Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Seyyid Həsən Nəsrullah: İsrail qarşıda olacaq istənilən yeni müharibədə rüsvaycasına məğlub olacaq

Seyyid Həsən Nəsrullah: İsrail qarşıda olacaq istənilən yeni müharibədə rüsvaycasına məğlub olacaq

– Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livan Hizbullah Müqavimət Hərəkatının Baş Katibi Seyid Həsən Nəsrullah, sionist İsrail ilə aparılacaq hər cür yeni müharibədə sionist İsrailin rüsvay olacağı şəkildə məğlubiyyətə uğradılacağını və bu məğlubiyyətin 2006-cı ildəki məğlubiyyətdən daha betər olacağını bildirib.

Hizbullah baş katibi bu barədə 2006-cı ildə sionist İsrail üzərində əldə edilmiş 33 günlük müharibə qələbəsinin 11-ci ildönümü münasibətilə dünən etdiyi çıxışı zamanı bəyan edib.

Seyid Həsən Nəsrullahın etdiyi çıxışdan sətir başlıqlarını təqdim edirik:

"Bu gün çox böyük bir gündür ki, bu gündə Livan müqavimət qüvvələri sionist rejimin qələbəsini qarşısını almış və planlarını pozmuşdur. Bu gün dəyər verdiyimiz və qəhrəmanlarımızın fədakarlıqlarını xatırladan böyük bir gündür. 33 günlük müharibədən sonra əldə etdiyimiz qələbənin ildönümünü hazırda əl-Xəyyamda qeyd edirik. Əl-Xəyyam müsəlmanlar və xristianların dostluq və sülh içərisində birgə yaşadığı bir bölgədir. Bu bölgənin xalqı da bütün livan xalqı kimi sionist rejimin qarşısında 33 gün müqavimət göstərdi".

"İyulda baş verən bu müharibə düşmənlərə dağ kimi sinə gərən şəxslərin fədakarlıqlarını xatırladır. Lakin Sionistlər onları görəndə siçan kimi qaçırdılar. Günümüzdə də Livan ərazisinə girməyə çalışan hər hansı bir sionist güc əvvəlkindən daha böyük bir məğlubiyyətə uğrayacaqdır".

"Müqavimətin məğlubiyyətini arzulayanlar hər cəhətdən ziyan və zərər görürlər və bundan sonra da məğlub olacaqlar".

"2006-dakı 33 günlük döyüşdə alınan qələbə sionist İsrailin xəyalları və məğlubedilməzlik iddialarını yerlə bir etdi. O qələbədən keçən 11 il ərzində sionist rejim hələ də bu məğlubiyyətinin şokunu ata bilməyib".

"Amerika və İsrail, Hizbullah dağıdıcı və təhlükəli bir gücdür deyirlər. Doğrudur, amma Hizbullahın bu gücü, şübhəsiz ki, İsrail planlarına qarşı təhlükəli və dağıdıcı bir gücdür"

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ey göz, səy et, çox ağla..."
HƏZRƏT ƏBULFƏZL ABBASIN (Ə) TƏVƏLLÜDÜ
Həft-i Tir hadisəsi və Müqəddəs Müdafiə illərində Şəhid olanların ailə ...
Əl-Maidə (Süfrə) surəsi
İSLAM XӘLİFӘLӘRİ NECӘ TӘ’YİN OLUNDU?
DUA QUR`ANDA
Еvdә vә mәscİddә Qur’an tİlavәtİ
İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?
ELM VƏ ALIMIN ŞƏHADƏT VERMƏSI
Zi-hiccə ayının 10-cu günü

 
user comment