Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Ümmü Sələmə İmam Hüseynin (ə) hüzurunda

Ümmü Sələmə İmam Hüseynin (ə) hüzurunda

İmam (əleyhis-salam) hərəkətə başlamazdan əvvəl, Ümmü-Sələmə (Peyğəmbərin arvadı) onunla görüşüb ona dedi: –Ey Peyğəmbərin nəvəsi, İraqa tərəf yola düşmək barədə qəm-qüssə yemə. Mən sənin cəddin Peyğəmbərdən eşitmişəm ki, buyururdu: “Oğlum Hüseyn İraqda, Kərbəla adlı bir yerdə şəhadətə çatacaqdır.” Mən şüşədə sənin qətlgahının pak türbətindən bir ovuc saxlamışam. Onu Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) mənə vermişdi.
İmam Hüseyn (əleyhis-salam) buyurdu: –Mehriban ana! Mən bilirəm ki, öldürüləcəyəm və düşmənlər zülm ilə başımı bədənimdən ayıracaqlar. Allah istəmişdir ki, mənim ailəmi qovulan halda, uşaqlarımı öldürülmüş, ya əsirlik zəncirlərinə giriftar olan halda, zülm zəncirləri ilə dartılıb aparılaraq ondan-bundan pənah axtarıb heç bir sığınacaq tapmadıqları halda görsün.
Ümmü-Sələmə heyrətlə soruşdu: –Əcəb! Öz ölümün barədə yəqinin olan halda, necə İraqa yola düşürsən?
İmam (əleyhis-salam) buyurdu: –Anacan! Əgər bu gün getməsəm, sabah getməliyəm və əgər sabah getməsəm, gərək birisi gün gedəm. Ölümdən qaçıb qurtarmaq mümkündürmü?
Allaha and olsun, mən şəhadətə çatdığım günü, dəqiqəni, dəfn olunduğum yeri görürəm və bu məsələ barədə səni tanıdığım qədər agahlığım vardır. Kərbəla diyarına sənə baxdığım kimi baxıram. Ana, əgər istəyirsənsə, özümün və dostlarımın yerini sənə göstərim.
Ümmü-Sələmə bunları görmək istədiyini bildirdi, İmam (əleyhis-salam) da özünün və dostlarının məzarını ona göstərdi. Sonra öz pak türbətindən bir az götürüb, Ümmü-Sələməyə verib buyurdu: –Bunu şüşədə saxla, hər vaxt qana dönsə, bil ki, mən şəhadətə çatmışam.
Aşura günü günortadan sonra Ümmü-Sələmə gördü ki, hər iki şüşədəki türbət qana dönmüşdür.


Tərcümə olunmuş kitabların elektron versiyasından əxz olunub.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment