Azəri
Thursday 25th of April 2024
0
نفر 0

İraq əl Ramadi məntəqəsinə nəzarəti tam bərpa etdi, strateji məntəqə olan Ravahın qərb nahiyyəsi azad edildi

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, əl Anbar əyalətinin məsul üzvü İŞİD yaraqlılarının nəzarətində olan üç starteji mərkəzin azad edilməsi xəbərini verib.

Fərhan Deyləmi bildirib: “İraq Təhlükəsizlik Qüvvələri İŞİD ünsürləri ilə mübarizədən sonra Ravah şəhərinin 100 km yaxınlığındakı Albu Ubeyd, Albu Fərac və Albu Hardan məntəqələrini işğaldan azad edərək tam nəzarəti bərpa ediblər.”

O, daha sonra açıqlayıb: “İraq Təhlükəsizlik Qüvvələri İraq arteleriya və hava qüvvələrinin dəstəyi ilə İŞİD-in işğalında olan digər məntəqələrinə doğru irəliləməkdədir.”

Fərhan Deyləmi bildirib: “İraq Ordusu və Əşair Köçəri Tayfalarından ibarət könüllü dəstələr bu gün günortadan sonra əl Qaim şəhərinin əl Rəmanə məntəqəsini azad edərək, əl Rəmanənin ən böyük binası üzərində İraq Bayraqını dalğalandıraraq, məntəqəyə tam sürətdə nəzarəti bərpa ediblər.”

Qeyd edək ki, İraq Silahlı Birləşmələrinin əl Rəmanə və Ravə məntəqələrini azad etmək məqsədilə başlatdıqları əməliyyatlar İŞİD-in nəzarətində olan sonuncu məntəqələrin azad edilməsi əməliyyatıdır.

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ərəbistanının Sanada İşlədiyi Qorxunc Cinayətdə Həyatını itirənlərin sayı ...
Nigeriya Şiələri Şeyx Zəkzəkinin azadlığı üçün etiraz aksiyalarına davam ...
İraq Hizbullahının Əl Ənbar əmıliyyatı, ABŞ “Ləbbeyk Ya Hüseyn” ...
Nigeriya rejimi Şeyx Zəkzəkiyə qarşı yeni təxribat hazırladı: Şeyx Zəkzəki ...
Liviyada 150 İŞİD terrorçusu zərərsizləşdirilib
Vilayəti-fəqihin zəruriliyi
Bİr daha Bəhreyn xalqı Şeyx Səlmanın azad olunmasını tələb etdi
İmam Xamenei cənabları Ramazan ayı ilə əlaqədar gündəlik Quran məclisi keçirir
Sionist rejim bu gün ikinci dəfə Əqsa məscidinə hücum etdi
Pakistanda Ölümcül Hücum: Yüzlərlə ölü və yaralı / İŞİD: Hədəfimiz ...

 
user comment