Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Hindistan polisləri Şiə ruhanisinin mənzilinə vəhşicəsinə hücum etdi, onlarl ayarlı var

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hindistan polisləri Bihar əyalətinin Muzəffər Pur şəhərindəki Şiələrin İmam Camaatı Mövlana Seyyid Muhəmməd Kazım Şübeybin mənzilinə vəhşicəsinə hücum edərək ev vəsaillərini sındıraraq Seyyid Muhəmmədin ailə üzvlərini döyüblər. Hadisədən sonra İmam Camaat infarkt keçirib.

Hindistan polisinin bu vəhşilikləri Yeni Dehlinin Cantar Mantar məntəqəsində yerləşən vəqfli ərazilərin bir qrup ünsürlər tərəfindən qəsb edilməsi faktından sonra baş verib. Belə ki, Şiələr bu qəsbkarlığa etiraz ediblər.

Polis ünsürləri Mövlana Seyyid Muhəmməd Kazım Şübeybə, onun ailə üzvlərinə və bir qrup Şiələrə müxtəlif dərəcəli bədən xəsarətləri yetirdikdən sonra bir dəstə günahsız Şiəni həbs edib.

Baş vermiş polis özbaşınalığından sonra onlarla Müsəlman polis ünsürlərinin Muzəffər Pur şəhərindəki Şiə İmam Camaatına xəsarət yetirdiyinə etiraz edib.

Qəzəbli aksiya iştirakçıları Bihar əyalətinin baş vəziri əleyhinə şüarlar səsləndirərək, Movlana Şübeybin mənzilinə yürüş edən polislərin tez bir zamanda cəzalandırılmalarını tələb ediblər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İngiltərə ölkədə ən böyük Məscidin tikintisinə icazə vermədi
Mədinə universitetində Quran məlumatları adlı tədqiqat müəssisəsi yaradılacaq
"Qüds günü" və hədəfləri (köşə yazısı)
Əhmədinejad: “İngiliscə yox, türkcə danış!”
Quran yarışlarının final mərhələsi Quran Telekanalından və radiosundan canlı ...
Müqavimətin qələbəsi
Səudiyyəlilər Yemenlə əlaqədar həyasız açıqlama verdi
Livan İslami Amal Cəbhəsi Əqsa məscidindəaparılan qazıntı işləri haqqında ...
Hindistanda Həzrəti Fatimə Məsumə (s) adına Hüseyniyyə açıldı
Başqırdıstanda ilk İslam kitabxanası açılır

 
user comment