Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Məhdilik bəhslərinin irəli çəkilməsinin zərurəti

Məhdilik bəhslərinin irəli çəkilməsinin zərurəti

 Məhdilik bəhslərinin irəli çəkilməsinin zərurəti

Bə`ziləri belə fikirləşə bilər ki, mədəniyyət zəminələrində əsaslı və müxtəlif ehtiyacların varlığı ilə belə, Məhdi (ə)-ın barəsində bəhsləri irəli çəkməyin nə kimi zərurəti vardır? Bu barədə kifayət qədər bəhs aparılmamış, kitab və məqalə yazılmamışdırmı?!

Cavabda qeyd etmək lazımdır ki, Məhdilik bəhsləri bəşər həyatında mühüm və əsaslı rol ifa edən mövzulardan biri olub insan həyatının müxtəlif yönlərində birbaşa tə`sirə malikdir. Buna əsasən, bu barədə aprılmış müxtəlif fəaliyyətlərlə belə, yenə də bu mövzu barəsində deyilməmiş çoxlu məsələlər qalır. Yaxşı olardı ki, alimlər, mühəqqiqlər bu sahədə bir neçə qat artıqlaması ilə sə`y göstərsinlər.

İmam Məhdi (ə) maarifinin irəli çəkilməsinin zərurətini əyani şəkildə göstərmək üçün aşağıdakı halları qısa şəkildə bəyan edirik:

1-İmam Məhdi (ə)-ın mövzusu İmamətin əsaslı məsələsinə qayıdır ki, bu da şiələrin e`tiqad üsullarından biri olub, Qur`an və İslami rəvayətlərdə çox geniş şəkildə irəli çəkilmişdir.

Şiələr və sünnülər Peyğəmbəri Əkrəmin belə buyurduğunu nəql etmişlər:

مَنْ ماتَ وَلَمْ يَعْرِفْ اِمامَ زَمانِهِ ماتَ مَيتَةً جاهِلِيَّةً[1]

«Hər kəs öz zəmanəsinin imamını tanımadan ölsə, cahiliyyət dövrünün ölüsü kimi dünyadan getmişdir (sanki islamdan heç bir bəhrə aparmamışdır).» Doğrusu insanın mə`nəvi həyatı ilə bu qədər dərin köklərə malik olan bir mövzu diqqət mərkəzində olmamalıdırmı?!

2-İmam Məhdi (ə) pak imamət silsiləsinin 12-ci şəxsidir. Həmin imamət ki, Peyğəmbəri Əkrəmin özündən sonra qoyub getdiyi iki ağır əmanətdən biridir. Şiələrin və sünnülərin Peyğəmbərdən nəql etdikləri bir hədisdə deyilir:

اِنّى تارِكٌ فيكُمْ الثَّقَلَيْنِ كِتابَ اللهِ وَ عِتْرَتى: ما اِنْ تَمَسَّكْتُمْ بِهِما لَنْ تَضِلّوُا بَعْدى اَبَداً...[2]

«Həqiqətən, mən sizin aranızda iki qiymətli və ağır şeyi əmanət qoyub gedirəm: Qur`an və Əhli-beytim. Bu iksinə sarılıncaya qədər məndən sonra heç vaxt yolunuzu azmayacaqsınız.»

Buna əsasən, Allahın kəlamı olan Qur`ani Kərimdən sonra imamın yolundan da aydın və çox hidayət edən bir yol ola bilərmi?! Ümumiyyətlə məgər Allahın Kitabı-Qur`an, Peyğəmbərin canişinlərinin bəyanı olmadan təfsir edilə və bəyan oluna bilərmi?!

3-İmam Məhdi (ə) hal-hazırda diridir və insanların əməllərinə nəzarət edir. O həzrətlə əlaqədar çoxlu suallar, – xüsusilə cavan nəsil arasında – irəli çəkilir. Keçmiş alimlərinin əsərlərində onların suallarına cavabın varlığı ilə belə, yenə də çoxlu müəmmallar qalmaqdadır, çox hallarda əvvəldə verilən cavablar hazırkı dinləyiciləri kifayət qədər qane edə bilmir.

4-İmamət məsələsinin əhəmiyyəti və onun şiələrin ideoloji və əməli qurumunda əsaslı rol ifa etməsinə diqqət yetirməklə düşmənlər daim çalışmışlar ki, İmam Məhdi (ə) barəsində müxtəlif şübhələr yaratsınlar, o həzrətə inananları şəkk-şübhəyə düçar edərək imanlarını sarsıtsınlar. Məsələn; o Həzrətin təvəllüdünün özündə şəkk-şübhə yaradır, yaxud o Həzrətin uzun ömür sürə bilməsini qeyri-mümkün işlərdən hesab edir, yaxud da o Həzrətin qeybdə olmasını məntiqə uyğun olmayan bir məsələ kimi təqdim edir və s. Bunun kimi yüzlərlə şübhə icad edirlər. Bə`zən də dostları hətta əhli-beyt belə xəbəri olmadan -Əhli-beyt məarifindən mə`lumatsız olduqlarına görə Məhdilik mədəniyyəti barəsində düzgün olmayan əsasız mətləbləri irəli çəkirlər. Bu yolada bir qurupu azğınlığa salmışlar, yaxud da hal-hazırda salmaqdadırlar. Misal üçün, Həzrəti Məhdi (ə)-ın intizarı, onun üçün silahlı qiyam, qeybət dövründə onunla görüşməyin mümkünlüyü və sair kimi, rəvayətlərlə uyğun olmayan yanlış mətləbləri irəli çəkirlər. Bunların da hamısı Məhdilik mövzusu barəsində məntiqi və düzgün bir təhqiqatın aparılmasını zəruri edir.

Buna əsasən, bu kitabda sə`y olunmuşdur ki, İmam Məhdi (ə)-ın nurani həyatını araşdırmaqdan əlavə,Ö cavanların İmam (ə)-ın şəxsiyyəti barəsində, eləcə də qeybdən həyatı dövrünə aid olan şeylərlə əlaqədar suallara cavab verilsin, bu barədə mövcud yanlışlıqlara və əyintilərə cavab verilərək tənqid olunsun. Ümidvarıq ki, Allah-təalanın yer üzərindəki sonuncu höccəti-Həzrəti Məhdi (ə) barəsində çox dolğun mə`rifət əldə etmiş olaq, inşallah!


[1]«Biharul ənvar», 51-ci cild, hədis 7, səh 160

[2] Yenə orada, 2-cild, səh. 100

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Milli mətbuatın milli düşmənləri
Böyük günahlar
SƏCDƏ AYƏSİNİN TƏFSİRİ
Ey göz, səy et, çox ağla..."
HƏZRƏT ƏBULFƏZL ABBASIN (Ə) TƏVƏLLÜDÜ
Həft-i Tir hadisəsi və Müqəddəs Müdafiə illərində Şəhid olanların ailə ...
Əl-Maidə (Süfrə) surəsi
İSLAM XӘLİFӘLӘRİ NECӘ TӘ’YİN OLUNDU?
DUA QUR`ANDA
Еvdә vә mәscİddә Qur’an tİlavәtİ

 
user comment