Azəri
Friday 19th of April 2024
0
نفر 0

Riyakar və saxtakar insanın üç əlaməti

Qurani-Kərimdə riya sözü beş ayədə keçir. Bu ayələrdən ikisi Allah yolunda malını verənlərin özlərini nümayiş etdirdiyini bildirir və müsəlmanlara xəbərdarlıq edir. Digər ikisində isə namazlarını, başqa sözlə, ibadətlərini insanlara göstərməyi vər dişə çevirənlərdən bəhs edilir və nümayiş məqsədi daşıyan bu xüsusiyyət pislənir. Sonuncu ayədə isə din adından hərəkət edənlərin azğın və riyakar davranışlarından xəbər verilir, ardınca da əmr və tövsiyələr bildirilir.

Məhəmməd peyğəmbər (s) riya haqda buyurub: “Sizə görə ən çox qorxduğum şey kiçik şirkdir”. Səhabələr soruşdular: “Ya Rəsulullah, kiçik şirk nədir?” Peyğəmbərimiz buyurdu: Riyadır, yəni başqaları görsün deyə ibadət etməkdir.

Allah-Təala qiyamət günü hər kəsin əməlinin qarşılığını verəndə ibadətlərini insanlara göstərmək üçün edənlərə belə deyəcək: “Gedin dünyada ibadətlərinizi göstərdiyiniz, özünüzü bəyəndirməyə çalışdığınız adamların yanına, görək sizə vermək üçün bir şeyləri varmı?”

əl-Vafi əsərində İmam Əlidən (ə) riyakarların əlamətləri haqda olan hədis belədir:

“Riya edənin 3 əlaməti var: 1-Camaatı görəndə aktiv olur. 2-Tək olanda tənbəlləşir və süst olur, 3- Bütün işlərdə təriflənməyini sevir”.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment