Ümumdünya Səhiyyət Təşkilatının sözçüsü Yəməndə vaksin layihəsinin icrasının dayandırılmasından xəbər verib.
İSNA-nın məlumatına görə, Kristiyan Lindmir cümə axşamı deyib: Yəməndə əhaliyə peyvənd vurulması son dərəcə çətindir. Müharibə və təhlükəsizliyin olmaması Yəməndə normal fəaliyyətə imkan vermir.
BMT-nin Yəməndəki koordinatoru Cimi Mək Qoldrik də deyib: Yəməndə əhalinin vaksinlə təmin edilməsi layihəsi toqquşmaların artmasına görə dayandırılıb.
Onun dediyinə görə, Yəməndə 10 milyon insan təcili humanitar yardıma ehtiyaclıdır.
Ərəbistanın Yəməni fasiləsiz olaraq hücumlara məruz qoyması ölkəni yaşanmaz hala salıb.