Azəri
Friday 29th of March 2024
0
نفر 0

Qeybət haqqında nə bilirik?

Qeybət haqqında nə bilirik?

Qeybətin çirkin və ağrılı nəticələri var. Bu nəticələr həm qeybət edəni, həm də qeybəti eşidəni hədələyir. Fərdi və ictimai zərərlərinə görə qeybət böyük günahlardan (günahi-kəbirə) sayılır.

 Əxlaq elmində qeybət deyəndə bir kəsin arxasınca onu narahat edəcək sözlər nəzərdə tutulur. Fərqi yoxdur ki, qeybəti edilən şəxsin fiziki və ya mənəvi qüsurları dilə gətirilsin. Hətta onun libası haqqında xoşuna gəlməyəcək bir söz demək qeybətdir.

 İmam Sadiq (ə) buyurur: "Qeybət din qardaşı haqqında deyilən helə bir sözdür ki, Allah onu pərdələyib. Amma bir şəxsin hamıya məlum olan tələskənlik kimi xüsusiyyətini dilə gətirmək qeybət deyil. Böhta budur ki, insanda olmayan bir xasiyyəti ona aid edəsən."

 Qeybət nə zaman haram olur? Bunun şərtləri var:

1.Arxasınca danışılan şəxs müsəlman olsun;

2.Daldada deyilən söz yaxşı yox, pis sifət olsun;

3.Bu eybi cəmiyyət pis saysın;

4.Qeybəti olunan şəxsin yada salınan eybindən xalq xəbərsiz olsun;

5.Qeybət edənin məqsədi həm şəxsi aşağılamaq olsun;

6.Qeybət eşidən olsun.

  Qeybətin müxtəlif növləri var. Qeybət bir neçə qismə bölünür.

 Qeybətin bir növü budur ki, insan mömin qardaşının eybini başqasına desin. Bu qeybət danışıqda qeybətdir.

 Yazı ilə də qeybət olur. Bir müsəlmanın eybini yazıb yayırlar. Məsələn qəzet və jurnalda, saytda şəxs aşağılanır.

 Əməldə də qeybət var. İnsan öz hərəkəti ilə kiminsə tərzini çıxarır. Məsələn, axsaq adamı lağa qoymaq üçün qəsdən axsayır.

 Kinayə ilə də qeybət olur. Məsələn bir adamın alverdə baha satmasına işarə ilə "çox insanflı adamdır" deyirlər. Bu sözü elə deyirlər ki, eşidən onun kinayə olduğunu anlayır.

 Bəzən bir insan müqayisə yolu ilə qeybət edir. Deyir ki, şükür Allaha, filan kəsdə olan filan xasiyyət məndə yoxdur.

 Qeybətin bir növü də işarə ilədir. Rəvayətə görə Aişə bəsdə boylu bir xanıma işarə ilə onun boyunu göstərdi. Həzrət Peyğəmbər (s) buyurdu ki, sən onun qeybətini etdin.

 Qeybəti dinləmək də günahdır. Bütün fəqihlər qeybəti dinləməyi haram, qeybətdən də pis sayır. Qeybəti dinləyən onu dinləyəndə şad olmasa da etiraz etmir, hətta qəlbində narazı qalmır. Bəzən də qeybətdən xoşhal olur, amma zahirdə özünü təqvalı göstərib bəzən etiraz da edir. Bəziləri "ola bilməz" deməklə qeybət edəni daha da qızışdırır.

Həzrət Əli (ə) buyurur: "Qeybətə qulaq asan şəxs qeybətin iki tərəfindən biridir." Demək, qeybət dinləyən insan ixlasla rədd etməsə bu günaha şərikdir.

Qeybəti eşidən şəxs onu rədd etməlidir. İmkan olan yerdə bu işi görmək vacibdir. Zahirən qeybətin rəddi ona qadağa qoymaqdan fərqlidir. Məqsəd qeybəti olunan şəxsi himayə etməkdir.

Qeybətin rədd olunması onun növünə uyğun olmalıdır. Əgər bir şəxsin nəfsə aid eybini deyirlərsə, etiraz edin ki, bir insanın daxilindən necə xəbər tutursan?

Əgər insanın bədəni haqqında qeybət olunursa cavab verilməlidir ki, Allahın eyb saymadığı şey eyb deyil. Bəzən insanın dinində, imanında eyb tuturlar. Bu halda cavab verilməlidir ki, Məsumlardan başqa bütün möminlərin eybi ola bilər və tövbə olunmalıdır.

Qeybəti rədd etməyin müsbət təsirləri var. Rəvayətlərdə bu təsirlər barədə danışılır. Dünya və axirət xoşbətxliyi, behişt müjdəsi qeybəti rədd etməin bərəkətlərindəndir. Qeybət eşidəndə onu rədd edən insan öz dünya və axirət xoşbəxtliyinə təzmin alır.

Həzrət Peyğəmbər (s) buyurur: "Bir məclisdə din qardaşının qeybətini eşidib onu müdafiə edən, qeybətin qarşısını alan şəxsdən dünya və axirətdə min növ şər uzaqlaşdırılar. Qeybətin qarşısını almasa, xoşhal olsa, qeybət edənin günahı qədər günah qazanar."

Əgər qeybət edən şəxs peşman olubsa bunun kəffarəsi var. Qeybətin tövbəsində iki haqq nəzərdə tutulmalıdır. Biri Allahın haqqı, digəri qeybəti olunan insanın haqqı. Əgər insan peşman olub tövbə edirsə Allah qarşısında vəzifəsini yerinə yetirir. Amma qeybəti etdiyi şəxs xəbərsiz qalıbsa, ondan halallıq alınmalıdır. Xəbər tutanda qəzəblənsə və ya dünyasını dəyişibsə, qeybət edən şəxs öz ibadətlərinin savabına onu şərik etməli, günahını yumaq üçün həmin şəxs tərəfindən ehsan etməlidir.

İmam Sadiq (ə) buyurur: Peyğəmbərdən qeybətin kəffarəsi haqda soruşdular. Həzrət (s) buyurdu: "Nə vaxt yadına düşdüsə Allahdan qeybətini etdiyin şəxs üçün rəhmət istə."

Hansısa məqamlarda qeybət etmək olarmı? Bəli belə məqamlar var:

1.Xalqdan çəkinmədən cəmiyyətdə açıq günah edən şəxsin qeybəti icazəlidir;

2.Zülmə düçar olmuş şəxs zalımın qeybətini edə bilər;

3.Pis əməli aradan qaldırmaq üçün qeybət etmək olar;

4.Bir insan haqqında izdivac, şəriklik məqsədi ilə soruşulanda pis nəticənin qarşısını almaq üçün danışmaq olar.

5.Məhkəmənin hökmünə təsir imkan olan şəxsin eybini demək olar;

6.Allahın razılığına xatir haram işə şahidlik etmək;

7.Xalq arasında "topal", "kor" kimi ləqəblərlə tanınan adamın haqqında danışarkən bu sözləri işlətmək olar;

8.Qeybət vasitəsilə özünü şərdən qorumaq zərurəti yarananda;

9.Yalan nəsil iddiasını, xüsusilə yalandan seyidlik iddiasını inkar etmək;

10.Əsassız iddianın inkarı üçün;

11.Əgər məqsəd nəhy əz münkər, yəni pis işin qarşısını almaqdırsa, qeybət olar;

12.Ad çəkmədən, ünvan bildirmədən danışmaq olar.

Həzrət İmam (r) buyurur ki, qeybət vacib olan yerdə şeytana uymadan qeybət etmək olar, amma bu işi görməmək daha yaxşıdır; hər caiz işi görmək vacib deyil, xüsusilə nəfs və şeytanın hiylələri meydandadırsa.

Qeybətin acı nəticələri var. Onun dünya ağrıları arasında hörmətsizlik, düşmənçilik, inamsızlıq, pisliyin yayılması, birliyin pozulması kimi halları qeyd etmək olar.

Xeyir əməllərin qəbul olmaması, savabın başqasına verilməsi, cəzanın tezləşməsi, qəbir əzabı, qiyamətdə çirkinliklərin təcəssümü, xeyir əməllərin puça çıxması, behiştdən məhrumluq qeybətin axirətə aid nəticələridir.

Qeybətin mənəvi baxımdan da nəticələri var: imanın əldən çıxması, ilahi vilayətdən kənarlıq, möminlər sırasından uzaqlaşmaq.

Qeybət islamda ona görə böyük günah sayılıb ki, onun mənfi fərdi və ictimai təsirləri çoxdur.

Qeybətdən necə qaçmaq olar? Bundan ötrü insanı qeybətə vadar edən səbəbləri öyrənməliyik:

1.Qəzəblənən insan qəzəbini soyutmaq üçün qeybət edir;

2.Başqalarının dediyini təsdiqləmək adəti;

3.İnsan onun haqqında deyilən sözü yalanlamaq üçün qeybət edir;

4.İttihamdan qaçmaq üçün;

5.Qeybətin əsas səbəblərindən biri təkəbbürdür. Bəzən insan özünü qaldırmaq üçün başqalarını qeybətlə alçaldır;

6.Ətrafdakı insanların hörmətinə paxıllıqdan qeybət;

7.Zarafata qeybət;

8.Məsxərə məqsədi ilə qeybət;

9.İnsan bəzən birinə can yandırdığından onun haqqında qeybət edir;

10.Bəzən insan bir başqasının pis əməlindən qəzəbləndiyi üçün qeybət edir.

Bəs qeybətin müalicəsi necə aparılır? Qeybət psixoloji xəstəliyə çevrilir. Başlanğıcada qeybət onu narahat edirsə, sonradan qeybətsiz yaşaya bilmir, ondan ləzzət alır. Bu çox təhlükəli mərhələdir. Belə bir xəstənin ciddi müalicəyə ehtiyacı var. Xülasə şəkildə müalicə budur ki, insan qeybət haqqında ayə və hədisləri oxusun, qeybətin cəzası haqqında düşünsün. Əvvəlcə qeybətin səbəbi tapılır, sonra bu səbəblə mübarizə aparılır.

Unutmayaq ki, qeybət edən şəxs Allahın qəzəbinə gəlir. İnsan Allahın bəndələrini sevindirməklə onu razı sala bilər. Qəzəb o zaman məqbuldur ki, Allah yolunda olsun. Allahın razılığını düşünən insan onun bəndələrini gözdən salmaz.

Unutmayaq ki, Allahla düşmənçilik insanla düşmənçilikdən çox ağırdır. İnsan qeybət etməklə Allahın qəzəbini qazanır və insanların münasibəti bu qəzəbə təsirsizdir.

Əvvəli üfunətli nütfə olan insan sonda da üfunətli cəsədə çevrilir. Axı sən nə ilə öyünürsən?! Əgər sən möminsəsə, mömin insan aqibətinə görə narahatdır. O yalandan, böhtandan, qeybətdən, günahlardan qaçır ki, Allahın qəzəbindən uzaq olsun.

Əgər bir insanı rüsvay etmək istəyirsənsə bil ki, Allah və peyğəmbərlər qarşısında özünü rüsvay edirsən. Əgər öz rüsvayçılığın haqqında düşünsən heç vaxt başqalarını hörmətdən salmaq ağlına gəlməz. Unutma ki, şeytan sənə həsəd aparır və qeybət vasitəsilə savabları əlindən alır.

Mənbələr

Üsuli-Kafi

Müctəba Tehrani, Əxlaqi-ilahi

Ətyabul-bəyan

Biharul-ənvar

Nəraqi, Elmi-əxlaq

Xansari, Şərhi-bər ğurərul-hikəm

Dəstğeyb, Qonahani-kəbirə

Əxlaqi-ilahi

Məhdəvi Kəni, Əxlaqi-əməli

Şeyx Hürr Amili, Adabi-muaşirət

Deyləmi, İrşadul-qulub

Musəvi Xomeyni, Şərhi 40 hədis

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment