Azəri
Thursday 28th of March 2024
0
نفر 0

İmam Hüseynin (ə) təvəlldüdü

İmam Hüseynin (ə) təvəlldüdü

Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Hicri təqvimi ilə dördüncü il, şəban ayının 3-cü günü, cənnət cavanlarının Seyidi,  peyğəmbərlik bağını reyhanı ilahi ərşin iki sırğasından biri, Ali-əbanın beşincisi, dünya azadələrinin rəhbəri, şəhidlər ağası həzrət Hüseyn (ə), nurlu Mədinə şəhərində dünyaya göz açdı. (E`lamül-vəri: c. 1, s. 420-  Məsarüş-şiə: s. 37

İmam Hüseynin (ə) ləqəbləri
O həzrətin Tövrada mübarək adı “Şübeyr”, İncildə (Tab), “T'əyyib” dır. Onun atası təqvalılar mövlası həzrət Əmirəlmöminin  Əli (ə), əziz anası isə cənnət xanımlarının Seyidəsi həzrət Siddiqeyi-Tahirə Fatimeyi-Zəhradır (ə.s). Onun künyəsi Əba Əbdillahdır. O həzrətin mübarək ləqəbləri aşağıdakılardan ibarətdir:
Şəhid, Səid, Sibtis-Sani, Rəşid, Təyyib, Seyid,  Vəfi, Zəki, Mübarək, Tabeül-mərzatillah. (Vəqayeül-əyyam, səh. 353)
İmam Hüseynin (ə) təvəllüdü xəbəri islamın əziz peyğəmbərinə (s) çatanda o həzrət Əmirəlmöminin (ə) evinə gəlib Əsmaya buyurdu ki, o mübarək körpəni gətirsin. Əsma da onu ağ parçaya büküb onun hüzuruna gətirdi. O həzrət onun sağ qulağına azan, sol qulağına iqamə oxudu. (Kəşfül-ğəmə, c.2, səh. 213 - Biharül-ənvar, c. 43, səh. 237). O zaman Cəbrail (ə) nazil olub Allahın Rəsuluna (s) ərz etdi: “ Rəbbin salam göndərir və buyurur ki, bu uşağı, Harunun kişik oğlunun adı ilə ərəbcə Hüseyn mənasında olan Şübəyr adlandır. Çünki Əlinin (ə) məqamı sizin üçün Harunun Musanın yanında olan məqamı kimidir. Peyğəmbərlərin sonuncusu olmağınız isə istisnadır. (Əmaliyi-Şeyx Səduq (ə), c.1,  səh. 377)
Fortosun xilas olması
Şeyx Səduq (r) belə nəql edir: İmam Hüseyn (ə) dünayaya göz açanda Allah- taala Cəbrailə əmr verdi ki, çoxlu mələklərdən ibarət bir qrupla  Peyğəmbərin (s) hüzuruna müşərrrəf olub bu mübarək doğum münasibəti ilə onu təbrik etsinlər. Cəbrail (ə) səmadan yerə enən zamanda bir adaya düşmü Fotros adında bir mələyi gördü. O Allahın müqərrəb mələklərindən idi. Allahın fərmanlarından birini yerini yetirəndə ləng tərpəndiyi üçün qanadı sınıb bir adaya düşmüdü. İmam Hüseyn (ə) dünyaya gəldikdə artıq yeddi yüz idi ki, orada Allah-taalaya ibadət etməklə məşğul idi. Fotros, Cəbraili (ə) müşahidə etdikdə ərz etdi: “Məni, Peyğəmbərin (s) xidmətinə apar, bəlkə o, mənim üçün dua etsin.” Fotros, Cəbrail ilə birlikdə Peyğəmbərin (s) hüzuruna  yetişdilər və İmam Hüseynin təvəllüdü münasibəti ilə onu təbril etdilər. Cəbrail  (ə), Fotrusun əhvalatını Peyğəmbərə (s) nəql etdi. O həzrət, ona buyurdu: “Fotros de ki, bədənini bu mübarək körpənin  qundağına sürtsün.” Fotros onu yerinə yetirdi və o dəm şəfa tapdı. Sonra Cəbrail ilə birlikdə səmaya qalxdı. ( Əl-Xəraic və Əl-Cəraih: c. 1, səh. 252- Biharül-ənvar, c . 44, səh. 182.)Başqa bir rəvayətdə deyilir ki, Fotros, səmaya tərəf uçan zaman Peyğəmbərə (s) buyurdu: “ Hüseynin (ə) vücudu ilə şəfa tapdığım üçün gərək onun haqqına əda edəm və ehsanının əvəzini yerinə yetirəm. Bundan sonra hər kəs imam Hüseyni (ə) ziyarət etsə onun ziyarətini ona çatdıracağam. Hər kəs, hər bir yerdə o həzrətə salam göndərsə onun salamını o həzrətə çatdıracağam.”  (Sireyi-Çəhardəh məsum (ə), Məhəmməd Məhəmmədi İştihardi: səh. 307.
Peyğəmbərin (s) barmaqlarından süd içirdi
Mərhum Kuleyni (r) imam Sadiqdən (ə) rəvayət edir: “ İmam Hüseyn (ə) doğlandan sonra nə Fatiədən (ə.s) nə də digər qadınlardan süd yemirdi. Ona görə də onu Peyğəmbərin (s) xidmətinə apardılar. Həzrət, mübarək barmağını  onun ağzına qoyurdu və  o da əmirdi.  Bu əmmək, onun üçün üç gün kifayət edirdi.
İsa ibn Məryəm (ə) və Hüseyn ibn Əlidən  (ə) başqa heç bir uşaq altı aylıq anasından doğmayıb. (Üsuli-Kafi: c. 2 səh. 486)

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment