Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatı ilə əlaqəli terrorçular Filippinin cənubunda yerləşən məktəbə hücum ediblər.
Polisin verdiyi məlumata görə, terrorçular bir neçə şagirdi əsir tutublar. Xəsarət alanların olub-olmaması barədə hələ məlumat verilməyib.
Xatırladaq ki, Filippin Prezidenti Rofriqo Duterte may ayında ölkəsinin cənub əyaləti olan Mindanaoda hərbi vəziyyət elan edib. Qərar ordu ilə İŞİD terror təşkilatını dəstəkləyənlər arasında toqquşmadan sonra qəbul edilib. Əsas qaynar nöqtə olaraq Maravi şəhəri qalır. Adıçəkilən yaşayış məntəqəsinin işğalı uğrundakı döyüşlərdə 500-ə yaxın terrorçu iştirak edib. Çərşənbə axşamı günü hərbçilər şəhərdə yeni hücum əməliyyatına start veriblər.
Bazar ertəsinə olan məlumatlara əsasən, ordu ilə 4 həftədir ki, davam edən toqquşmalar zamanı 257 terrorçu məhv edilib, 62 hərbi qulluqçu və 26 dinc sakin həyatını itirib.