Azəri
Tuesday 16th of April 2024
0
نفر 0

Tale Bağırzadə "kars"a salınıb

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadəyə "kars" cəzası verilib.
Bu barədə Rakurs TV-ə ilahiyyatçının həyat yoldaşı Leyla Bağırzadə məlumat verib. Leyla Bağırzadənin sözlərinə görə, 21 iyul tarixində Kürdəxanı təcridxanasında ona görüş üçün icazə verilməyib. Ona Tale Bağırzadənin "karser"də olduğu deyilib.

İlahiyyatçıya verilən cəzanın səbəbi iyulun 21-də Bakı Appelyasiya Məhkəməsində "Nardaran işi" üzrə keçirilən prosesdə yaranan insidentdir. Belə ki, həmin prosesdə hakimin təqsirləndirilənlərə əlavələr etmək üçün icazə verməməsi narazılıqla qarşılanmışdı. Bundan sonra təqsirləndirilənlər hakimə su butulkası və ayaqqabı atmışdılar. Məhkəmə salonunu tərk edən hakimlər təxminən 2 saatlıq fasilədən sonra vəkillərin iştirakı olmadan qərarı elan etmişdilər. Qərara görə, "Nardaran işi" üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tale Bağırzadə 20, Abbas Hüseynov 20, Fuad Qəhrəmanlı 10, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyev isə 10 müddətinə azadlıqdan məhrum ediliblər. Taleh Bağırzadə və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Həmin şəxslərin barələrində olan hökmdən verilən apelyasiya şikayətlərində onların barələrində bəraət hökmünün çıxarılması istənilib.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları qeyd edilən şəxslər həbs edilib. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.

T. Bağırzadə və digərləri ittihamı qəbul etmirlər. Onlar işgəncəyə məruz qaldıqlarını, ittiham saxta olduğunu bildirirlər. T. Bağırzadə bundan əvvəl bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. T. Bağırzadə çıxışlarına görə, həbs edildiyini deyir.

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ABŞ polisi öldürdüyü şəxsin ailəsinə 15 milyon dollar ödəyəcək
Böhran Fransanı da çökdürür
İslam və çörək - ürəyi qoruyur, xərçəngin qarşısını alır
Məşhəd, İmam Rzanın (ə) ziyarət olunması təkid olunan gün
Qətərdə “Şeyx Ğanim” Quran müsabiqəsinin final mərhələsi keçirilir
Altı min nəfər Miyanmarlı müsəlman Taylanda sığınıb
Azərbaycan Respublikasının İslam partiyasının hicabın müdafiəsi və bərpası ...
Türkiyədə İslam Peyğəmbərinin (s) milad bayramı
“İslam dirçəliş dünyasının mükafatı” adlı festival keçiriləcək
İslam Həmkarlar təşkilatı Fələstini YUNESCO-ya üzv olması münasibətilə ...

 
user comment