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamofobiya fenomeninin təhlili
SEKULYARİZM
SÜFYANININ XƏBƏRI
Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. ...
Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır

 
user comment