Azəri
Friday 29th of March 2024
0
نفر 0

ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ

ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ

Hicrətin üçüncü ilində kafirlər müsəlmanları qıraraq İslam hökumətini yıxsınlar deyə Məkkədən Mədinəyə hərəkət etdilər. Müsəlmanlar Ühüd dağı kənarında (təqribən Mədinənin yeddi kilometrliyi) onların qarşısını kəsdilər. İslam ordusu ilə kafir qoşunları arasında şiddətli müharibə başlandı. Bu müharibədə şəxsən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm və Əli (əleyhissalam)-ın özü döyüşçülər cərgəsində idilər. Həzrət Əli (əleyhissalam) bu döyüşdə misilsiz fədakarlıqlar nümayiş etdirdi.

Düşmən müharibənin sonunda öz qüvvəsini yalnız Peyğəmbəri səlləllahu əleyhi və alihi və səlləm öldürmək üçün hazırlaşmışdı. Bu vaxt Əli (əleyhissalam) yüksək bir dağ və yıxılmaz bir səddə çevrilərək böyük İslam Peyğəmbərini qoruyurdu.

Bu müharibədə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin ləyaqətli köməkçilərindən bir çoxu şəhadət şərbətini içib bu dünyaya vida etdilər. Bu müharibədə Əli (əleyhissalam)-ın bədəni altmış yerdən yaralanmışdı. O Həmzə Məs`əb, Abdullah ibni Cahş, Hənzələ və s.. İslam şəhidlərinin pak bədənlərini gördükdə vücudu şəhadət eşqilə dolmuşdu. Həzrət Əli (əleyhissalam) şəhadət şərbətinin müxlis köməkçilərlə birlikdə ona nəsib olmamasından bərk həyəcanlanmışdı. O, bu həyəcanı Əli (əleyhissalam)-ın simasından sezərək üzünü ona tutub buyurdu:

«Dediklərim baş vermişdir amma de görüm sənin səbrin necədir?!» İmam Əli (əleyhissalam) ərz etdi: Ya Rəsulullah «Bura səbr və istiqamətin yeri deyil, əksinə bəşarət və şükrün yeridir» (təsliyət yeri deyil, əksinə təbrik yeridir)!
48-BU HAQDA DAHA BİR DASTAN

Məşhur sünni alimi İbni Əbil Hədid bu xütbənin şərhində belə yazır:

Hədis və tarix yazanlardan bir çoxu nəql ediblər ki, İmam Əli (əleyhissalam) buyurdu:

«Allah məftunlarla cihadı (fitnəyə gedənlər) müqərrər edibdir necə ki, müşriklərlə cihadı mənə müqərrər etdi.»

Dedim: «Ya Rəsulullah! Bu fitnə nədir ki, onda cihad mənə müqərrər olub?!»

Buyurdu: «Bu cihad Allahın birliyinə və mənim risalətimə şəhadət verən cəmiyyətə aiddir ki, həqiqətdə onlar sünnətimin əleyhinədirlər.»

Dedim: «Bir halda ki, onlar Allahın birliyinə və sənin risalətinə şəhadət verirlər hansı əsasla onlarla müharibə edim?»

Buyurdu: «Dində əmələ gətirdikləri bidətə görə ki, onlar nəticədə mənim əmrimlə müxalifət edirlər.»

Dedim: «Ya Rəsulullah! Sən qabaqcadan mənə şəhadət və`dəsi vermisən, Allahdan istə ki, onu sənin hüzurunda əncam versin (ürəyim istəyir ki, sənin astananda və sənin məhzərində şəhadətə yetişəm) həm də onu tə`xirə salmasın.»

Buyurdu: Bəs o zaman kim nakisinlərlə (bey`əti pozan müharibə qızışdırıcılar) və qasitinlər (Müaviyə və tərəfdarları) və mariqinlərlə (xəvariclər) vuruşacaq?! Sənə şəhadət və`dəsi verirəm ki, bu və`də tezliklə sənə nəsib olar. İnşallah.

«Sənin başından qılınc vurub saqqalını başının qanı ilə rəngləyərlər. O zaman səbrin necə olacaqdır?!»

Dedim: «Ya Rəsulullah! Bura səbr yeri deyil, əksinə şükr və həmd yeridir.»

Buyurdu: «Bəli bu hadisələr sənin üçün qabağa gələcəkdir. Elə isə bütün bunlara qarşı hazır ol.»

Dedim: «Ya Rəsulullah, az da olmuş olsa o hadisələri mənə bəyan etmənizi istərdim.»

Budurdu: «Mənim ümmətim məndən sonra tezliklə fitnəyə düşərək Qur`anı tərcümə edib onu öz ürəkləri istədiyi kimi mə`nalandırar, şərabı nəbiz adına (kişmiş suyu) halal sayıb, rişvəni hədiyyə, sələmi isə alver adı ilə rəva bilərlər. Qur`anı əsl anlayışından təhrif edərlər.»

Beləliklə də öz yollarını azarlar.

Belə bir vaxtda öz evində əyləş (onlardan küs) camaat sənə tərəf üz gətirdikləri vaxt (batini mə`na) Qur`anın batini mə`nası əsasında müxaliflərlə çarpış. Necə ki, mən tənzil əsasında (yə`ni Qur`anın zahiri əsasında) vuruşdum. Bunu da bil ki, sənin zamanının camaatı mənim zamanımın camaatı ilə bir olmayacaqdır.

Dedim: Ey Allahın Rəsulu! Mən bu adamları (öz müxaliflərimi) hansı dərəcəyə mənsub edim? Mürtədlər?!

Buyurdu: Onları «fitnə» dərəcəsində tanıt. Belə ki, qoy ədalət onları tapana kimi sərgərdan qalsınlar.

Dedim: «Ey Allahın Rəsulu! Görəsən ədalət onları bizim tərəfimizdən tutacaq, yoxsa başqaları tərəfinədən?!»

Buyurdu: Ədalət onları bizim tərəfimizdən öz vasitəmizlə tutaraq tam qələbə hasil olacaqdır. Məhz bizim vasitəmizlə Allah şirkdən sonra qəlbləri (tovhid xəttində) bir-birinə qovuşduracaqdır.

Bəli, məhz bizim vasitəmizlə fitnə və fəsaddan sonra qəlblər bir-birinə qovuşacaqdır.

Dedim:

«Həmd olsun fəzilət və ne`mətlər bağışlayan Allaha.»

Bu dastan bunu bizə çatdırır ki, bə`zən müsəlmanların hakimi günah və fitnəkarlığa qərq olmuş müsəlmanlarla da vuruşmalıdır ki, onları müharibə vasitəsilə haqq yoluna də`vət etsin.
49-HƏZRƏT ƏLİDƏ ZAHİDLİK NÜMUNƏLƏRİ

İmam Əli (əleyhissalam) «Nəhcül-bəlağə»nin 160-cı xütbəsində həmd və sənadan sonra camaatı moizə və nəsihətə başlayır. Daha sonra Allaha pənah apararaq maddiyyatın quluna çevrilərək onu hədəf satanlardan bərk narahat olduğunu bildirib onları tənqid atəşinə tutur, söhbət əsasında dörd böyük Peyğəmbərlərdən onlar üçün nümunə gətirərək həyat və yaşayışlarını bu Peyğəmbərlər kimi tənzim etmələrini tapşırır. Həmin 4 böyük Peyğəmbər aşağıdakılardır.

1-İslam Peyğəmbəri 2-Həzrət Musa 3-Həzrət Davud 4-Həzrət İsa (əleyhimussalam).

Bununla belə adı qeyd olunan Peyğəmbərlərin hər biri ilə əlaqədar «Nəhcül-bəlağə»yə diqqət yetirməklə onların pərhizkarlığı və yetginlikləri barəsində gəlmiş dastanı əziz oxuculara çatdırırıq.
50-ƏLİ (ƏLEYHİSSALAM) PEYĞƏMBƏR SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏMİN ARDICILI

Əli (əleyhissalam) buyurur: Dünyanı hədəf satmağın bəyənilməzliyi barədə İslam Peyğəmbərini özümüzə örnək və nümunə saymağımız kifayət edər. Eləcə də 150-ci xütbənin sonunda bu barədə belə buyurur:

«Allahın dərgahında ən əziz bəndələr İslam Peyğəmbərindən nümunə götürüb addımını onun ləhirinin yerinə qoyanlardır.» Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm ac qarınla dünyadan köçərək ruh sağlamlığı və imanla əbədiyyətə sarı qanad açdı. Doğrudan da Allah bizə nə böyük ne`mət verdi. Və bizə inayət elədi ki, məhz onun xətti ilə hərəkət edək. And olsun Allaha əynimdəki köynəyimi o qədər yamamışam ki, artıq yamayandan utanıram. Bir şəxs e`tirazla mənə dedi:

«Niyə bu köhnə paltarı çıxarmırsan!» Ona dedim: «Məndən uzaqlaş.»
51-İSLAM PEYĞƏMBƏRİNİN ZAHİDLİYİ

İslam Peyğəmbəri səlləllahu əleyhi və alihi və səlləm öz ehtiyacı qədər dünyadan artıq bəhrə almadan özü hamıdan artıq qarnı ac idi... Yerin üstündə (döşəksiz) oturduqda qullar kimi təvazökarcasına əyləşərdi, özü öz əli ilə ayaqqabı və paltarını yamayardı. Peyğəmbər həmişə yəhərsiz ata minsə də bir adamı da öz tərkinə mindirirdi.

Bir gün evin qapısında (arvadlarından birinin hücrəsində) asılmış bir pərdini gördükdə öz həyat yoldaşına buyurdu:

«Onu məndən uzaqlaşdır, Hər vaxt gözüm ona sataşdıqda dünyanı öz gözəllikləri ilə mənim yadıma salır.»

Bəli, o bütün varlığı ilə dünyanın zərq və bərqindən gözünü çəkmiş dünyanın yad etməyi isə özündən uzaqlaşdırmışdı.

Həzrət bu dünyanı özünə karvansara sanırdı. Buna görə də ona ürək bağlamağı özünə rəva bilmirdi.

Sizdən soruşuram: Görəsən, Allah öz haqq yolu üçün seçdiyi Mühəmmədi əziz tuturdu, yoxsa ona ihanət edirdi? Əgər bir kəs desə: Allah onu təhqir edibdir.

And olsun Allaha ki, yaradana böyük yalan nisbətini veribdir. Yox, əgər desə ki, onu əziz tutbdur onda gərək bilməlidir ki, Allah ondan başqasını təhqir edibdir. Buna görə də Peyğəmbəri səlləllahu əleyhi və alihi və səlləmi özünüzə ülgü və örnək sanın.

Yalnız onun xəttində hərəkət edin, yoxsa sizin yolunuz həlakət və uçurumla nəticələnəcəkdir.
52-MUSA (ƏLEYHİSSALAM)-IN PƏRHİZKARLIĞI

Sonra Əli (əleyhissalam) bu xütbədə (160) Həzrət Musa (əleyhissalam)-ı xatırlayıb buyurur: İstəyirsən, İslam Peyğəmbərindən sonra Allahın elə dostunu xatırlayam ki, Allah dərgahına sarı hacət əlini götürüb belə dua buyurmuşdur?:

«İlahi hər nə xeyir və yaxşılıq mənə nazil etsən ona ehtiyacım vardır.» («Qəsəs» surəsi, 24)

And olsun o böyük Allaha ki, Musa (əleyhissalam) Allahdan yeyəcəyi çörəkdən başqa bir şey istəmədi. Çünki, o Həzrət yerin otunu (ələfini) yeyirdi belə ki, arıqlıqdan və ətinin azlığından yediyi otun göyü qarnının nazik dərisinin arxasından görünürdü! Rəvayətlərdə gəlib ki, bir gün Musa (əleyhissalam) Allaha belə ərz etdi:

«Mən acam» Allah buyurdu: «Sənin aclığını bilirəm» Musa ərz etdi: «Məni öz yeməyinlə (ruzinlə) qidalandır.»

Allahın Musa (əleyhissalam)-la olan vəhylərindən biri də bu idi:

«Ey Musa! Yoxsul o kəsdir ki, mənim kimi başçısı yoxdur. Xəstə o kəsdir ki, mənim kimi təbibi yoxdur, qərib o kəsdir ki, mənim kimi munisi yoxdur.

Ey Musa! Bir tikə arpa çörəyinə razı ol. Dünya sənə tərəf üz döndərdikdə de:

«Hamımız Allah tərəfindən gəlmişik və onun tərəfinə də qayıdacağıq.» Dünyanın sənə arxa çevirdiyini gördükdə isə belə de:

«Afərin salehlərin şüarına.» Ey Musa! O şey ki, Allah Fir`ona verib təəccüblənmə, onlar dünyanın davamsız həyat zirvələridir!»
53-DAVUD (ƏLEYHİSSALAM)-IN PƏRHİZKARLIĞI

Sonra Əli (əleyhissalam) həmin xütbədə (160) buyurur: İstəyirsən üçüncü nümunəni Davud (əleyhissalam)-dan deyim ki, behiştin xanəndəsidir. O xurma liflərindən öz əli ilə zənbillər toxuyaraq öz camaatına belə deyirdi: Sizlərdən hansı biriniz bu zənbillərin satılmasında mənə kömək edə bilərsiniz? Öz əli ilə toxuduğu zənbillərin pulundan arpa çörəyi əldə edib onunla dolanırdı.

İmam Sadiq (əleyhissalam) buyurmuşdu: Allah Həzrət Davud (əleyhissalam)-a belə vəhy etdi: «Sən yaxşı bəndəsən əgər beytül-maldan yeməsəydin!» Davud (əleyhissalam) qəmgin olub ağlamağa başladı, Allah onun üçün dəmiri yumşaltdı, nəticədə isə Davud hər gün dəmirdən zireh (döyüş köynəyi) düzəldib onu min dirhəmə satırdı. Beləliklə də o 360 zirehi 360 min dirhəmə satdı. Bir daha beytül-maldan istifadə etmədi. Bundan əlavə Allah Peyğəmbərlik məqamından savayı onu şahlıq dərəcəsinə kimi ucaldıb bütün imkanları Davudun ixtiyarında qoydu. Lakin, o, öz zəhməti, alın təriylə zənbil və zireh toxuyub satar, beləliklə öz sadə yaşayışını tə`min edərdi.
54-İSA (ƏLEYHİSSALAM)-IN YETKİNLİYİ

Həzrət həmin xütbədə yenə də (160) buyurur:

«İstəyirsən Həzrəti İsa (əleyhissalam) barəsində (onun yetginliyinə dair) söz açam? Bil ki, qalın və kobud paltar geyir, quru çörək yeyirdi. Onun yeməyi aclıq, gecə çırağı ay, qış örtüyü isə şərq və qərb torpaqları idi (səhərlər məğribdə günortalar isə məşriq tərəfdən günəşlə üzbəüz gəzirdi)»

Yerdə dörd ayaqlılar üçün bitənlər onun meyvə və gülləri hesab olunurdu. Onu özünə məşğul edə biləcək nə arvadı var idi, nə də qəmgin edəcək övladı, nə də dövləti var idi ki, diqqətini özünə cəlb etsin. Onun nə də tamahkarlığı var idi ki, onu xar etsin. Onun atı, iki ayağı, xidmətçisi isə iki dostu idi.

«İddətüd-dai» kitabında bu məzmunda Həzrət İsa (əleyhissalam)-dan nəql olubdur. Daha sonra Həzrət yenə buyurdu:

«Dünya malından mənim bir şeyim yoxdur, eyni halda yer üzündə heç kəs mənim kimi ehtiyacsız sayıla bilməz.»

Həm də İmam Sadiq (əleyhissalam)-dan nəql olunubdur ki, Həzrət İsa haqqında İncil kitabında belə gəlib: İsa (əleyhissalam) Allaha ərz edirdi:

«İlahi, həm səhər, həm də gecə mənə bir arpa fətiri əta elə, lakin artıq vermə ki, tüğyan edəm.»
55-VAXTSIZ VƏ YERSİZ SUALA CAVAB

Siffeyn müharibəsi idi Əli (əleyhissalam)-ın ordusu Müaviyənin ordusu ilə hər tərəfdən tutaşmışdılar. Belə bir həngamədə İbni Dudan adlı qohumlarından biri Əli (əleyhissalam)-ın hüzuruna gəlib dedi: Siz həm nəsəb, həm də Peyğəmbərlə qohum olmağınız və həm də Qur`anı bilmək sarıdan Peyğəmbərə hamıdan artıq yaxınsınız. Bəs onda niyə sizləri olduğnuz məqama yetişməyə qoymadılar.?

(Baxmayaraq ki, ibni Dudanın niyyəti yaxşı idi, həm də Həzrətin qohumlarından idi, lakin vaxtsız sual etdi).

İmam Əli (əleyhissalam) ona buyurdu:

Ey Əsədi qardaş, sən çox tələsərək vaxtsız və yersiz sual etsən də qohumluq ehtiramına, eləcə də sual edənin haqqına riayət etməyə görə sənin cavabını verməyə məcburam.

Bil ki, adamların rəhbərlikdə mənə qarşı zülmü barədə baxmayaraq ki, bizim Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmla olan nisbətimiz hamıdan yüksək və ona olan peyvəndimiz hamıdan daha çoxdur, buna görə idi ki, bir qrup adam bu məqama paxıllıq edirdilər (və ona yiyələndilər).

Digər bir qrup da (biz özümüz) onların bu işinə göz yumdu, hakim yalnız Allahdır və bizim hamımız qiyamət günü onun tərəfinə qayıdarıq.

Keçmişdən sual etmə, bu gün biz üzləşdiyimiz hadisələr haqqında (Müaviyə ilə müharibə) soruş! Ruzgar məni ağladandan sonra güldürdü (təəccübə gətirdi). Gəlin, bu böyük və qəribə işə təəccüblənək. Əgər çətinliklər aradan götürülsə onları xalis haqqa doğru sövq etdirərəm yoxsa ki,

فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ

«Buna görə də onlara həsrət çəkib öz canına qəsd etmə, Allah onların törətdiklərindən agahdır.» («Fatir», 8)
56-OSMANA NƏSİHƏT

Osmanın xilafət dövrü idi. Müsəlmanlardan bir qrupu İmam Əli (əleyhissalam)-ın yanına gələrək ondan Əliyə şikayət etdilər. Əli (əleyhissalam) -dan xahiş etdilər ki, Osmanla söhbət edib onu xətalarından çəkindirsin.

İmam Əli (əleyhissalam) (bu siyasi məsələlərə laqeyd qalmadı). Onların istəyini nəzərə alıb Osmanın yanına gələrək ona nəsihət etməyə başladı. Bu nəsihətində camaatın e`tiraz və şikayətini söylədikdən sonra buyurdu: «Bil ki, Allah hüzurunda olan ən yaxşı bəndə hidayət olub başqalarını da hidayət edən adil rəhbərdir ki, sünnətini canlandıraraq daha da möhkəmləndirir.»

«Allah qarşısında insanların ən pisi öz yolunu azıb başqalarını da yolundan sapdıran zalım rəhbərdir ki, düzgün sünnətləri məhv edib tərk olunmuş bid`ətləri dirildər.» Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurub:

«Zalım rəhbəri qiyamət günü səslərlər, o zaman onun nə köməyi olar nə də üzr istəməyə üzü.»

Onu cəhənnəm oduna atarlar. Bundan sonra dəyirman daşı odda fırlanmağa başlar, daha sonra isə onu cəhənnəmin dərinliyində zəncirə çəkərlər. Olmaya sən olasan ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm həmişə buyururdu:

«Bu ümmət bir rəhbəri öldürdükdən sonra qiyamətə qədər ölüb öldürmə qapıları onların üzünə açılar...»

Bir az danışıqdan sonra yenə buyurdu:

«Səni and verirəm Allaha, məbada ətlərinin cilovunu Mərvanın əlinə verəsən ki, o da onu istədiyi tərəfə çəksin.»

Osman dedi: «Camaatdan mənə möhlət al, ta onların tapdanmış hüquqlarını qaytarım.»

İmam buyurdu:

«Mədinəliləri deyirsənsə onda möhlət yoxdur. Tez işə başlamaq lazımdır ki, Mədinədən çıxmaq möhləti sənin dəsturunun onlara çatması qədərdir.»

Bu tərtiblə: görürük ki, İmam Əli (əleyhissalam) ən ali əxlaqi və siyasi üsulla Osmana nəsihət edib böyük ədəb və kamallla məntiqi işlərin başlanmasına zəminə yaradır.
57-MƏNTİQİ QƏBUL ETMƏK

Kuləybe Cərmi deyir: Mədinədə Osmanın ölümündən sonra Təlhə və Zübeyr Bəsrəyə gələrək camaatı Əli (əleyhissalam)-ın hökumətinə qarşı qaldırdılar. Bununla da Cəməl müharibəsinin özülünü qoydular.

Bir azdan Əli (əleyhissalam) öz ordusu ilə bey`ət sındıran üsyançıları yerlərində otuzdurmaqdan ötrü Bəsrəyə tərəf hərəkət etdi. Qoşun Ziyqar məhəllinə çatdıqda qəbilə rəislərindən iki nəfər mənə dedilər: Bizimlə gəl, Əli (əleyhissalam)-ın hüzuruna gedib görək ki, onun bu yürüşdən hədəfi nədir?

Mən onların sözünü qəbul edib onlarla birgə Ziy Qara yetişdik. Onun ərəblərə ən fərasətli rəhbər olmasını öz gözlərimizlə gördük. O qəbilə rəisləri barədə məndən suallar etdikdə mən də cavab verirdim. Danışıqdan və mətləb aydınlaşandan sonra mənimlə gələn yoldaşlar Həzrətlə bey`ət etdilər. Daha sonra o Həzrət mənə buyurdu:

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamofobiya fenomeninin təhlili
SEKULYARİZM
SÜFYANININ XƏBƏRI
Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. ...
Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır

 
user comment