Azəri
Friday 29th of March 2024
0
نفر 0

Səhmi-səlatilə Əbülfəzl üçün

Səhmi-səlatilə Əbülfəzli çün
Ləşgəri ədayə nəmayan olub
Heydəri-Səftər kimi şəmşirini
Vurdu qoşun əhli-hərasan olub
***
Ərşeyi-zin üstə tutubdur qərar
Ba vüqar qabizül-ərvah kimi zülfüqar,
Səfləri ta ki elədi tarü-mar
Ahü-zar etdilə çox ləşgəri bi nəngü-ar
Səxt olub ol qövmə o dəm karizar
Ba hezar zəhmət ediblər fərar
Ta ki qoşun əhlinə qalib olub
***
Toz tutub hər bir tərəfi ol zaman
Kərbü-bəladə elə tufan olub
Girdü-qübar içrə uzun əlləri, ləşgəri
Vəhşətə salmış tutulub dilləri
Heydəri-Kərrar kimi ləşgərə, səflərə
Həmlə edib nəzmü-nizamın pozub
***
Təblü-dəhəl sövtü tutub göyləri, yerləri
Gətirdi təmami-məlaikləri
Yadə salıb şiri-xuda Heydəri, Xeybəri
Lərzəyə salmışdı hamı ləşgəri
Olmayacaq sağ qutaran cəngidən
Ləşgəri-ədalərə elan olub
***
Səfheyi-meydanə olubdur rəvan
Ləxtə qan oldu qiyamət əyan
Səslədilər nuri Əli, əl-əman, bir zaman
Rəhm elə bu ləşgərə şiri-jiyan
Etdilər Səd oğluna axər bəyan, şamiyan
Qalmadı ləşgərdə can
Çarə elə ləşgərə can verməyə
Kufəvü-Şam əhli şitaban olub
***
Keçmədi ol qədri ki əfsus ola, ba cəfa
Yarə vurub cisminə qövmi-dəğa
Bu sözü guya deyib ol ba vəfa, ya əxa
Dərk elə Əbbasuvi ey binəva
Qardaşuvin peykərinə gör necə
Ox düzülüb misli-gülüstan olub
***
Qaldılar heyran hamı ol qeyrətə, himmətə
Yetmədi axər əcəba niyyətə
Aləmiyan əhli düşüb heyrətə, möhnətə
Ağladı qan cümlə bu keyfiyyətə
Ver gələ tövfiqi Xuda rəhmətə, zəhmətə
Salma bu dünyadə yetir şövkətə
Çün bu sözün yazmağın
Rəhmət əmuzadeyi nalan olub

 

Təcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Hüseyn (ə) - şəhidlər ağası
İmam Əli əleyhis-salamın Bəni-Təyy qəbiləsindən və Xəvaricdən (onların ...
Rəsuləllahın(s) ayı
İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) ...
"Sarəllah" sözünün mənası nədir?!
Alim və tələbə hər ikisi inkişaf və hidayətdə şərikdirlər
Bu gün Ruqəyyənin şəhadət günüdür
Əli (ə), Ramazan ayında çox ibadət edirdi, yoxsa başqa aylarda?!
Azərbaycan idmançıları İmam Rzanın(ə) məqbərəsində olublar
Peyğəmbərin (s.ə.a.s) şeytanla söhbəti

 
user comment