Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Həzrət Rüqəyyənin (ə) atasına şikayəti

Həzrət Rüqəyyənin (ə) atasına şikayəti

Rəvayətə əsasən, həzrət Rüqəyyə (ə) imam Hüseynin (ə) qana qərq olmuş bədəninin kənarında oturdu. O, gah atasının çiynindən tutub öpür, gah atasının barmaqlarını ürəyinin üstünə qoyur və gözlərinin üstünə çəkirdi. Rüqəyyə (ə) atasının qanını götürür, öz üzünə və tüklərinə çəkirdi. O, deyirdi:
 
Ey ata! Sənin ölümün şəmatət edənlərin gözlərini işıqlandırdı və düşmənləri sevindirdi.
Ata! Bəni Üməyyə uşaq yaşımda yetimlik paltarını mənə geyindirdilər.
Atacan! Gecənin qaranlığı çökərkən mən kimə pənah aparım? Əgər susuzlasam kim mənə su verəcək?
Atacan, bizim pozulmuş saçlarımıza, qəmli ürəklərimizə, taziyanə ilə döyülmüş bibimə və əsir olunmuş anama bax.
Sonra həzrət Rüqəyyə (ə) buyurdu: Ey camaat! Bu gün getmək istəyirsinizsə, gedin və bu qadınları da özünüzlə aparın, amma məni atamın yanında qoyun. Çünki, mən kiçik bir uşağam və dəvəyə minməyə taqətim yoxdur. Mənimlə yaxşı rəftar edin və atamın qana qərq olmuş bədəninin yanında tənha qoyun ki, göz yaşlarımla və nalələrimlə atamın müsibətində əzadarlıq edim. Bu halda ölsəm də qanım sizin boynunuza olmaz.
Daşürəkli düşmənlərdən biri, zorla həzrət Rüqəyyəni (ə) atasının pak bədəni üstündən qaldırdı. Rüqəyyə (ə) məzlumcasına atasının parə-parə olmuş bədəninə pənah apardı və o bədənə yapışdı. Amma o kafir, həzrət Rüqəyyəni (ə) çəkib, atasından uzaqlaşdırdı.
Həzrət Rüqəyyə (ə) atasının parə-parə olmuş bədəninə xitab edib, dedi:
Atacan! Səndən sonra gecə olarkən kim məndən himayət edəcək və məni qoruyacaq, keşiyimi çəkəcək?
Ey mehriban ata! Düşmənlər mənim sırğamı və libaslarımı qarət etdilər.
Ey ata! Bizim örtüksüz başlarımıza və yanmış ciyərlərimizə baxmırsanmı?
Ey ata! Bibim, həzrət Zeynəbə, baxmırsanmı ki, düşmənlər onu taziyanə ilə nə qədər döyüblər?
Ravi deyir: Onun bu nalələri bütün gözləri ağlatdı.
 
Yazının tərtibində tərcümə olunmuç kitabların elektron versiyasından istifadə olunub.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment