Azəri
Saturday 20th of April 2024
0
نفر 0

20 Milyon Yəmənli aclıqla boğuşur

Yəməndə insanlıq dramı davam edir, 20 milyon insan ölümlə üz-üzədir.

Birləşmiş Millətlər Təşkilatının səlahiyyətliləri: Yəmənlilərin 70-fayizinin qida köməyinə ehtiyacı var. 60-fayizi isə bir sonrakı köməyin əllərinə çatıb çatmayacağını bilmirlər.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı İdarəçisi '' Lutsema '' Yəməndə yaşanan insanlıq faciəsiylə əlaqədar bunları söylədi: Yəmən xalqı təxminən 3 ildir döyüşlə boğuşur və bu anda döyüşün bitəcəyinə dair heç bir təəssürat yoxdur.

Yəməndə baş verən ürək ağrıdan vəziyyət, yalnız və yalnız siyasi müzakirələr nəticəsində son tapa bilər.

Lutsema, Yəməndə 20 milyon insanın aclıqla boğuştuğunu və təcili qida köməyinə ehtiyac olduğunu vurğuladı.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı İdarəçisi '' Lutsema '' Yəmənli 2 milyon uşağın normal bəslənmə problemiylə qarşı-qarşıya olduğunu söylədi və sözlərinə belə davam etdi: Ümumiyyətlə qeyri-kafi bəslənmə uşaqlarda görüldüyü üçün yetkinlərə nisbətən daha çox vəba xəstəliyinə tutulmağ riskini artırır.

Əlimizə çatan məlumatlar görə; təxminən 400 min Yəmənli vəba xəstəliyinə yoluxmuş vəziyyətdədir.

Gün keçdikcə Yəməndə qida və səhiyyə problemləri daha yüksək mərhələyə çatır. Bir çox Yəmənli ölümlə burun-buruna yaşamaqdadır və bu vəziyyət indiyə qədər görülməmiş pis bir vəziyyətdir.

Yanacaq azlığı fabriklərin fəaliyyətlərini dayandırmasına səbəb olmuşdur. Biz aclıq və qıtlıq ilə mübarizə üçün bəzi cəhdlər etdik lakin maye yanacaq problemi koalisiya qüvvələrinin icazəsinə bağlıdır.

Yəməndə yaşanan insanlıq dramı o qədər faciəvi ölçülərə çatdı ki hətta Səudiyyə Ərəbistanı və müttəfiqləri döyüşün bir an əvvəl sonlandırılmasından yana rəftar etməyə başladılar.  Ancaq ABŞ başçısı Trump, Səudiyyə Ərəbistanının Yəmən savaşından zəfərlə çıxmasını istəyir məhz buna görə Ərəbistanla, milyardlarla dollarlıq nəhəng silah razılaşmaları imzaladı. ABŞ və Səudiyyə Ərəbistanı arasında imzalanan bu ağır silah razılaşması döyüşün daha da cığırından çıxmasına səbəb oldu çünki bu anda müharibənin sonlandırılması olduqca çətin olur.

Səudiyyə xanədanı, hətta döyüşmək haram olan aylara belə hörmət göstərmir və qan tökməyə davam edir. Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi, Yəməndə yaşanan insanlıq dramının sonlandırılması üçün ciddi və təsirli addımlar atılmayıb deyə bildirib.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İraq Ali İslam Məclisinin sədri bir daha əcnəbilərin hərbi iştirakı ilə ...
Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
Məsumların məsləhətləri
Nigeriya ordusu Ərbəin mərasiminə hücuma hazırlaşır.
Ayətullah Məkarim Şirazinin M. Səmədova məktubu nəyə hesablanıb?
Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...

 
user comment