Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Əmanətdarlıq

Əmanətdarlıq

Əmanətdarlıq
Quran
"(Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) etibarlı müvəkkildir."  
Hədis
Allahın rəsulu (s): Agah olun! And olsun Allaha mən göydə və yerdə əminəm (əmanətdaram).  
Əssirətünnəbiyyə, İbni Hişam: Hətta Peyğəmbərə vəhy nazil olandan qabaq belə, Qüreyş qəbiləsi ona "Əmin" deyərdilər.  
Əssirrətün- nəbəviyyə, ibni Hişam (besətdən qabaq Kəbə evinin tikilməsi məsələsində): Qüreyş qəbilələri Kəbəni tikmək üçün daş yığdılar və hər qəbilə ayrı ayrılıqda yığırdı. Onlar Kəbənin sütunlarını qaldırdılar və rukn (həcərül- əsvəd) yerinə qədər yetişdi. Bu zaman aralarında ixtilaf düşdü, çünki, hər qəbilə istəyirdi özləri həcərül- əsvədi yerinə qoysunlar. Onlar məscidə toplaşdılar və bir- biri ilə məşvərət etdilər. Hər biri digərini insafa dəvət edirdi. Ravilərdən bəzisi belə deyiblər: O il Qureyşin ən yaşlısı hesaba gələn Əbu Üməyyə ibni Müğeyrə ibni Əbdullah ibni Ömər ibni Məxzum dedi: Ey Qüreyş qövmü! Gəlin belə edək, hər kəs birinci şəxs olaraq məscidin qapısından içəri daxil olarsa, onu öz aranızda hakim və qazi təyin edin.
Qüreyş qəbilələri razılaşdılar.
Məscidin qapısından daxil olan birinci şəxs Allahın rəsulu (s) oldu. Elə ki, Qüreyş onu gördülər dedilər: Bu kişi əmindir və biz onun hakimliyini qəbul edirik. O, Məhəmməddir.
Elə ki, Peyğəmbər (s) onların yanına yrtişdi, bu mövzunu ona xəbər verdilər. Allahın rəsulu buyurdu: "Mənə bir parça gətirin".
Parçanı gətirdilər. Allahın rəsulu həcərül əsvədi öz əli ilə götürdü və parçanın üzərinə qoydu. Sonra buyurdu: "Hər qəbilə parçanın bir tərəfini tutsunlar və birlikdə qaldırsınlar."
Qüreyş qəbilələri belə də etdilər və elə ki, həcərül- əsvədi öz yerinə çatdırdılar, Peyğəmbər (s) onu öz əlləri ilə qaldırıb və öz yerinə qoydu, sonra onun üstünü tikdi.  
Əssirətul- nəbəviyyə: Xüvəylidin qızı Xədicə Tacir, şəxsiyyətli və dövlətli bir xanım idi. Camaatı öz malı ilə ticarət etmək üçün əcir edirdi, zəhmətlərinin və işlərinin müqabilində ticarətin mənfəətindən onlara verərdi. Qüreyş qəbilələri qədimdən alverçi idilər. Peyğəmbərin (s) sadiqliyi, əmanətdarlığı, və xoş əxlaqı Xədicəyə yetişən zaman bir nəfəri onun yanına göndərdi, və ona, onun (Xədicənin) malı ilə Şama ticarətə getmək təklifini verdi.  
Əttəbəqətül- kübra: Peyğəmbərin (s) vəsfində: O, öz qövmünün arasında kişilərin ən mərdi və mürüvvətlisi idi. Ən yaxşı əxlaq sahibi, ən yaxşı rəftar sahibi idi. Qonşuların ən yaxşısı, insanların ən səbirlisi, ən əmanətdarı və ən düz danışanı idi. Nalayiq söz dilinə gətirməz və heç bir kimsəyə əziyyət verməzdi. Heç vaxt görünmədi ki, bir şəxslə mübahisə və mücadilə edə. Allah yaxşı əxlaq və xislətləri onun vücuduna toplamışdır, belə ki, qövmü onu "Əmin" adlandırırdı. Məkkədə adətən "Əmin" adı ilə tanınırdı. 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Hüseyn (ə) - şəhidlər ağası
İmam Əli əleyhis-salamın Bəni-Təyy qəbiləsindən və Xəvaricdən (onların ...
Rəsuləllahın(s) ayı
İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) ...
"Sarəllah" sözünün mənası nədir?!
Alim və tələbə hər ikisi inkişaf və hidayətdə şərikdirlər
Bu gün Ruqəyyənin şəhadət günüdür
Əli (ə), Ramazan ayında çox ibadət edirdi, yoxsa başqa aylarda?!
Azərbaycan idmançıları İmam Rzanın(ə) məqbərəsində olublar
Peyğəmbərin (s.ə.a.s) şeytanla söhbəti

 
user comment