Azəri
Friday 19th of April 2024
0
نفر 0

NƏHCÜL- BƏLAĞƏ MƏKTUBLAR

NƏHCÜL- BƏLAĞƏ MƏKTUBLAR



الْحَمْدُ لِلّهِ الْفاشِى فِى الْخَلْقِ أَمْرُهُ وَ حَمْدُهُ الظّاهِرِ بِالْكَرَمِ مَجْدُهُ الْباسِطِ بِالْجُودِ يَدَهُ الَّذِى لا تَنْقُصُ خَزائِنُهُ وَ لا تَزِيدُهُ كَثْرَةُ الْعَطاءِ إِلّا جُوداً وَ كَرَماًإِنَّهُ هُوَ الْعَزِيزُ الْوَهّابُ وَ الصَّلوةُ وَ السَّلامُ عَلى عَبْدِهِ وَ رَسُولِهِ سَيِّدِ الْأَنْبِياءِ وَ الْمُرْسَلِينَ مُحَمَّدٍ وَ الِهِ الْهُداةِ الْمَهْدِيِّينَ

اللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ وَ عَجِّلْ فَرَجَهُمْ وَ أَهْلِكْعَدُوَّهُمْ مِنَ الْجِنِّ وَ الْإِنْسِ مِنَ الْأَوَّلِينَ وَ الْاخِرِينَ

«Nəhcül-Bəlağə» peyğəmbərlərin sözlərinin cövhəri, Qur’ani-Kərim həqiqətlərinin sirlərinin açıqlaması, azğın və düşkünlərin xilasedicisidir. Əmirəl-möminin əleyhis-salamın Seyyid Şərif Rəzi (əleyhir-rəhmə) tərəfindən nümunələri müqəddəs «Nəhcül-Bəlağə» kitabında toplanmış kəlam və əməllərinə tabe olmayınca qan tökülməsi, fitnə-fəsad, zülmkarlıq, ikiüzlülük, özündənrazılıq və bədbəxtlik bəşəriyyətdən uzaqlaşmayacaq və dünyada sülh və asayiş, ədalət, vəhdət və xoşbəxtlik bərqərar olmayacaq. Bu kitabda insanın həyat və asayişinə aid hər bir şey olduğu üçün o, əməl edən hər bir kəsin başucalığı və xoşbəxtliyinə zamindir.

Bu sözlər əql və elm sütunları üzərində bərkidilib və boşboğazlıq və naqqallıq deyil. Əgər inanmırsınızsa, öz alim və tanınımış şəxsiyyətlərinizlə bir yerə toplaşaraq barəsində ətraflı fikirləşib düşünün ki, həqiqətlərini dərk edəsiniz.

Xeyir və yaxşılıq, asayiş və gözəllik axtaran hər bir kəs, gərək «Nəhcül-Bəlağə»ni özünə ö ək etsin. Buna görə də bədbəxt o böyük və başçıdır ki, bu kitabı oxumayıb; aciz o rəhbər və tayfa başçısıdır ki, onun göstərişlərinə əməl etmir; avara-sərgərdan o xalqdır ki, əməlləri «Nəhcül-Bəlağə»nin buyuruqları ilə uyğun gəlmir; xoşbəxt o kəslərdir ki, bu tərcümə və şərhin dörd hissəsini diqqətlə oxuyub və əməl ediblər və indi beşinci hissəni dərk etməyə nail olurlar. Çünki biz lazım olan bütün nöqtələrə (hamının səviyyəsində olan xülasə şəklində və hamının başa düşdüyü sadə dildə) toxunmuş və onları yada salmışıq. Bu məsələ elm və bilik əhlinə bəllidir. Hissələrdə Allah və Peyğəmbərin razılığına zidd bir söz yazılmamasına, elm şəhəri olan Əli əleyhis-salamın hüzurunda əməlimin qəbul edilməsinə və qiyamət günü günahlarımın bağışlanmasına səbəb olacağına ümid bəsləyirəm.

اللهُمَّ اخْتِم عَمَلى بِأَحْسَنِهِ وَ اجْعَلْ ثَوابى مِنْهُ الجَنَّةَ بِرَحْمَتِكَ امين يا رَبَّ العالَمينَِ

Fani bəndə: Əliyyənnəqi (Feyzul-İslam) İsfahani Ali-Məhəmməd əd-Dibac,

I Fəsil

Bu fəsildə ağamız və başçımız Əmirəl-möminin Əli əleyhis-salamın düşmənlərinə və şəhərlərin rəhbərlərinə (yazdığı) məktubları toplanıb və o Həzrətin məmurları ilə olan əhd-peymanlarının bir hissəsi, eləcə də Əhli-Beyt və dostlarına tapşırıqları (öyüd-nəsihətləri) də fəslə daxildir.

İmam Əli əleyhis-salamın Mədinədən Bəsrəyə (Təlhə, Zübeyr və onların tərəfdarları ilə müharibəyə) gedərkən yoldan Kufə əhlinə göndərdiyi məktublarındandır. (O, Maul- uzəybə çatanda bu məktubu Kufə əhlinə yazdı və onları Osmanın öldürülmə səbəbindən xəbərdar edərək öz köməyinə çağırdı.Məktubu Kufəyə imam Həsən və Əmmar ibn Yasir ilə göndərdi.)

Allahın bəndəsi Əmirəl-möminin Əlidən alicənab yardımçı və ərəbin şərafətlilərindən olan Kufə əhlinə:

Allaha həmd və Peyğəmbərə salamdan sonra, mən sizi Osmanın işindən (və onun öldürülmə səbəbindən) elə xəbərdar edirəm ki, onu eşitmək görmək kimi olsun. (Kufə əhlindən həmin hadisədə olmayanlar orada olanlar və görənlər kimi olsunlar.) Xalq (yaramaz əməllərinə görə) Osmana çirkin və nalayiq sözlər dedi. Mən (Həzrət Peyğəmbərlə Məkkədən Mədinəyə sülh və asayiş üçün gəlmiş) Mühacirlərdən biri idim ki, (fitnə-fəsad və qan tökülməsinə nifrət bəsləyərək ondan uzaq gəzirdim və) xalqın ondan razı olmasını çox istəyir, onu az məzəmmət edirdim. (Ona həmişə öyüd-nəsihət verir və davranışını dəyişməyə çağırırdım.) Və (amma) Təlhə və Zübeyrin onun barəsindəki ən yüngül davranışları kəskin mövqe tutmaq, ən yavaş sövq etmələri isə (vəziyyətin kəskinləşməsini) daha da sürətləndirmək idi. Həmçinin Aişə fikirləşib düşünmədən, qəflətən onun barəsində qəzəbləndi. Sonra (Təlhə, Zübeyr və Aişə camaatı onu öldürməyə sövq etdilər və) bir qrup hazırlaşaraq onu öldürdü. (Buna görə də onlar Osmanın intiqamını almaq fikrinə düşməməlidirlər, bəlkə onlardan intiqam alınmalıdır.) Xalq heç bir ikrah və məcburiyyət olmadan öz meyl və istəyi ilə mənə bey’ət etdi. (Bəs görəsən Təlhə, Zübeyr və onların ətrafındakıların mənə qarşı çıxmalarının və fitnə və çaxnaşma yaratmalarının səbəbi nədir?!)

Və bilin ki, (Təlhə, Zübeyr və Aişənin fitnələri nəticəsində) hicrət diyarı (Mədinə) boşalıb və əhalisi ondan uzaqlaşıb. (Mən naçar qalıb ordan çıxdım.) Fitnə qazanın qaynaması Kimi qaynayaraq cuşa gəlib. (Hərc-mərclik səbəbindən oranın sakitlik və asayişi aradan gedib.) Fitnə (dinin) qütbünə (yəni, İmam əleyhis-salama) qarşı yönəlib. Odur ki, öz əmir və imamınıza doğru tələsin (ona kömək və yardım edin) və Allahın istəyi ilə düşmənlərinizlə (Təlhə, Zübeyr və onların ətrafındakılarla) müharibə etməyə çalışın.

İmam Əli əleyhis-salamın Kufə əhlinə olan məktublarındandır (ki,həmin məktubda onlara) Bəsrə (müharibəsindəki) qələbəsindən sonra (minnətdarlıq edib).

Allah siz Kufə əhlinə Peyğəmbərinizin əhli-beyti tərəfindən (əvəzindən) itaətkarlarına və nemətinə şükr edənlərə verdiyi mükafatların ən gözəlindən versin ki, (bizim fərmanımızı) eşitdiniz və (ona) tabe oldunuz və (dinə yardım etməyə) çağırıldınız və qəbul etdiniz (və sonda Allah düşmənlərini məğlub edib əldən saldıq).

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment